Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin


 Təbiətdən istifadənin enerji effektivliyinin azalması qanunu



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə20/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   16   17   18   19   20   21   22   23   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

4. Təbiətdən istifadənin enerji effektivliyinin azalması qanunu.
Hər hansı bir sistem
ekoloji müvazinət halından müəyyən gücün təsiri nəticəsində çıxarıldıqda onun bərpası sərf
olunan enerjidən artıq enerji tələb edir. Məsələn, meşələrin qırılması, suya kimyəvi təsir və s. ilk
növbədə müəyyən effekt versə də belə, onların əvvəlki vəziyyətə gətirilməsi, bərpası böyük
qüvvə və vəsait tələb edir.
5. Ekosistemdə informasiyaların tam olmaması prinsipi.
Bu prinsipə müqabil demək
olar ki, ümumiyyətlə bizim ekosistem haqqında biliyimiz kifayət qədər deyil. Bu, əsasən
ekosistemin çox komponentli olması, əlaqələrin qarşılıqlı asılılıqlarının çoxluğu və baş verən
proseslərin dinamiki olması ilə izah edilir. Nəticə etibarilə demək olar ki, hər bir ekosistem öz-
özlüyündə fərdi xarakter daşıyır. Deməli, ekosistem üçün, praktiki olaraq, analogiya prinsipi
yaraya bilməz. Hər hansı bir layihənin hazırlanması zamanı, ekosistemin spesifik xüsusiyyətləri
əlavə olaraq tədqiq olunmalıdır.
6. Yalançı müvəffəqiyyət prinsipi.
İnsan təbii proseslərə müdaxilə etdikdə, öncə onda
müvəffəqiyyət yarana bilər. Lakın, müdaxilənin sonu səmərəsiz ola bilər. Adətən, belə bir hal
zəncirvarı reaksiyanın sonunda baş verir. Məsələn, vəhşi heyvanların məhvi, kimyəvi maddələrlə
məhsuldarlığın ilkin artımı və s. müəyyən müddətdən sonra öz mənfi təsirini göstərir.


7. Bir və on faiz qaydası.
Bir faiz qaydasına görə insanın ətrafa verdiyi enerji fotosintezlə
əlaqədar olan 1%-i keçməmə- lıdir. Çünki fotosintezə sərf olunan enerji günəş enerjisinin yer
üzərinə gəlib çatdığı 1% enerjiyə yaxın olur. Planetar miqyas- da enerjinin 1%-dən artıq olması
orta illik temperaturun 2-2,5
°
C artmasına səbəb ola bilər ki, bu da fəlakətlə nəticələnə bilər.
On faiz qaydasına görə
trofiki səviyyəyə 10%-dən artıq enerji keçmir. Bunu belə izah
etmək olar ki, əgər heyvan 100 kilokalorilik enerjisi olan qida qəbul edirsə, onun 10%-i bədəndə
qalır, qalan 90% ondan xaric olur. Bu qayda təbiətdən istifadə sahələrində nisbi xarakter daşıyır.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə