təbiətə olan mənfi təsirləri artıq təbiətin bütün əsas komponentlərində: biosferdə, atmosferdə və
hidrosferdə özünü aşkar büruzə verir.
Qarşılıqlı təsirdə olan təbiət və bəşəriyyət paralel inkişaf edirlər. Təbiətin təkamül tempi ilə
bəşəriyyətin sosial-iqtisadi inkişaf sürətlərinin müxtəlif olması onlar arasında qarşılıqlı
münasibətlərin idarə edilməsinin mümkün olmamasına səbəb olur. Bəşəriyyətin sosial-iqtisadi
inkişafı təbiətin təkamül surətinə nisbətən daha sürətlə gedir.
İnsan fəaliyyətinin nəticəsi olan antropogen faktor təkamül istiqamətinə güclü əks təsir
göstərərək növlərin dəyişməsinə yox, onların məhvinə səbəb olur. Buradan, çıxış yolu insanların
düşüncəli surətdə təbiətə təsirlərinin tənzimləməsi və məhdudlaşdırılmasından ibarətdir. Bununla
yanaşı, cəmiyyət təbiətin və sosiogenezin təkamülünə maneçilik etməyərək öz ekstensiv artımını
məhdudlaşdırmalıdır. Əks təqdirdə qlobal ekoloji katostrofun yaranması baş verə bilər.
Son 30-40 il ərzində insanların təbiətə olan münasibətlərində müsbət mənada dəyişikliklər
müşahidə olunmağa baş- lanmışdır. İnsanlar artıq başa düşürlər ki, təbii sərvətlərin kəskin
azalması və tükənməsi dövründə ekoloji tarazlığa yalnız mədəni-elmi təkamülün köməyi ilə nail
olmaq olar.
Artıq, bütün dünya üzrə elm məhsuldar qüvvəyə çevrilir.
Elmi-texniki inqilab
genişləndikcə və insanın təfəkkürünə, intellektinə xüsusi tələblər verən yeni istehsalat sahələri
əmələ gəlir və ölkənin sosial-iqtisadi inkişafında qabaqcıl rol oynayır. Cəmiyyət industrial
cəmiyyətdən informasiya cəmiyyətinə doğru inkişaf edir.
Amerika fütüroloqları Con Nesbit və Patrisiya Eburdin dünyada əks-səda doğurmuş
“Meqameylər: həyatımızı dəyişən on yeni istiqamət” adlı kitabında (Moskva, 1982-ci il) elmi-
texniki inqilab dövrünün istiqamətlərini ayırd
edərkən diqqəti, ilk növbədə, industrial
cəmiyyətdən informasiya cəmiyyətinə keçidin xüsusiyyətlərinə cəlb etmişdilər. Yapon
həqiqətləri bu fikri bütün aydınlığı ilə sübuta yetirmişdir. Professor Yaşar Qarayev “Tarixin və
taleyin ayrıcında” məqaləsində qeyd edir ki, “bu gün texnogen sivilizasiya artıq özünü tükədib.
Tərəqqinin əvvəlki ideyalarını XXI əsr qəbul etmir. İndi dünya sivilizasiyası tarixində yeni milli-
iqtisadi sərvət vahidi müəyyənləşib:
Dostları ilə paylaş: