bilər. Arayış və xülasə şəklində verilən
məqalələrdə, çoxlu mətndaxili və mətndən-
kənar ədəbiyyat siyahıları verilir ki, bunlardan
da təkcə faktoqrafik sorğuların yerinə yetiril-
məsində deyil həm də biblioqrafik axtarış
aparmasında istifadə olunur.
Soraq və biblioqrafik nəşrlər fondunda
məlumat nəşrləri xüsusi yer tutur. Məlumat
nəşrləri mövzusu, həcmi, quruluşu və məq-
sədinə görə aşağıdakı qruplara bölünür:
1.
Statistik məlumat nəşrləri;
2.
Kütləvi siyasi məlumat nəşrləri;
3.
Elmi-məlumat nəşrləri;
4.
İstehsalat xarakterli məlumat nəşrləri;
5.
Kütləvi məlumat nəşrləri.
Müxtəlif məzmunlu, müxtəlif istiqamətli
biblioqrafik vəsaitlər hər bir kitabxananın
SBNF-da əsas yerlərdən birini tutur.
Biblioqrafik vəsaitlər soraq-biblioqrafiya və
biblioqrafik informasiya xidmətlərində eləcə
də biblioqrafik axtarışda əsas hesab olunur və
biblioqraflar onlardan geniş şəkildə istifadə
edirlər.
Soraq-biblioqrafik nəşrlər fondunun bib-
lioqrafiya hissəsini Respublikamızda nəşr
edilən ümumi biblioqrafik mənbələr, uni-
versal, cari, retrospektiv və dövlət biblio-
qrafiyası göstəriciləri təşkil edir.
Soraq və biblioqrafik nəşrlər fondunun
IV tərkib hissəsini ödənilmiş arayışlar təşkil
edir. Hər bir kitabxananın biblioqrafiya
şöbəsi müntəzəm olaraq mütəxəssislərdən,
idarə və müəssisələrdən aldıqları sorğuları
ödəyirlər. Belə sorğulara bir qayda olaraq
mövzuya dair ədəbiyyat siyahısından ibarət
olan arayışlar cavab verilir. Bu arayışları
hazırlamaq üçün biblioqraf bir çox məlumat
mənbələrini nəzərdən keçirir ki, bu da
müəyyən vaxt tələb edir. Təcrübə göstərir ki,
oxucu sorğuları bir neçə dəfə təkrar olunur.
Oxucuların bu cür təkrar sorğularına vaxt
itirmədən cavab vermək üçün ödənilmiş
arayışların fondu yaradılır.
Kitabxanalarda ödənilmiş arayışlar 2
nüsxədə çap edilir. Onların 1 nüsxəsi
oxucuya verilir, digəri isə təkrar istifadə üçün
ödənilmiş arayışlar fondunda saxlanılır.
Ödənilmiş arayışlar fondunun dəqiq
təşkili, onun ardıcıl olaraq təkmilləşdirilməsi
hər bir kitabxananın biblioqrafik fəaliyyətinin
mühüm əsasıdır.
Ədəbiyyat
1.
Əliyev
Z.H.Ümumi
biblioqrafiyaşü-
naslıq:Dərs vəsati.-BUN.-2001.-144s.
2.
Vəzirova
R.Ə. Elektron biblioqrafik
məlumat bazası SBA-nın əsas tərkib hissəsidir
//Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri
və təcrübi jurnal.-B.:BUN.,2007.-№2.-S.76-86.
3.
Vəzirova R.Ə. Mərkəzləşmiş kitabxana
sistemində SBA biblioqrafik xidmətin əsas
vasitəsidir.- // Azərbaycan kitabxanalarında
oxuculara biblioqrafik xidmət problemləri.Elmi
əsərlər.-B.,1989.-S.46-51.
4.
Библиографическая работа в библио-
теке: организация и методика. М., 1990,256с.
10.
Dövlət biblioqrafik göstəriciləri
informasiya axtarış sistemində
Dövlət biblioqrafik göstəriciləri infor-
masiya axtarış sistemində mövzusu izah
edilərkən, dövlət biblioqrafik göstəricilərininin
nəşri vəziyyəti haqın da ətrasflı məlumat
vermək lazımdır. Dövlət biblioqrafik göstərici-
lərinin nəşrini reallaşdıran mərkəz M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanasının bu
sahədəki biblioqrafik fəaliyyətinin nəticəsi
olaraq “Birillik Azərbaycan Kitabiyyatı”-da
bibliqrafik informasiya axtarışının xüsusiyyətləri
barədə tələbələrdə təsəvvür yaratmaq
məqsədilə vəsaitin məzmun xüsusiyyətlərini
işıqlandıran məsələləri şərh etmək lazımdır.
Milli biblioqrafiya vəsaitləri ölkə ərazi-
sində dərc olunan ədəbiyyatın retrospektiv
biblioqrafiyasının tərtibində və kitab nəşri
statiskasının aparılmasında mühüm əhəmiyyət
kəsb edir. Tarixi - xronoloji və nəşriyyat ta-
rixi baxımdan özündə çox qiymətli məlu-
matları əks etdirən bu vəsaitlər ayrı-ayrı elm
sahələri üzrə elmi tədqiqatların və
araşdırmaların aparılmasında əvəzsiz rol oy-
nayırlar.
Digər tərəfdən müasir dövrdə oxucu-
ların rəngarəng sorğularının ödənilməsində
milliu biblioqrafiya vəsaitlərinin əhəmiyyəti
çox böyükdür. Məhz ölkə ərazisində dərc
olunan bütün çap məhsullarını toplu şəkildə
özündə əks etdirən milli biblioqrafiya
vəsaitləri oxucuların , mütəxəssislərin, alim-
lərin, ziyalıların və nəhayət kitabxanaçıların
Dostları ilə paylaş: |