Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə24/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   20   21   22   23   24   25   26   27   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

Şəkil 3.2. 
Azotun dövretmə sisteminin sxemi
Oksigen kimi, azot heyvanların nəfəsalması üçün əsas element sayılır. Azot bir çox üzvü
birləşmələrin, xüsusilə zülalların tərkibinə daxildir. Azot zülalların tərkibində karbon və ya
hidrogenlə möhkəm amid birləşməsi yaradır. C-N amid əlaqəsi zülal molekullarının əsas sintez
mexanizmidir. Bu yer üzərində canlıların mövcudluğunun əsas şərtlərindəndir.
Okeanlara kifayət qədər azot axıdılır. Bu azot, su fotosintezləyici orqanizmlər tərəfindən
istifadə olunur. Həmin orqanizmlər dəniz heyvanları tərəfindən qida şəklində istifadə olunur.
Heyvanlar tərəfindən bu azotun bir hissəsi quruya qaytarılır. Okeanların dibinə çökən azotlu
birləşmələr dövrü sistemdə iştirak etmir. Bu azotun dövrü bir neçə milyon ildən sonra baş verə
bilər. Amerikan alimi Y.Oduma görə “bu itki vulkan püskürməsindən ayrılan azot tərəfindən
bərpa olunur”. Buna görə də, yer üzərində bütün vulkanların püskürməsinin qarşısı alınsa, onda
insanların acından ölməsi baş verə bilər.
Azotun dövrü sistemi kifayət qədər öyrənilmişdir. Müəyyən edilmişdir ki, biosfer
tərəfindən qəbul olunan 10
9
ton azotun 80%-i sudan və qurudan dövrü sistemə daxil olur.
Gübrə şəklində istifadə olunan azotun cüzi hissəsi təkrar istifadəyə qayıdır.
Kükürdün dövretməsi. 
Kükürd ətraf mühiti çirkləndirən aqressiv maddə hesab olunur.
Tərkibində kükürdlü birləşmələr olan mikroorqanizmlər torpağın üzvü maddələri ilə
reaksiyaya girib onlardan SO
2
ayırırlar ki, bu da bitkilər tərəfindən udularaq dövrü sistemə
qaytarılır.
Su hövzələri dibində olan müxtəlif kimyəvi birləşmələr sulfat tərkibli mikroorqanizmlərin
təsirinə məruz qalaraq kükürdün regenerasiyasına səbəb olur. Bu zaman su daxilində vertikal
H
2
S axını yaranır.
Kükürdün dövretmə sxemi aşağıda verilmişdir (şəkil 2.5):
Şəkil 3.3. 
Kükürdün dövretmə sxemi
Nitratlar 
(NO
3
)
Sərbəst 
azot N
2
Neytrallaşma
Okeanlardan, 
çaylardan
balıqlar və quşlar
Heyvan və
bitki
Azotlu 
orqanizmlər


Kükürdün dövretməsinə mənfi təsir göstərən amillərdən əsası kükürdtərkibli maddələrin
yanması ilə əlaqədardır. Belə maddələrin yanması ilə əlaqədar atmosferə, əsasən, toksik maddə
olan SO
2
atılır. Yüksək aqressivliyə malik olan SO
2
qaz şəklindəvə ya turş yağışlar şəklində
təbiətə və müxtəlif obyektlərə dağıdıcı təsir göstərir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə