Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə21/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   17   18   19   20   21   22   23   24   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

8. Optimallıq prinsipi. 
Başqa sistemlər kimi, ekoloji sistem də müəyyən zaman və məkan
həddində effektiv fəaliyyət göstərir. Başqa sözlə desək, heç bir sistem sonsuzluğa qədər nə
kiçilə, nədə böyüyə bilər. Ölçü fəaliyyətə uyğun olmalıdır. Belə bir aforizm mövcuddur: – “Hər
hansı bir giqantizm məhvin əvvəlidir”.
9. Adalarda növlərin xırdalığı prinsipi.
Adalarda yaşayan hər hansı bir növ materikdə
yaşayan eyni növə nisbətən xırda ölçüyə malik olur.
Buradan belə bir nəticə çıxarmaq olar ki, növlərin saxlanılması, çoxaldılması sahələri,
qoruqlar və digər mühafizə sahələri kifayət qədər böyük sahəyə malik olmalıdır.
10. Qida zəncirində çirkləndiricilərin toplanma prinsipi.
Qeyd etmək lazımdır ki,
orqanizmlərin bütün ömrü boyu və ya müəyyən müddət ərzində qəbul etdikləri qidanın həcmi
orqanizmlər həcmindin çox olur. Qəbul olunan qida daxilində olan çirkləndirici maddənin hamısı
orqanizmdən xaric olmur. Bunlar orqanizmdə yığılaraq çirkləndiricilərin qatılığını artırırlar.
Orqanizmdə gedən bu proses “Toplama effekti” adlandırılır. “Toplama effekti”, əsasən,
dayanıqlılığı olan çirkləndiricilərlə əlaqədardır. Bunlara ağır metalları, üzvi birləşmələri və s. aid
etmək olar.
Trofiki səviyyənin artması ilə orqanizmin ölçüsü də artıq olur. Bununla yanaşı, orqanizmdə
maddələr mübadiləsi ləng gedir və onların orqanizmdən xaric olma surəti azalır. Bu proses
“bioakkumliyasiya” adlanır.
Məsələn, “DDT” zəhərinin suda miqdarını vahid qəbul etsək, orada olan bakteriyalarda
onun miqdarı 20-100 vahid, balıqlarda 5-12 min vahid, balıqla qidalanan quşlarda 30-100 min
vahidə bərabərdir.
İnsan qida zənciri vasitəsilə qidalandığı üçün, hər qida tərkibində olan çirkləndiricilər onun
bədənində toplanıb qalır. Deməli, insan öz-özünü zərər vurduğu mühitdən aldığı qida ilə
zəhərləyir.
11. Ekosistemin öz-özünü təmizləmə sistemi.
Ekoloji sistem və onun ayrı-ayrı mühitləri
özünü təmizləmə xassəsinə malikdirlər.
Suda, havada və torpaqda baş verən özünütəmizləmə me- xanizmi bir-birindən kifayət
qədər fərqlənir.
Atmosferin özünütəmizləmə qabiliyyəti onun surətlə hərəkət etməsi, sıxlığa malik olması,
torpaq və su mühitlərilə kontaktda olması ilə əlaqədardır. Bu xüsusiyyətinə görə, atmosferə daxil
olan çirkləndiricilər cazibə qüvvəsinin təsiri ilə ya suya, ya da torpağa düşərək dövri sistemə
qoşulurlar. Atmosfer ozonun ultrabənövşəyi şüalarının, atmosfer çöküntülərinin, fotokimyəvi
proseslərin və digər mexanizmlərin təsiri ilə də zərərli maddələrdən təmizlənmə xüsusiyyətinə
malikdir. Havada yaranan durum, bəzən, onun özünü təmizləmə prosesinə mənfi təsir göstərir. 
Su və torpaq mühitlərinin özünütəmizləmə qabiliyyəti canlı orqanizmlərin fəaliyyətləri ilə
əlaqədardır. Bu orqanizmlər, çirkləndirici maddələri sadə kimyəvi elementlərə qədər
parçalayaraq öz bədənlərində toplayır və onları dövrü hərəkətə qoşurlar.
Oliqotroflar (yoxsul həyat) az parçalanma və aşağı özünütəmizləmə potensialına
malikdirlər.
Evtroflar (varlı həyat) yüksək parçalanma və özünü təmizləmə potensialına malikdirlər.
Suyun təmizlənməsi zamanı, ilk növbədə, onun oksigenlə zənginləşdirilmə prosesi aparılır.
Suyun özünütəmizləmə prosesinə mənfi təsir edən əsas amillərdən biri də, onun atmosfer
çöküntüləri ilə turşululuğunun artmasıdır.
Torpaq, suya nisbətən yüksək özünütəmizləmə qabiliyyətinə malikdir.


Torpağın özünütəmizləmə prosesinə onun sıxlığının artması, ağır metallarla çirklənməsi,
tərkibindəki suyun və turşunun çox olması mənfi təsir göstərir.
Süni yaradılan mühitlərdə özünütəmizləmə prosesinin surəti aşağı olur. Bu, əsasən, həmin
mühitlərin kimyəvi, bioloji, səs-küy və digər çirkləndiricilərinin birgə təsiri ilə izah edilir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə