Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin


Ekosistemin strukturu və enerjisi



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə10/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   6   7   8   9   10   11   12   13   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

2.2. Ekosistemin strukturu və enerjisi
Ekosistemlərin fəaliyyəti üçün onlar özündən enerji ayırmaqla maddələrin dövrü sistemi ilə
əlaqədar olmalıdırlar. Ekosisiem, eyni zamanda, xarici təsirə müqavimət göstərmək qabiliyyətinə
malik olmalıdır. Bu mexanizmləri açıqlamaq üçün ekosistemlərin aşağıdakı struktur və digər
xüsusiyyətləri ilə tanış olaq.
Ekosistemin blok modeli.
Hər bir ekosistem iki blokdan ibarətdir. Bunlardan biri canlı
orqanizmlərin kompleks şəkildə qarşılıqlı əlaqəsidir (biosenoz). İkinci, mühit blokudur (biotop
və ya ekotop). Belə olan halda:
Ekosistem = biosenos + biotop (ekotop)


Biogeosenoz və ekosistemi bir-birindən zaman faktoru fərqləndirir. Lakin, bununla belə, bu
mövhumlara sinonim kimi baxılmır.
Göründüyü kimi, biogeosenoz özündə bütün blokları cəmləşdirir. O cümlədən, bitki aləmi
də biosenoza daxil edilir. Bitki aləminin ekosistemdə mövcud olmadığı hala rast gəlmək olar.
Lakin, belə halda, bitkilərin çürüntülərinin sistemdə iştirakı mövcud olur. Deməli, ekosistem
zoosenoz və mikrobiosenozdan ibarət olaraq maddələrin dövrü sistemini yarada bilər. Buradan
belə bir nəticə əldə etmək olar ki, hər bir biogeosenoz ekosistem adlandırıla bilər. Lakin, hər bir
ekosistem biogeosenoz adlandırıla bilməz. V.H.Sukaçev bloklar modelini aşağıdakı sxem
şəklində vermişdir (şəkil 2.2). 
Ekosistemin növ strukturu.
Növ strukturu dedikdə, ekosıstemi təşkil edən növlərin sayı
və onların sayları arasında olun fərqlər nəzərdə tutulur. Ekosistemdə növlərin sayı haq- qında
dəqiq məlumat yoxdur. Bu, ekosistemdə 100-lərlə kiçik orqanizmlərin olması ilə izah olunur.
Növlər müxtəlif olduqda eksosistemdə şərait geniş olur. Növlərin müxtəlifliyi həmçinin
eksosistemin yaşından asılıdır. Yeni yaranmış ekosistem yaşa dolduqca onlarda növlərin sayı
artır. Yüksək dərəcədə formalaşmış ekosistemdə çoxluğu təşkil edən növlər dominantlar
adlandırılır (latınca “dominantis” – hakim deməkdir).
Şəkil 2.2. 
Bloklar modeli
Dominantlarla yanaşı edifıkatlar (latınca “edifıkator” – inşaatçı deməkdir) da mövcuddur.
Bunlara, əsasən, mühiti yaradan növlər aid edilir. Adətən, dominant növ edifikator adlandırılır.
Məsələn, küknar meşəsində küknar dominant olmaqla bərabər yaratdıqları mühitə görə
edifıkatordur.
Növ müxtəlifliyi ekosistemin ən əsas xüsusiyyətlərindən biridir. Növlərin müxtəlifliyi
sistemdə dayanaqlığı mühafizə etmə qabiliyyətinə malik ola bilər. Azlıq təşkil edən növlər
müəyyən şərait yarandıqda öz saylarını artırıb mühitdə domi- nantlıq yaradırlar.
Növ strukturu, adətən, bitki aləmində onun yarada biləcəyi xüsusiyyətləri öyrənmək üçün
istifadə olunur.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə