Müasir qloballaşan dünyada informasi yanın yüksək sürətlə istehsalı, emalı, yayılması



Yüklə 386,11 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix11.04.2018
ölçüsü386,11 Kb.
#37133
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

 

7.

 

İnformasiya axtarışında  kitabxana –

biblioqrafiya biliyinin vacibliyi 

 

 

İnformasiya  axtarışında  kitabxana  kata-

loqlarının  əhəmiyyəti.  Ümumilikdə,  müxtəlif  

axtarış  vasitələrinin  fərqli  və  üstün  cəhətləri. 

Müasir  informasiya  ehtiyyatlarından  daha  sə-

mərəli istifadə edilməsində elmi biliklərlə yanaşı, 

kitabxana-biblioqrafik  biliklərin  olması  da  vacib 

şərtdir.  Ənənəvi  vasitələrlə    və  müasir  elektron 

informasiya  mənbələrində  axtarış  aparmaq  üçün 

informasiya-texnologiyalarından  istifadənin  zə-

ruriliyi. Biblioqrafın bilik, vərdiş və bacarıq kimi 

keyfiyyətləri  sənədlərə  əsaslanan  informasiya 

axtarışında  əsas  amildir.  Müasir  şəraitdə  kitab-

xanaların bütün imkanlarından səmərəli  istifadə 

etmək  üçün  tələbatçıların gündən-günə artan və 

mürəkkəbləşən  informasiya  tələbatlarını  tam  və 

dəqiq  ödəmək  üçün  kitabxana    əməkdaşları  bib-

lioqrafik  cəhətdən  hazırlıqlı  olmalı,    yeni  çıxan 

ədəbiyyatdan xəbərdar olmalı, biblioqrafik məlu-

mat  mənbələrindən  düzgün  istifadə  etməyi, 

kitabxanaşünaslıq  və  biblioqrafiya  sahəsindəki 

yenilikləri  bilməli    və  onları  öz  işində  tətbiq  et-

məyi bacarmalıdır. 

 

Müasir dövrdə dünyanın bütün ölkələrində 



ixtisaslı kitabxanaçı kadrlar hazırlayan  geniş ali 


və  orta  ixtisas  məktəbləri  şəbəkəsi  fəaliyyət 

göstərir.  Kitabxanaçılıq  təhsili  gündən-günə 

təkmilləşir, onun  məzmununda  yeni  keyfiyyətlər 

meydana  çıxır.    Kitabxana  və  informasiya  işinə 

texniki  vasitələr  geniş  daxil  olduqca,  kitabxana 

işinin  kompüterləşdirilməsi  daha  geniş  vüsət 

aldıqda  kadr  hazırlığı  prosesində  də  radikal 

dəyişikliklər    olmalıdır.  Elm  və  texnikanın  

sürətli  inkişafı,  cəmiyyətin  idarə  edilməsində  

informasiyanın  geniş  vüsət  alması,  informa-

siyalaşdırılmış cəmiyyətin formalaşdırılması pro-

sesi, biblioqrafda hesablama texnikası və kompü-

terlərlə  işləmək  bacarığı    tələb  edir.  Məhz  bu 

amillərə  görədir  ki,  bu  gün  kitabxana  işçilərinin 

biblioqrafik  təhsilinin  təşkilivə  öyrədilməsinə 

xüsusi diqqət yetirmək lazımdır. Müasir    biblio-

qraf  cəmiyyətin  inkişaf  sürəti  ilə  ayaqlaşmalı, 

yeni-yeni elmi fənlərə, xüsusilə  biblioqrafik pro-

seslərin  kompüterləşdirilməsi  məsələlərini  öy-

rənməlidir.  Bütün  bu  keyfiyyətlər  metodiki 

mərkəzlər  tərəfindən  aparılan  qabaqcıl  iş  təc-

rübəsi,    ixtisasartırma,  seminar  və  konfranslar 

zamanı nəzərə alınmalıdır.  

 

Kitabxananın  qeyri-biblioqrafiya  şöbələr-



inin  işçiləri eyni bir biblioqrafk hazırlığa  malik 

deyillər.  Onlar  müxtəlif  tip  kitabxanalarda  

müxtəlif  vəzifələrdə  çalışırlar.  Bu  amillər  ma-

hiyyət etibarilə onların biblioqrafik biliklərə olan 




tələbatlarına  təsir  göstərir.  Ona  görə  də  xüsusi 

kitabxana-biblioqrafiya  hazırlığı  olmayan  kitab-

xanaçıya  müxtəlif  tip  kitablar,  onların  quruluşu 

və  vəzifələri,  soraq-biblioqrafiya  aparatı  haqqın-

da  ətraflı  məlumat  vermək  lazımdır.  Komp-

lektləşdirmə        şöbəsinin  işçilərinin  səmərəli 

fəaliyyəti  üçün  çox  vacib  olan  biblıioqrafik 

mənbələrdən  istifadə  qaydalarını  bilməli  və 

özünün işçi kartotekasını yaratmağı bacarmalıdır. 

Oxuculara  biblioqrafik  biliklərin  təbliğinin 

səmərəliliyi birbaşa  biblioqrafik mədəniyyətdən, 

biblioqrafik  işin  yeniliklərini  bilməklərindən  və 

kitabxananın,  ETM  orqanlarının    informasiya 

imkanlarını açıqlamaq bacarığından asılıdır.  Hər 

bir  şəxsin  informasiya  mədəniyyəti  müxtəlif  və 

fərqlidir.  İnformasiya  mədəniyyəti  müxtəlif 

funksional  əhəmiyyətə  malik  komponentlərdən 

ibarətdir.  İnformasiya  mədəniyyəti  quruluşuna 

bir sıra elementlər daxildir:  biblioqrafik axtarış, 

yazı  mədəniyyəti  (sənədin  doldurulması),  kitab 

və  oxu  mədəniyyəti,  intelektual  səviyyə,  müasir 

informasiya  texnologiyasından  istifadə  etmə 

mədəniyyəti, 

hüquqi 


informasiya, 

müasir 


dünyagörüşü və biblioqrafik mədəniyyət. 

 

 



 

 


Ədəbiyyat 

 

1. Əliyev Z.H.Ümumi biblioqrafiyaşünaslıq:Dərs 

vəsati.-BUN.-2001.-144s. 

2. Əliyev  Z.H. Biblioqrafik informasiya və onun 

elmi 

mahiyyəti 



//Kitabxanaşünaslıq 

və 


biblioqrafiya.-1998.-№1.-S.17-25. 

3.  Əliyev  Z.H.,  Məmmədov  Ə.M.  Biblioqrafik 

işin  kompüterləşdirilməsinin  nəzəri  və  praktiki 

əhəmiyyəti 

// 

Kitabxanaşünaslıq 



və 

biblioqrafiya.-1998.-№2.-S.63-69. 

4.Библиографическая  работа  в  библиотеке: 

организация и методика. М., 1990,256с. 

 

8.Kitabxananın SBA-tı informasiya axtarış 

sistemində 

 

 

Kitabxanaların  biblioqrafik  fəaliyyət  pro-

sesində SBA-nın rolu və əhəmiyyəti haqında hər 

şeydən  əvvəl  tələbələrdə  təsəvvür  yaratmaq 

lazımdır.  SBA-nın  tərkib  hissələri,  biblioqrafik 

informasiya  axtarışında  SBA-nın  tərkib  hissə-

lərinin  bu  prosesdə  iştirakını  əsaslandırmaq 

lazımdır. SBA-na  tərtibinə qoyulan tələblər. Hər 

bir  kitabxananın  SBA-nın  müasir  informasiya-

texnologiyaları  sisteminə  əsaslanaraq  yenidən 

təşkili.  Kitabxanaların  ənənəvi  SBA-nın  müasir 

informasiya  bazalarından  fərqli  cəhətləri  barədə 




Yüklə 386,11 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə