SBA-nın modelidir və o, aparatdan istifadəni
asanlaşdırır, onun idarə olunmasını, idarə
olunmasını nizama salır.
“Açar” elementləri bir çox kitabxana-
ların SBA-da olur. Onlara sistemli kataloq
və kartotekanın əlifba predmet göstəricisi,
biblioqrafik vəsaitlərin kataloq və kartotekası,
plakatlar, məlumatın kataloqdan (kartotekadan)
axtarışı “blok-sxemi”, kataloq və
kartotekaların pasportu, SBA-nın hissələrinin
xarici tərtibatı və s. aiddir. Onlar SBA-dan
optimal axtarışı təmin edir. SBA-nın əsas
məqsədi kitabxana fondunu tam əks
etdirməkdən ibarətdir. Onun ayrı-ayrı tərkib
hissələri qarşılıqlı əlaqədə olmalı və bir-birini
tamamlamalıdır.
Ədəbiyyat
1.Xələfov A.A., Hüseynova A.S. Elektron
kataloqun əhəmiyyəti və təşkili prinsipləri //Bakı
Universitetinin Xəbərləri (humanitar elmlər
seriyası).- 2004.-№4.-S.288-290.
2. Vəzirova R.Ə. Mərkəzləşmiş kitabxana
sistemində SBA biblioqrafik xidmətin əsas
vasitəsidir.- // Azərbaycan kitabxanalarında
oxuculara biblioqrafik xidmət problemləri.Elmi
əsərlər.-B.,1989.-S.46-51.
3.Vəzirova R.Ə. Elektron biblioqrafik
məlumat bazası SBA-nın əsas tərkib hissəsidir
//Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri
və təcrübi jurnal.-B.:BUN.,2007.-№2.-S.76-86.
4.
Библиографическая
работа
в
библиотеке: организация и методика. М.,
1990,256с.
9.Kitabxananın soraq-biblioqrafik nəşrlər
fondu biblioqrafik informasiya axtarışında
Soraq-biblioqrafik nəşrlər fondunun məz-
mun əhatəliliyi və tərkib hissələri barədə mövzu
izah edilərkən hər şeydən əvvəl biblioqrafik
nformasiya axtarışında soraq-biblioqrafik nəşrlər
fondunun operativliyi barədə məlumat vermək
lazımdır. Eyni zamanda soraq-biblioqrafik
nəşrlər fondundan istifadə etməklə rəhbər
xarakterli materialların, sosial-siyasi xarakterli
ədəbiyyatın təbliğində rolunu faktiki material-
larla əsaslandırmaq lazımdır. Mövzu izah edil-
ərkən soraq-məlumat nəşlərinin tərkibi və
informasiya xidmətində əhəmiyyəti də qeyd
edilməlidir. Biblioqrafik informasiya mənbə-
lərinin biblioqrafik informasiya axtarışında üstün
cəhətləri, ödənilmiş arayışla fondu, onun
məzmun əhatəliliyi, informasiya – biblioqrafik
axtarışda fərqli cəhətləri göstərilməlidir.
Soraq-biblioqrafik nəşrlər fondu kitab-
xananın soraq – biblioqrafiya aparatının bir
tərkib hissəsi olmaqla, əsas və direktiv xarak-
terli materialları, soraq-məlumat ədəbiyyatını,
ən mühüm biblioqrafik vəsaitləri və ödənilmiş
arayışlar fondunu əks etdirir.
Soraq-biblioqrafik nəşrlər fondunun
tərkibi və məzmunu tipoloji xüsusiyyətindən,
işin profilindən və oxucu kontingentindən
asılıdır. Soraq-biblioqrafik nəşrlər fonduna
daxil olan sənədləri dörd qrupa ayırmaq olar:
I qrupa əsas və direktiv xarakterli mat-
eriallar, eləcə də ümumiləşmiş elmi əsərlər
və dərsliklər, rəsmi sənədlər daxildir;
II qrupa məlumat nəşrləri, ensiklo-
pediyalar, lüğətlər və təqvimlər əhatə olunur;
III qrupa biblioqrafik vəsaitlər və bib-
lioqrafik vəsaitlərin göstəriciləri daxildir;
Soraq-biblioqrafik nəşrlər fondunun 4-cü
hissəsini ödənilmiş arayışlar fondu təşkil edir.
SBNF iki hissədən ibarətdir: aktiv-yəni
operativ (tez-tez işlənən) və passiv (gec-gec
işlənən).
Soraq-biblioqrafik nəşrlər fondunun
aktiv hissəsi daimi olaraq yeni nəşrlərin daxil
olması ilə komplektləşdirilir. Fondun passiv
hissəsi isə köhnəlmiş nəşrlərin yenisi ilə
formalaşdırılır.
Soraq-biblioqrafik nəşrlər fondunun çox
da genişlənməsinə yol verməməklə yanaşı
onun aktiv hissəsinin optimal səviyyəsini elə
saxlamaq lazımdır ki, informasiya tələbatçıları
və oxucu sorğularını təmin edə bilsin. Bu
məsələ soraq-biblioqrafik nəşrlər fondunun
qarşısında duran əsas vəzifədir.
Soraq-biblioqrafik nəşrlər fondunun I
qrupuna daxil olan sənədlər əsas və direktiv
xarakterli materiallar adlanır. Buraya Milli
Məclisin qurultay materialları, sessiya mate-
rialları, dövlət sənədlərinin əsas mövzu məc-
muələri, Azərbaycan Respublikası Kons-
titusiyası, Azərbaycan Respublikasının qərarlar
məcmuəsi, müxtəlif sənədlər daxildir.
Soraq-biblioqrafik nəşrlər fondunun II
hissəsini təşkil edən məlumat ədəbiyyatı öz
xarakterinə, tipinə və mövzusuna görə olduq-
ca müxtəlifdir. Buraya ensklopediyalar və
ensiklopedik lüğətlər, ümumi və xüsusi məlu-
mat materialları, lüğətlər, ünvan kitabları,
təqvimlər daxildir. Ensklopediyalarda məqalə-
lər, arayışlar, xülasələr izahlı şəkildə verilə
Dostları ilə paylaş: |