Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə13/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   9   10   11   12   13   14   15   16   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

3. Atmosfer havasının nəmliyi.
Ekoloji baxımdan ətraf mühitdə mövcud olan su
məhdudlaşdırıcı fiziki faktordur. Su heyvanat və bitki aləminin əsas kütləsini təşkil edir. Canlı
orqanizmlərin 50-80%-i sudan ibarətdir. Bəzi heyvanlarda bu rəqəm hətta 95%-ə çatır. Atmosfer
havasında nəmlik dedikdə, onun su buxarı ilə doyma dərəcəsi başa düşülür. İnsan həyatı üçün
havadakı su buxarının miqdarı 40-60% normal sayılır. Səhralarda bitkilər nəmliyin qənaətlə
işlədilməsinə adət edirlər. Onların kökləri uzun, yarpaqları isə xırda olur. Səhra heyvanları su
hövzəsinə çatmaq üçün uzun məsafə getməli olurlar. Onlarda olan piy qatı daxili su mənbəyi
rolunu oynayır. Adətən 100 qr piy oksidləşdikdə ondan 100 qr su ayrılır.


4. Atmosfer çöküntüləri.
Çöküntülər su buxarının kondensasiyası nəticəsində yaranır. Bu
çöküntülər yer üzərində suyun dövretməsində böyük rol oynayır. Çöküntülərin miqdarından asılı
olaraq yer üzərini iki zonaya bölürlər - humid (nəm) və arid (quraqlıq) zonaları.
5. Atmosfer havası.
Canlı və cansız aləmin mövcudluğunu təmin edən oksigen və karbon
qazının havadakı miqdarı müvafiq olaraq 21 və 0,3 % təşkil edir.
Bu baxımdan yerüstü ekosistemdə havanın tərkibi (atmosfer havası) nisbətən sabit qalır.
Havaya oksigen yaşıl bitkilərdən daxil olur. CO
2
günəş və yer üzərində gedən şüalanma
proseslərindən yaranır. Atmosferin ozon qatı yer kürəsini günəş spektrinin ultrabənövşəyi
şüalardan mühafizə edir.
6. Ətraf mühitin temperaturu.
Yer üzərində temperatur əsasən atmosferin istilik rejimi və
günəş şüaları ilə yaranır. Temperatur mühitin məhdudlaşdırıcı faktorlarından biridir. Müxtəlif
növlərin yer üzərində yerləşməsi (yayılması) və po- pulyasiyaların sayı temperatur faktorundan
köklü surətdə asılıdır. Yer üzərində bitki və heyvanların yerləşdiyi mühitin optimal temperaturu
15-30°C həddində olur. Bəzi bakteriya, su bitkiləri qaynar mühitdə, yəni 70-90°C temperatur
mühitində yaşayırlar. Sərt soyuq şərait bir çox cücülərin, balıqların və dəniz otlarının
həyatlarının dayanmasına səbəb olur (anabioz). Lakin, yaz vaxtı don açılanda, onlar öz əvvəlki
həyat tərzlərini davam etdirirlər. Canlıların öz bədənlərinin temperaturu isə sabit qalır. Bunun
üçün, onlarda xarici mühitə alışma qabiliyyəti mövcuddur.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə