Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə8/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   4   5   6   7   8   9   10   11   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

Şəkil 2.1. 
Ümumi ekologiyanın struktur sxemi
Qlobal ekologiya
– bioloji növ olan insanın, onu əhatə edən mühitlə qarşılıqlı
münasibətlərinin tənzimlənməsinə, eyni zamanda, dövlətlərarası əməkdaşlığın yaradılmasına
yönəldilmişdir. Bu əməkdaşlıq, təkcə ətraf mühitin mühafizəsini yox, eyni zamanda sosial-
iqtisadi sahələri də əhatə edir.
Tətbiqi ekologiya
– dövlət səviyyəsində təsərrüfat fəaliyyətinin əsas elementi sayılır və
təsərrüfat sahələrinin ekoloji təhlükəsizliyinin təminatını tələb edir.
qlobal 
ekologiya
ümumi 
ekologiya
tətbiqi 
ekologiya
təbiətin 
mühafizəsi
Xüsusi ekologiya
- Heyvanlar
- Bitkilər və s.
qlobal 
təhlükəsizlik
ekoloji 
təhlükəsizlik
ekoloji 
ekspertiza və 
riskin 
qiymətləndiri
lməsi
populyasiya 
Ekologiyası
qlobal 
monitorinq
ekoloji 
monitorinq
ekoloji 
normativlər
sosial ekologiya 
insan ekologiyası
beynəlxalq 
tədqiqatlar 
proqramı
təbiətdən 
istifadə


Xüsusi ekologiya
– ayrı-ayrı növlərə, taksonlara, biogeosenozlara ümumi ekologiya
qanunlarının tətbiqini öyrənən elmdir.
Təbiətin mühafizəsi
– canlı orqanizmlərin məskun olduğu mühitin və təbii sərvətlərin
texnogen, aqrogen və digər antropogen təsirdən mühafizəsi üçün fəaliyyət nəzərdə tutulur.
Ətraf təbii mühit
– bu litosfer, hidrosfer, atmosfer, biosfer və yerətrafı kosmik fəza da daxil
olmaqla insanların və digər canlı orqanizmlərin məskun və fəaliyyət sahəsidir.
Təbiət
dedikdə insanların təsirinə məruz qalmayan və ya cüzi miqdarda məruz qalan təbii
bir kompleks başa düşülür.
Ətraf təbii mühiti xarakterizə edən göstəricilərin məcmuu onun keyfiyyətini göstərir. Ətraf
mühitin keyfiyyəti canlı aləmin mövcudluğu və yaşayışına təsir edən əsas amildir.
Tətbiqi ekologiyada ətraf mühit dedikdə, insanı əhatə edən atmosfer havası, su və torpaq
başa düşülür. Təbii mühitin vəziyyətinə nəzarət, əsasən, insanların və bütün canlıların səmərəli
yaşayışının təmin olunması üçün aparılan analiz və tədqiqatlar nəticəsində standartlar hazırlamaq
və onların göstəricilərinə əməl etməkdən ibarətdir.
Beləliklə, ətraf təbii mühitin mühafizəsi dedikdə, təbii sərvətlərdən səmərəli istifadəyə,
təbii mühitin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən dövlət və ictimaiyyət tərəfindən təşkil
olunmuş bir sistem başa düşülür.
“Təbiətin mühafizəsi” daim öz aktuallığını saxlayır. Bütün dünya bu termini işlədir.
Beynəlxalq Təbiəti və Təbii Sərvətlərin Mühafizəsi İttifaqının (BTSMİ) təlimatında qeyd olunur
ki, “Təbiətin və təbii sərvətlərin mühafizəsi dedikdə, insanların yaşadığı və təbii sərvətlərin
yarandığı üzvü aləmin (təbii mühitin) mühafizəsi nəzərdə tutulur”.
Bundan başqa, vaxt faktoru baxımından ekologiyanı tarixi və evalyusiya hissələrinə
ayırırlar.
Son zamanlar, ekologiyada insanlar və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi problemi
geniş müzakirə olunur. Bu, elmi-texniki tərəqqinin ətraf mühitdə yaratdığı neqativ hallarla
əlaqədardır.
Beləliklə, müasir ekologiya, biologiya fənni daxilində məhdudlaşmayaraq, insan və ətraf
mühit arasında yaranmış mürəkkəb problemlərin həllinə yönəlmiş fənlərarası bir elmə
çevrilmişdir. Bu problemlərin aktuallığı və çoxşaxəliliyi bir çox təbiət, texniki və humanitar
elmlərin “ekologiyalaşmasına” gətirib çıxarmışdır. Bunlara misal olaraq “mühəndisi ekologiya”,
“geoekologiya”, “riyazi ekologiya”, “kənd təsərrüfatı ekologiyası”, “kosmos ekologiyası” və s.
göstərmək olar. Müasir ekologiya siyasət, iqtisadiyyat, hüquq, psixologiya və pedaqogikailə sıx
əlaqədə olaraq insanlarda yeni məzmunda ekoloji təfəkkürün yaranmasına və onlarda təbiətə
qarşı olan münasibətin dəyişməsinə səbəb olmuşdur.
Deyilənləri nəzərə alaraq ekologiya qarşısında duran aşağıdakı nəzəri və tətbiqi məsələləri
göstərmək olar:
– ekoloji sistemlərin dayanıqlığı üzrə ümumi nəzəriyyənin işlənməsi;
– mühitə alışmanın mexanizminin öyrənilməsi;
– bioloji müxtəlifliyin və onun mühafizə mexanizminin öyrənilməsi;
– biosferdə gedən proseslərin tədqiqi;
– insanların təsiri ilə ətraf mühitdə yaranan neqativ dəyişikliklərin proqnozlaşdırılması və
qiymətləndirilməsi;
– ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması;
– təbii resurslardan səmərəli istifadə;
– ekoloji qeyri-səmərəli mühitlərdə təhlükəsizliyin təmini üçün mühəndisi, iqtisadi,
təşkilati-hüquqi və sosial məsələlərin həllinin optimallaşdırılması.
Ekologiyanın strateji məsələsi təbiət və cəmiyyət arasında olan nəzəri qarşılıqlı fəaliyyətin
inkişaf etdirilməsindən ibarətdir. Bu zaman insan və cəmiyyət biosferin birgə ayrılmaz hissəsi
hesab edilməlidir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə