Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə25/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   21   22   23   24   25   26   27   28   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

Fosforun dövretməsi. 
Fosfor canlı orqanizmlərin qidasında və bitkilərin inkişafında böyük
rol oynayan bir elementdir.
Fosforun əsas mənbəyi keçmiş geoloji əsrlərdə yaranmış dağ süxurları və digər
çöküntülərdir. Mineral fosfor bir çox dağ süxurlarının tərkibinə daxildir. Bu süxurlar erroziyaya
məruz qaldıqda su hövzələrinə axıdılır və orada lil şəklində çökür.
Fosfor canlı orqanizmlərin sümüklərinə və toxumalarına üzvü birləşmələrin tərkib hissəsi
kimi daxil olur.
Üzvü birləşmələrin minerallaşdırılması və canlı orqanizmin çürüməsi (parçalanması)
nəticəsində fosfor fosfat şəklində yenidən bitkilər tərəfindən istifadə olunaraq dövrü sistemə
qoşulur.
Fosforun dövrü sistemdən çıxmasına əsas səbəb, onun dibdə çökməsidir. Müəyyən
edilmişdir ki, fosforun dövrü sistemə kifayət qədər qayıtmayan miqdarını texnogen tullantılar
belə əvəz edə bilmir.
Quş və balıq ovu təbiətin fosfor balansını pozur. Müəyyən edilmişdir ki, ildə balıq ovundan
60000 ton fosfor quruya geri qayıdır. Gübrə üçün 1-2 mln ton fosforlu süxur çıxarılır. Bu
fosforların çox hissəsi yuyularaq su hövzələrinə axıdılır və beləliklə dövrü sistemdən çıxarılır.
Həyatı əhəmiyyət kəsb edən fosforun dövretməsinin yax- şilaşdırılması günün əsas
tələblərindən biridir.
Suyun dövretməsi.
Su biosferin əsas hissəsini təşkil edir. Bütün canlı orqanizmlərin
tərkibinin 90%-i sudan ibarətdir. Yer üzərində su okeanlarda, buzlaqlarda, çaylarda, göllərdə,
digər su hövzələrində, litosferin yuxarı hissəsində məsamələrdə və s. yerləşir.
Su bütün mənbələrdən buxarlanaraq atmosferə qalxır, orada kondensasiya olaraq son
nəticədə çöküntü formasında su obyektlərinə qayıdır. Bu proses “Suyun böyük dövretməsi”
adlanır. Buxarlanaraq öz mənbəyinə qayıtmayan, lakin, digər sahəyə çökən suyun dövrü “kiçik
dövretmə” adlanır.
Biosenoz həddində suyun dövretməsində “tutma”, “transpirasiya”, “infıltrasiya” və
“yığılma” proseslərinin böyük əhəmiyyəti vardır. “Transpirasiya” qrunt sularının bir hissəsinin
buxarlanaraq atmosferə qayıtma prosesidir. “Tutma” yağan çöküntünün yer üzərinə çatmamış
bitkilər tərəfindən tu- tulmasıdır. “İnfiltrasiya” torpaq üzərində olan suyun torpağa hopmasıdır.
“Yığılma” dedikdə, torpağın səthində toplanan su başa düşülür.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə