lən coğrafi şərait; psixologiya; adət və ənənələr; tərəqqi və
əxlaqın ali idealları. Ə.Mirəhmədova görə, bu izahatda çatışma
yan başlıca komponent dildir. Ə.Ağaoğlu milləti ictimai birliyin
ali, fövqəltarixi və fövqəlsinfi forması hesab edir. Lakin o,
müasiri və qələm yoldaşı olan mütəfəkkirlərdən bir sıra məsə
lədə müsbət mənada fərqlənir. Mütəfəkkirə görə, özünə ehtiram
tələb etməklə bərabər, başqalarının milli duyğu və düşüncələrinə
də hörmət bəsləmək həqiqi millətçi üçün vacib şərtdir. Yalnız
belə olduqda “mədəni bir dövlətdə bir neçə millət birlikdə yola
gedə bilər”, “tərəqqi və əxlaqın ali idealları” onların arasında
“bağlayıcı halqa” olar; o ideallar ki, milli dövlət quruluşunun
əsasını təşkil edir.
Ə.Ağaoğlunun XX əsrin ilk illərində millət və millətçiliyə
mövzuya həsr etdiyi çoxsaylı məqalələrlə çıxış etməsi, moder
nist nəzəriyyə tərəfdarlarının “millətin formalaşması prosesi
məhz millətçilik ideologiyasının meydana çıxdığı andan başla
yır” fikrinə haqq qazandırmış olur. Çünki millətin mənşəyi
haqqında modernist nəzəriyyənin mahiyyətinə uyğun olaraq (15,
s. 6-7) Azərbaycanda millətçilik ideologiyasının yaradıcısı
rolunda intellektuallardan ibarət
olan kiçik bir qrup, əksər hallar
da şəhər elitası çıxış edirdi. Həmin dövrdə ilk növbədə intellek
tual ziyalı mühitində müzakirə olunan və formalaşdırılan milli
maraqlar konsepsiyası və millət obrazı sonradan xalq kütlələrinə
translyasiya olunurdu. Deməli, o zaman milli maraqların ifadə
forması olan “millətçilik - intellektuallar tərəfindən yaradılmış
millətin təşəkkülü layihəsidir” fikri də özünü təsdiqləmiş olur.
Qeyd edək ki, Ə.Ağaoğlunu sonrakı, xüsusilə də Türkiyə
dövründə yazdığı əsərlərdə millət məfhumuna bir az fərqli
yanaşmalar da müşahidə edilir ki, bu münasibət onu modernist
nəzəriyyə tərəfdarları ilə daha da yaxınlaşdırır.
1922-ci ildə silsilə məqalələr halında yazılmış, 1942-ci ildə
isə kitab halında yayınlanmış “İxtilalmı, inqilabmı” adlı əsərin
də Ə.Ağaoğlunun millətə verdiyi tərif əvvəlki şərhlərindən
müəyyən qədər fərqlənir: “Nation - millət ünvanını yalnız hey
66