Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   25   26   27   28   29   30   31   32   33

90 
 
idi.Alman ordusu 190 diviziya, 3500 tank, 4900 təyyarə və 50 mindən yuxarı top 
və minamyota malik idi. 
Sovet  İttifaqına  hücum  planı-“Barbarossa  planı”  1940-cı  ildə  təsdiq  olun- 
muş və qısa müddət ərzində Sovet dövlətini məhv etməyi nəzərdə tuturdu. Alman 
qoşunları üç qrupa bölünmüşdü ki, onlar “Şimal”, “Mərkəz” və “Cənub” qrupları 
adlanırdı.Həmin  qruplar  Sovet  dövlətinin  Leninqrad,  Moskva  və  Kiyev  şəhərləri 
istiqamətində hərəkət etməyi planlaşdırırdı. 
1941-ci il iyunun 22-də İngiltərənin Baş naziri U. Çörçill, iyunun 24-də isə  
ABŞ  prezdenti  F.Ruzvelt  bildirdilər  ki,faşizmlə  mübarizədə  Sovet  İttifaqı  ilə 
həmrəy olacaqlar.İyulun 12-də İngiltərə  və Sovet İttifaqı arasında  faşist  Almani- 
yasına qarşı “Birgə əməliyyat haqqında” saziş imzalandı.Avqustun 2-də isə ABŞ 
rəhbərliyi  tərəfindən  SSRİ-yə  yardım  etməyə  dair  rəsmi  qərar  qəbul  olundu.Hə- 
min günlərdə Ruzvelt və Çörçill “Atlantika Xartiyası” adlı sənəd imzaladılar.Bu, 
antifaşist koalisiyasının əsasını qoydu. 
Alman  agentləri  İran  ərazisindən  Sovet  İttifaqına  böyük  təhlükə  törədirdi. 
Buna görə də 1921-ci il Sovet-İran  müqaviləsinin 6-cı maddəsinə görə Sovet qo- 
şunları 1941- ci il avqustun 25-də Şimali İran ərazisinə yerləşdirildi.İranın cənub 
hissəsinə  isə  ingilis  ordusu  gətirildi.1942-ci  il  yanvarın  29-da  SSRİ,  İngiltərə  və 
İran  arasında  “İranın  suverenliyinə  hörmət  və  onun  faşist  təcavüzündən  qorun- 
masına  dair”  saziş  imzalandı.Sazişdə  qeyd  edilirdi  ki,  sovet  və  ingilis  qoşunları 
müharibənin başa çatmasından sonra altı aydan gec olmayaraq İran ərazisini tərk 
etməlidir. 
1941-ci  ilin  payızında  alman  hərbi  komandanlığının  hazırladığı  “Tayfun” 
əməliyyatı  həyata  keçirildi.Moskva  əməliyyatı    ərəfəsində  alman  ordusunda  75 
diviziya vardı ki, onlardan 14-ü tank, 8-i isə piyada diviziya idi.Alman qoşunları 
Moskvaya  iki  istiqamətdə  hücuma  başladı.Sentyabrın  30-da  başlanan  hücum 
noyabrın  ortalarınadək  davam  etdi.1941-ci  il  dekabrın  5-də  Kalinin  cəbhəsinin 
qoşunları  alman  ordusunu  Moskva  altında  baş  vermiş  döyüşdə  məğlubiyyətə 
uğratdı  və  Moskvadan  100-250  km.kənara  atdı.Bu  qələbə  alman  qoşunlarının 
“İldırım sürətli müharibə planı” nı iflasa uğratdı. 


91 
 
 
 
Moskva altında alman ordusunun məğlubiyyətindən dərhal sonra-1941-ci il 
dekabrın  7-də  yapon  hərbi  donanması  Pyorl-Xarbordakı  ABŞ  hərbi  bazasına 
zərbə  endirdi.ABŞ  18  iri  gəmi,  o  cümlədən  8  linkorn,çoxlu  xırda  korabl  və  təy- 
yarə itirdi. 
         Ümumiyyətlə,Yaponiya  ABŞ,İngiltərəvə  Hollandiyaya  məxsus  3,8mln.km

ərazini  ələ  keçirdi  ki,bu  torpaqlarda  150  mln.insan  yaşayırdı.Dekabrın  17-də 
Almaniya  və  İtaliya  ABŞ-a  müharibə  elan  etdi.ABŞ  konqresi  də  hər  iki  dövlətə 
qarşı müharibə elan edilməsinə dair qərar qəbul etdi. 
 
 
1942-ci il yanvarın 1-də Vaşinqtonda 26 ölkə rəhbəri “Birləşmiş Millətlərin 
Bəyannaməsini”  imzaladı.1942-ci  ilin  mayın  26-da  Londonda  Hitler  təcavüzünə 
qarşı birgə mübarizə haqqında sovet-ingilis sazişi bağlandı. 
 
 
Bu dövrdə Sovet rəhbərliyi Avropada İkinci Cəbhənin açılması məsələsinə 
böyük əhəmiyyət verirdi.1942-ci ilin iyununda İkinci Cəbhənin açılmasına dair üç 
dövlət  arasında  ilkin  razılıq  əldə  edilməsinə  baxmayaraq,ABŞ  və  İngiltərə  döv- 
lətləri öhdəlikləri yerinə yetirmədi. 
      İkinci dünya müharibəsinin ikinci mərhələsi 
 
 
 
 
İkinci dünya müharibəsində əsaslı dönüş 
 
1942-ci ilin noyabrın ortalarında cəbhələrdə vəziyyət antifaşist koalisiyası 
 
dövlətlərinin xeyrinə dəyişdi.Alman faşist ordusu Stalinqrad istiqamətində 1942-             
 
ci il iyulun 23-də hücuma başlasa da, həmin ilin noyabrın 29-da Sovet ordusunun 
əks hücum əməliyyatı başlayır.Tərkibi 300 min nəfərdən ibarət olan 22 alman di- 
viziyası vuruşmaqdan imtina edir.1943-cü il yanvarın 31-i gecəsində feldmarşal  
Paulyus  başda  olmaqla  alman  ordusu  təslim  oldu.Mühasirəyə  alınanlardan  147 
min nəfəri öldürüldü,91 mini isə əsir götürüldü.Beləliklə,Stalinqrad döyüşü mü-   
haribənin gedişində əsaslı dönüşün başlanğıcını qoydu.Eyni vaxtda ingilis ordusu 
Şimali Afrikada hücuma keçərək 1942-ci il oktyabrın 23-də Əl-Almeyn döyüşün- 
də alman-italiyan ordusunu ağır məğlubiyyətə uğratdı. 
Bundan sonra  ingilis qoşunları Kirenaikanı və Tripolitanianı,1942-ci il no- 
yabrın 8-də isə ingilis-amerikan ordusu Əlcəzair,Oranj və Kasablankanı ələ keçir- 


92 
 
di.1943-cü  il  mayın  6-da  ingilis-amerikan  ordusu  Tunisdə  hücum  əməliyyatına 
başladı.Bir həftə sonra italiyan-alman ordusu təslim oldu.1943-cü ilin ortalarında 
hərbi  əməliyyatların  mərkəzi  Oriol-Kursk  rayonuna  keçdi.Almanların  yeni  əmə- 
liyyatı “Qala” adı altında aparılmalı idi.Hücum ərəfəsində alman ordusu 50 divi- 
ziyadan  ibarət  idi  ki,əsgər  və  zabitlərin  ümumi  sayı  900  min  nəfərə  çatırdı.Eyni 
zamanda  10  min  səhra  topu,2,7  min  tank  və  2  mindən  artıq  təyyarə  döyüşə  cəlb 
edilmişdi.1943-cü  il  iyulun  5-də  alman  ordusu  hərbi  əməliyyata  başladı.  Ancaq, 
onların  hücumu  tezliklə  dayandırıldı  və  iyulun  12-də  sovet  ordusu  əks-hücuma 
keçdi.Avqustun  5-də  Oriol  və  Belqorod  şəhərləri  faşizmdən  azad  edildi.Beləlik- 
lə,Kursk döyüşü müharibənin gedişində əsaslı dönüşü başa çatdırdı. 
      İtaliyanın məğlubiyyəti.Tehran konfransı. 
1943-cü  il  iyulun  10-da  ingilis-amerikan  ordusu  Siciliyaya  daxil  oldu.İyu- 
lun 25-də faşist diktatoru Mussolini hakimiyyətdən kənarlaşdırıldı və  marşal Ba- 
dolyo başda olmaqla hökumət formalaşdırıldı.                                  
       Sentyabrın 3-də  ingilis-amerikan ordusu Cənubi  İtaliyaya  doğru  hərəkət etdi 
və  Badolyo  hökuməti təslim  haqqında aktı imzaladı.Oktyabrın 13-də  yeni İtaliya 
hökuməti Almaniyaya qarşı müharibəyə başladı və bununla alman-faşist bloku  
dağıldı.  
Ayrı-ayrı  cəbhələrdə  qazanılan  qələbələr  antifaşıist  koalisiyasını  möhkəm- 
ləndirdi.Belə ki,1943-cü il noyabrın 28-dən dekabrın 1-dək üç dövlət başçılarının 
Tehran  konfransı  keçirildi.Konfransda  başlıca  məsələ  Almaniyanın  darmadağın 
edilməsi idi.U.Çörçill İkinci Cəbhənin Balkanlardan açılmasını təklif edirdi.Çün- 
ki,bununla  İngiltərənin Cənub-Şərqi  Avropada hökmranlığı  yarana bilərdi.Lakin, 
bu,Sovet  İttifaqını  və  ABŞ-ı  təmin  etmədi.Nəhayət,konfransda  qərara  alındı  ki, 
İkinci  Cəbhə  1944-cü  ilin  mayında  Şimal-Qərbi  Fransadan-Normandiyadan  açıl-
sın. 35 ingilis-amerikan diviziyası Fransanın Qərbinə və Cənubuna yerləşdirildi. 
Tehran  konfransında  Sovet-Polşa  sərhədləri  də  müəyyənləşdirildi.Şərqi 
Prussiyanın  bir  hissəsi  Sovet  İttifaqına  verildi.Tehran  konfransının  beynəlxalq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə