Müasir qloballaşan dünyada informasi yanın yüksək sürətlə istehsalı, emalı, yayılması



Yüklə 386,11 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix11.04.2018
ölçüsü386,11 Kb.
#37133
1   ...   7   8   9   10   11   12   13   14   15

qrafiyası    “vasitəçinin-vasitəçisi”    mənasını    ve-

rir. 


 

Biblioqrafiyanın  biblioqrafiyası  tələbatçı-

ları    (hər    şeydən    əvvəl    biblioqrafları,    kitab-

xanaçıları,    ETİ    orqanlarının    işçilərini)    bib-

lioqrafik    informasiya      mənbələri    üzrə    isti-

qamətləndirən    vasitələrlə    təmin    edir,    biblio-

qrafiyalaşdırma,  biblioqrafik  xidmət  və  özünə-

xidmət    prosesində    biblioqrafik    axtarışı  

mütəşəkkilləşdirir.    O,    biblioqrafiya    tarixinin,  

biblioqrafik    fəaliyyət    metodikasının    elmi  

cəhətdən    işlənilməsində    mühüm    rol    oynayır.  

Biblioqrafiyanın  biblioqrafiyası  sahəsində  daha  

mühüm  əsərlər  çox  vaxt  biblioqrafiyaşünaslıq  

tədqiqatları    xarakterinə    malik    olur.  Biblio-

qrafiyanın    biblioqrafiyası    ümumi    və    xüsusi,  

cari  və  retrospektiv,  universal  və  sahəvi,  kit-

abxana    və    kitab    ticarəti    və  s.  xarakterli    ola  

bilər. 


Ədəbiyyat 

 

1.Əliyev  Z.H.Ümumi  biblioqrafiyaşünaslıq:Dərs 

vəsati.-BUN.-2001.-144s. 

2.Əliyev  Z.H.  Azərbaycan    biblioqrafiyasının  

tarixi: Dərslik.-BUN.-2007.- 184s. 

3.İsmayılov N.İ. Azərbaycan biblioqrafiyasının 

biblioqrafiyası.-       B.,2003.,112s 

 



12.

 

İnformasiya – kommunikasiya 

texnologiyalarının  biblioqrafik fəaliyyət 

proseslərinə tətbiqi 

 

 

 Mövzu  izah    olunarkən  müasir    cəmiy-

yətdə  baş  verən  əsaslı  dəyişikliklər    barədə  

ətraflı  məlumat  vermək  lazımdır. Elmi-texniki 

tərrəqqinin  inkişaf  səviyyəsi  haqqında,  infor-

masiya-kommunikasiya texnologiyalarının kitab-

xanaların  biblioqrafik  fəaliyyət  proseslərinə 

tədbiqinin  zəruriliyi,  elektron  kitabxanalar, 

elektron  kataloqlar  informasiya  resurslsrının 

axtarış  vasitəsi  kimi  üstünlükləri  barədə  

tələbələrdə  aydın  təsəvvür  yratmaq  məqsədilə  

konkret    faktlara    istinad  etmək    lazımdır. 

Elektron  kataloqların  yaradılması  sahəsində 

görülən  işlər,  İnternet  vasitəsilə  beynəlxalq 

informasiya  şəbəkəsində  axtarışlar  aparılması  

vəziyyətinin   elmi,  nəzəri  və  metodiki  məsələ-

ləri  izah  edilməlidir. 

 

XX    əsrin    sonu,    XXI    əsrin    başlanğıc-



ından  başlayaraq  İnternetin  meydana  gəlməsi,  

respublikamızda    kitabxanaların    yeni    infor-

masiya  –  kommunikasiya    texnologiyalarından  

istifadəsini    sürətləndirdi.    Müasir    dövrdə  

mövcud  bilik  və  informasiyalar  ənənəvi  çap  

məhsulu    ilə    yanaşı,    eyni    zamanda    elektron  

formada    təqdim    olunmaqdadır.   Müasir    kitab-



xanaların    fəaliyyət    proseslərini  şərtləndirən  

amillərə    elektron    informasiya    vasitələrindən  

istifadə    etmək    kimi    vacib    proseslər    daxil  

olmuşdur.    Bu    prosesləri    həyata    keçirməkdə  

məqsəd,    müasir    informasiya-kommunikasiya  

texnologiyalarından    istifadə    etməklə,    ənənəvi  

fəaliyyət    proseslərinin    keyfiyyətini    yüksəlt-

mək,  elektron  kataloq  və  İnternet    resursları  

vasitəsilə    biblioqrafik    informasiya    xidmətini  

həyata    keçirmək,    elektron    məlumat    bazaları  

yaratmaqdır. 

 

Müasir  biblioqrafik  informasiya  xidməti  



formaca  yeni  bir  xidmət  növü  kimi  səslənsə  

də,    mahiyyətcə    ənənəvi    informasiya  

xidmətinin    davamıdır.    Müasir    informasiya-

kommunikasiya    texnologiyalarının    tətbiqi    və  

ondan    istifadə    etməklə    bəşəri    biliklərə  

yiyələnmək    və    virtual    kitabxanaların    köməyi  

ilə    informasiya    almaq    mümkündür.    Ənənəvi  

çap  məhsulunu  elektron  formada  hazırlamaq,  

qorumaq    və   düzgün    istiqamətləndirmək   üçün  

hazırda  insan  fəaliyyətinin  bütün  sahələrində  

İnformasiya-kommunikasiya  

texnologiyalarından    geniş    şəkildə    istifadə  

olunur.    Elmin,    mədəniyyətin    və    təhsilin  

müasir    informasiya  təminatı    bu    gün    məhz  

İKT-dən  effektiv  şəkildə  istifadə  etməklə  və  

elektron    kitabxana    yaratmaqla    mümkündür. 




İnformasiya    axınının    durmadan    artdığı    bir  

dövrdə    bu    tip    kitabxanalar    informasiya  

cəmiyyətinin 

 

əsas 



 

infrastrukturu,  

elementlərindən  birinə  çevrilir. 

 

Ümummilli  lider  Heydər  Əliyev  1998-ci  



ildə  “Kitabxana  işi  haqqında”  Qanunu,  2003-

cü    ilin    fevral    ayında    isə    respublikamızda  

informasiya-kommunukasiya    texnologiyalarının  

geniş    tətbiq    olunması    və    inkişaf    etdirilməsi  

haqqında  “Azərbaycanın  inkişafı  naminə  İKT  

üzrə    Milli    Strategiya”nı    (2003-2012-ci    illər)  

təsdiq    etmişdir.    Məhz    İKT-nin  kitabxanalarda  

tətbiqi,    qlobal    İnternet    şəbəkəsinə    çıxış  

kitabxanalara    öz    fondlarını    elektron    formada  

dünyaya  təqdim  etməyə,  daha  çox  potensial  

oxucu  qüvvəsini  real  oxucu  kütləsi  ilə  əvəz  

etməyə    imkan    vermişdir.  Bu    informasiya  

cəmiyyətinin    kitabxanalara    ən    böyük    töhfə-

sidir. 


     

Ədəbiyyat 

                                                 

1.Əliyev 

Z.H., 


Məmmədov 

Ə.M. 


Biblioqrafik  işin  kompüterləşdirilməsinin  nəzəri 

və  praktiki  əhəmiyyəti  //  Kitabxanaşünaslıq  və 

biblioqrafiya.-1998.-№2.-S.63-69. 



Yüklə 386,11 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə