daha çox müraciət etdikləri məlumat nəşr-
lərindəndir.
Əsassı 1925-ci ildə qoyulmuş Azər-
baycan Dövlət Kitab Palatası öz fəaliyyəti
dövründə bir sıra digər funksiyaları yerinə
yetirməklə yanaşı, ölkənin bütün çap məhsul-
unun rəsmi biblioqrafik uçotunu apararaq
toplanan informasiyanı bir sıra retrospektiv və
dövlət cari uçot-qeyd biblioqrafik vəsaitləri
vasitəsilə tələbatçılara çatdırırdı.
1960-cı ildən nəşr edilən “Birillik
Azərbaycan Kitabiyyatı” il ərzində dilindən,
mövzusundan, janrından asılı olmayaraq res-
publikada nəşr edilmiş bütün kitablar barə-
sində tam biblioqrafik məlumat verir. “Birillik
Azərbaycan Kitabiyyatı”nda olıan yardımçı
göstəricilər və statistik məlumatlar respub-
likada nəşr edilən kitab məhsulunun tərkibi
barədə müxtəlif aspektli informasiya əldə
etməyə imkan yaradırdı. Həmin vəsaitə nəinki
respublikamızda, həm də onun hüdudlarından
kənarda böyük tələbat var idi. Lakin vəsaitlər
üçün materialların toplanması davam etsə də,
müxtəlif təşkilati və maliyyə çətinlikləri
üzündən 1986-cı ildən etibarən həmin vəsaitin
nəşri dayanmışdır. 1980-ci illərin sonlarından
Azərbaycan Dövlət Kitab Palatasının fəaliy-
yəti xeyli məhdudlaşdığından və 1999-cu ildə
Milli Məclis tərəfindən qəbul edilən “Kitab-
xana işi haqqında” Azərbaycan Res-
publikasının Qanunu ilə ölkə ərazisində dərc
olunan çap məhsullarının dövlət uçotunu
aparmaq və arxiv fondunu yaratmaq Milli
Kitabxanaya həvalə olunduğundan bu iş
dayandırılmışdır.
Lakin “Milli Kitabxana” statusu heç bir
kitabxanaya verilmədiyindən bir neçə il bu
vacib iş öz həllini tapa bilməmişdir. 2004-cü
ildə M.F.Axundov adına Dövlət Kitabxanasına
“Milli Kitabxana” statusu verildikdən sonra
milli biblioqrafiya vəsaitlərinin nəşri bərpa
edilmişdir. Biblioqrafik vəsaitdə toplanmış
materiallar elm və fəaliyyət sahələri üzrə
dövlət biblioqrafiyası orqanlarında istifadə
edilən
“Qost 7.1-2003 “Biblioqrafik
yazı.Biblioqrafik təsvir. Ümumi tələbat və
tərtibat qaydaları” əsasında təsnifləşdirilmişdir.
Ədəbiyyat
1. Əliyev Z.H.Ümumi biblioqrafiyaşünaslıq:Dərs
vəsati.-BUN.-2001.-144s.
2. Əliyev Z.H. Azərbaycan biblioqrafiyasının
tarixi: Dərslik.-BUN.-2007.- 184s.
3. İsmayılov N.İ. Azərbaycan biblioqrafiyasının
biblioqrafiyası.- B.,2003.,112s.
4. Берков П.Н. Библиографическая инфор-
мационная эвристика.-М.:РОУ,1992.-162с.
11.
Biblioqrafiyanın biblioqrafiyası
informasiya axtarışı sistemində
Biblioqrafik
informasiya
axtarışında
biblioqrafik mənbələrin əhəmiyyəti izah
edilərkən hər şeydən əvvəl biblioqrafiyanın
biblioqrafiyası biblioqrafik vəsaitinin funksiya-
məqsəd istiqaməti haqqında tələbələrdə aydın
təssəvür yratmaq məqsədilə faktiki materi-
alların şərhinə üstünlük vermək lazımdır.
“Azərbaycan bibloqrafiyasının biblioqrafiyası”
biblioqrafik
göstəricisinin
müxtəlif
elm
sahələrinin biblioqrafik informasiya təminatında
rolu haqında ətraflı məlumat vermək lazımdır.
İkinci dərəcəli biblioqrafik informasiya mənbəyi
kimi biblioqrafiyanın biblioqrafiyasının sənəd-
informasiya axtarışında fərqli xüsusiyyətləri,
elmlərin təsnifat sisteminə uyğun olaraq
vəsaitdə sistemləşdirilməsi, biblioqrafik
təsvirlərin tamlığı barədə əyani şəkildə
tələbələri məlumatlandırmaq lazımdır.
Biblioqrafiyanın bir xüsusi növü də var
ki, ona “biblioqrafiyanın biblioqrafiyası” adı
verilir. Məlumdur ki, biblioqrafiya “sənəd-
tələbatçı” sistemində əlaqələndirici həlqə
(vasitəçi) rolunu oynayır. Lakin biblioqrafik
informasiya mənbələri (biblioqrafik vəsaitlər)
xeyli artdığına görə onların da axtarışı
çətinləşir və deməli tələbatçıların sənəd-
ləşdirilmiş biblioqrafik informasiya mənbələri
üzrə istiqamətləndirilmələrinə ehtiyac yaranır.
“Sənəd-tələbatçı” sistemi mühitində bib-
lioqrafik məhsulun müxtəlifliyi və həcmcə
artması əlaqədar olaraq “Biblioqrafik infor-
masiya – tələbatçı” (Bİ-T) deyilən yeni xüsusi
bir sistem yaranır və bu sistemdə sənəd-
tələbatçı sisteminə məxsus olan ziddiyyətlər
kiçik miqyasda, müəyyən incəliklə təkrar
olunur. İndi artıq (“Bİ-T”) sistemində axtarış,
kommunikasiya və qiymətləndirmə funksiya-
larını həyata keçirən xüsusi vasitəçiyə ehtiyac
əmələ gəlir və bu sistemdə tələbatçılar
əvvəlkilərdən ibarət olaraq qalır, ilkin sənəd-
ləri (biblioqrafiyalaşdırmanın bilavasitə
obyektini) isə ikinci, yəni biblioqrafik sənəd-
lər əvəz edir. Deməli, biblioqrafiyanın biblio-
Dostları ilə paylaş: |