qrafiyası “vasitəçinin-vasitəçisi” mənasını ve-
rir.
Biblioqrafiyanın biblioqrafiyası tələbatçı-
ları (hər şeydən əvvəl biblioqrafları, kitab-
xanaçıları, ETİ orqanlarının işçilərini) bib-
lioqrafik informasiya mənbələri üzrə isti-
qamətləndirən vasitələrlə təmin edir, biblio-
qrafiyalaşdırma, biblioqrafik xidmət və özünə-
xidmət prosesində biblioqrafik axtarışı
mütəşəkkilləşdirir. O, biblioqrafiya tarixinin,
biblioqrafik fəaliyyət metodikasının elmi
cəhətdən işlənilməsində mühüm rol oynayır.
Biblioqrafiyanın biblioqrafiyası sahəsində daha
mühüm əsərlər çox vaxt biblioqrafiyaşünaslıq
tədqiqatları xarakterinə malik olur. Biblio-
qrafiyanın biblioqrafiyası ümumi və xüsusi,
cari və retrospektiv, universal və sahəvi, kit-
abxana və kitab ticarəti və s. xarakterli ola
bilər.
Ədəbiyyat
1.Əliyev Z.H.Ümumi biblioqrafiyaşünaslıq:Dərs
vəsati.-BUN.-2001.-144s.
2.Əliyev Z.H. Azərbaycan biblioqrafiyasının
tarixi: Dərslik.-BUN.-2007.- 184s.
3.İsmayılov N.İ. Azərbaycan biblioqrafiyasının
biblioqrafiyası.- B.,2003.,112s
12.
İnformasiya – kommunikasiya
texnologiyalarının biblioqrafik fəaliyyət
proseslərinə tətbiqi
Mövzu izah olunarkən müasir cəmiy-
yətdə baş verən əsaslı dəyişikliklər barədə
ətraflı məlumat vermək lazımdır. Elmi-texniki
tərrəqqinin inkişaf səviyyəsi haqqında, infor-
masiya-kommunikasiya texnologiyalarının kitab-
xanaların biblioqrafik fəaliyyət proseslərinə
tədbiqinin zəruriliyi, elektron kitabxanalar,
elektron kataloqlar informasiya resurslsrının
axtarış vasitəsi kimi üstünlükləri barədə
tələbələrdə aydın təsəvvür yratmaq məqsədilə
konkret faktlara istinad etmək lazımdır.
Elektron kataloqların yaradılması sahəsində
görülən işlər, İnternet vasitəsilə beynəlxalq
informasiya şəbəkəsində axtarışlar aparılması
vəziyyətinin elmi, nəzəri və metodiki məsələ-
ləri izah edilməlidir.
XX əsrin sonu, XXI əsrin başlanğıc-
ından başlayaraq İnternetin meydana gəlməsi,
respublikamızda kitabxanaların yeni infor-
masiya – kommunikasiya texnologiyalarından
istifadəsini sürətləndirdi. Müasir dövrdə
mövcud bilik və informasiyalar ənənəvi çap
məhsulu ilə yanaşı, eyni zamanda elektron
formada təqdim olunmaqdadır. Müasir kitab-
xanaların fəaliyyət proseslərini şərtləndirən
amillərə elektron informasiya vasitələrindən
istifadə etmək kimi vacib proseslər daxil
olmuşdur. Bu prosesləri həyata keçirməkdə
məqsəd, müasir informasiya-kommunikasiya
texnologiyalarından istifadə etməklə, ənənəvi
fəaliyyət proseslərinin keyfiyyətini yüksəlt-
mək, elektron kataloq və İnternet resursları
vasitəsilə biblioqrafik informasiya xidmətini
həyata keçirmək, elektron məlumat bazaları
yaratmaqdır.
Müasir biblioqrafik informasiya xidməti
formaca yeni bir xidmət növü kimi səslənsə
də, mahiyyətcə ənənəvi informasiya
xidmətinin davamıdır. Müasir informasiya-
kommunikasiya texnologiyalarının tətbiqi və
ondan istifadə etməklə bəşəri biliklərə
yiyələnmək və virtual kitabxanaların köməyi
ilə informasiya almaq mümkündür. Ənənəvi
çap məhsulunu elektron formada hazırlamaq,
qorumaq və düzgün istiqamətləndirmək üçün
hazırda insan fəaliyyətinin bütün sahələrində
İnformasiya-kommunikasiya
texnologiyalarından geniş şəkildə istifadə
olunur. Elmin, mədəniyyətin və təhsilin
müasir informasiya təminatı bu gün məhz
İKT-dən effektiv şəkildə istifadə etməklə və
elektron kitabxana yaratmaqla mümkündür.
İnformasiya axınının durmadan artdığı bir
dövrdə bu tip kitabxanalar informasiya
cəmiyyətinin
əsas
infrastrukturu,
elementlərindən birinə çevrilir.
Ümummilli lider Heydər Əliyev 1998-ci
ildə “Kitabxana işi haqqında” Qanunu, 2003-
cü ilin fevral ayında isə respublikamızda
informasiya-kommunukasiya texnologiyalarının
geniş tətbiq olunması və inkişaf etdirilməsi
haqqında “Azərbaycanın inkişafı naminə İKT
üzrə Milli Strategiya”nı (2003-2012-ci illər)
təsdiq etmişdir. Məhz İKT-nin kitabxanalarda
tətbiqi, qlobal İnternet şəbəkəsinə çıxış
kitabxanalara öz fondlarını elektron formada
dünyaya təqdim etməyə, daha çox potensial
oxucu qüvvəsini real oxucu kütləsi ilə əvəz
etməyə imkan vermişdir. Bu informasiya
cəmiyyətinin kitabxanalara ən böyük töhfə-
sidir.
Ədəbiyyat
1.Əliyev
Z.H.,
Məmmədov
Ə.M.
Biblioqrafik işin kompüterləşdirilməsinin nəzəri
və praktiki əhəmiyyəti // Kitabxanaşünaslıq və
biblioqrafiya.-1998.-№2.-S.63-69.
Dostları ilə paylaş: |