Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə23/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   19   20   21   22   23   24   25   26   ...   66

qədər  haqq  sahibi  isə,  bəşəriyyət  ailəsində  millət  də  elə  bir 
haqqa sahibdir.  Mədəni cəmiyyət həyatı, haqq və azadlıq sahibi 
fərdlərin birlikdə  yaşaması  ilə  meydana  gəlir.  Ümumi  bəşəriy­
yət  həyatı  da  haqq  və  azadlıq  sahibi  millətlərin  iş  ortaqlığı 
deməkdir (63,  s.  238-240;  121,  s.  226-227).
M.F.Axundov  və  H.Zərdabi  tərəfindən  təməlləri  qoyulan 
türk milliyyətçiliyinin  əsl  ağırlıq  səhifəsi  XX əsrin  əvvəllərində 
Ə.Hüseynzadənin  banisi  olduğu  siyasi  türkçülük  görüşlərilə 
açılır.  XX  əsrin  əvvəllərində  çarizmə  qarşı  etirazlarla  başlanan 
hərəkat Ə.Hüseynzadənin rəhbərliyi altında siyasi,  milli, ideoloji 
hərəkata  çevrilir.  Milli  və  siyasi  əsarətə  qarşı  mübarizədə,  türk 
xalqlarını  sosial-demokrat inqilabçılarının silahlı  döyüş meydan­
larından çəkindirən Ə.Hüseynzadə onları təkamül yolu ilə tərəq­
qiyə  çağıraraq  yazırdı:  “Biz  bir  təbii  sövq  ilə  bütün  millətlərin 
getdikləri yol ilə gedəcəyik. Millətlərin bir qismi yolun ortasında 
getdikləri və ya nəhayətinə yetişdikləri halda,  digərləri isə o yolu 
başlarlar...  Bu  bir  qanuni-təbiidir ki,  adına  evolyusiya,  təkamül 
qanunu  deyərlər...  Biz  də  bu  yol  ilə  gediyoruz...  bu  yolda  biz 
hürriyyət,  ədalət,  müsavat  deyə-deyə  qanuni-əsasiyə  doğru 
dərəcə-dərəcə yüksələk tərəqqi edəcəyik” (41,  s.  6).
XX  əsrin  əvvəllərində  millətçilik  düşüncəsinin  bəzi  hallar­
da  fərqli  məcraya  yönəldilməsində  çarizmin  qərəzli  siyasəti 
nəticəsində  ortaya  atılmış  münaqişələrin,  xüsusilə  də  erməni- 
müsəlman  qarşıdurmasının  da  rolu  vardı.  Bu  mənada  milli 
hərəkatın  cəmiyyətin  bütün  təbəqələrini  əhatə  etməsi  onun 
məzmun  və  istiqamətində  tam  bir  mürəkkəblik,  hətta  hərc- 
mərclik törətdiyi kimi,  ictimai fikirdə də saysız-hesabsız istiqa­
mət  və  təmayüllər  əmələ  gətirmişdi.  Ədavətin  hər  iki  xalq 
üçün,  onların azadlıq hərəkatı üçün faciəli nəticələr verə biləcə­
yini  başa  düşən  tərəqqipərvər  qüvvələr  münaqişənin  aradan 
qaldırılması yollarını arayırdılar (66).
“Difai”nin  başçılarından  Ə.Ağaoğlu  bir  sıra  Azərbaycan 
şəhərlərinə gedərək yerlərdə partiyanın məhəlli  şöbələrini təşkil 
etmişdi.  Gəncədə  təşkilat  Komitəsinə  Ələkbər  və  Ələsgər
68


Xasməmmədov  qardaşları,  həkim  Həsən  Ağayev,  Ələkbər bəy 
Rəfibəyli,  şeyxülislam  Molla  Məhəmməd  Axundzadə  və  baş­
qaları  daxildi.  Münaqişənin  aradan  qaldırılması  üçün  Azər­
baycan  ziyalıları  yazılar  yazır,  çıxışlar  edirdilər,  o  cümlədən 
1905-ci  ilin  payızında  Gəncə  came  məscidində  Ə.Ağaoğlunun 
çıxışı  da,  Gəncə  müsəlmanlarının  deputatı  Ədilxan  Ziyadxan- 
ovun  Dumadakı  nitqi  bu  problemin  mahiyyətinin  şərhinə  həsr 
edilmişdi.  Hər  iki  xalqı  barışmağa  çağıranlar  arasında  Zaqaf­
qaziyanın  A.Sereteli,  A.Şirvanzadə,  M.Şahtaxtinski  kimi  qa­
baqcıl  simaları vardı.  1906-cı ilin fevral ayında Tiflisdə Qafqaz 
canişin Voronsov-Daşkov,  onun müavinləri -  generallar Sultan 
Krım  Girey,  Malama və  Şirinkinin başçılıq  etdikləri  yığıncağa 
azərbaycanlılardan Ə.Ağaoğlu,  Ə.Topçubaşov, M.Şahtaxtinski, 
İ.Vəkilov,  Q.Qarabəyov  və  başqaları,  ermənilərdən  Kalantar, 
A.Xatisov,  S.Arutyunov,  Taqionosov  və  başqaları  toplanmışdı 
(66;  41,  s.  136-140).
Münaqişəli  hadisələrlə  xarakterik  olan  1905-1907-ci  illər 
inqilabı  dövrü Azərbaycan ziyalılarının dünyagörüşündən  də yan 
ötməmiş,  onların milli  düşüncələrinə yeni ideya və konsepsiyalar 
da  əlavə  etmişdir.  Bunlar  içərisində  milli  inkişaf  və  milli 
hərəkatda birlik və həmrəylik ideyaları  aktual və məntiqi  olsa da, 
təəssüflər  olsun  ki,  H.Zərdabi  və  N.Nərimanov,  Ə.Haqverdiyev, 
Ə.Hüseynzadə və Ə.Ağaoğlu ilə başladılan bu təşəbbüs və  səylər 
o  zaman  böyük  müqavimətə  rast  gəlirdi.  Bunun  əsas  səbəbləri, 
H.Z.Tağıyev  kimi  bir  neçə  zəngin  istisna  olmaqla,  digərlərinin 
kapital yığımına aludəliyi, əhalinin dini-mövhumata uyması, milli 
mənliklərini lazımınca dərk etməmələri idi.
Amma milli-mədəni intibah yolundakı maneələrə baxmayaraq 
artıq  özünüdərk  prosesi  başlamışdı.  Azərbaycan  cəmiyyəti  özü­
nün  qaynar,  coşqun  və  həlledici  milli-mədəni  mərhələsini  yaşa­
maqda idi.  Bu  mərhələnin  aparıcı  və  istiqamətverici  əsas  qüvvə­
ləri  isə  Bakı  mühitində  fəaliyyət  göstərirdi.  Sənaye  sahələrində, 
neft  mədənlərində  çalışan  fəhlələrin  böyük  bir  qismi  ilə  orta 
məktəblərdə  təhsil  alan  gəncliyin  əksəriyyətini  Azərbaycan
69


türklərinin  təşkil  etməsi  səbəbindən  Bakıda  fəaliyyət  göstərən 
ümumi  inqilab  və  müxalifət cərəyanları  ilə yanaşı  müstəqil  yerli 
və  milli  qruplar,  təşkilatlar  da  vardı.  Belə  bir  ictimai-siyasi 
mühitdə fəaliyyət göstərən Azərbaycan ziyalıları milli  düşüncənin 
formalaşdırılması  yönündə  mədəni  və  siyasi  təşkilatlanmalara 
xüsusi  əhəmiyyət  verməyə  başladılar.  Məsələn,  M.Ə.Rəsulzadə- 
nin  1903-cü  ildə  yaratdığı  ilk  gənclər  təşkilatı  -   “Gənc  inqi- 
labçılaf’ dərnəyi milli hisslərin oyadılmasına, ana dilinin və Azər­
baycan  müəlliflərinin  əsərlərinin  öyrənilməsinə,  onların  gənc  zi­
yalılar və fəhlələr arasında geniş təbliğinə çalışırdı (77, s.  13-14).
Əsrlərlə  davam  edən  farslaşdırma  və  ruslaşdırma  siyasət­
lərinin  təsiri  və  təzyiqi  altında  yaşayan  Azərbaycanda  özünə- 
qayıdış  prosesinin,  milli  dramaturgiyanın,  teatr  sənətinin, 
maarifin,  mətbuatın  təşəkkülü  və  formalaşması  da  hər  şeydən 
öncə məhz türkçülük uğrunda aparılan mübarizənin bəhrəsi idi. 
Azərbaycanın mütərəqqi  fikir sahibləri  millətin mənəvi-mədəni 
deformasiyadan, parçalanmadan xilasının yalnız milli mədəniy­
yətə  qayıdış  vasitəsilə  mümkünlüyünü  artıq  dərk  etmişdilər. 
XIX  əsrin  ortalarından  formalaşmağa  başlayan  və  ümumtürk 
mədəniyyəti  tarixinə  M.F.Axundzadə,  H.Zərdabi,  İ.Qaspıralı 
kimi  şəxsiyyətlər  bəxş  etmiş  türkçülük  hərəkatı  XX  əsrin 
əvvəllərində  ən  yüksək  mərhələsinə  çatmışdı  (79,  s.  116). 
İşğalın  ilk  dövrlərində  Azərbaycandakı  İran  dil  və  kültür 
nüfuzuna qarşı,  yerli  Azərbaycan dil və kültürünü himayə edən 
Rusiya XIX əsrin sonlarından başlayaraq ruslaşdırma siyasətini 
gücləndirməkdə  davam  etsə  də,  bu  ideologiyanın  sıxıntıları 
içərisində məhrumiyyətin acısını  dadmış  Azərbaycan türklərin­
də  XX  əsrin  əvvəllərindən  etibarən  milli  hisslərin  güclənməsi 
müşahidə olunurdu.
1905-1907-ci  il  inqilablarından  sonra  çarizmin  verdiyi  vəd­
lərin  boşa  çıxması,  əhalinin  güzəranının  pisləşməsi  ilə  yanaşı, 
üstəlik təqiblərə,  milli və dini  ayrı-seçkiliyə məruz  qalması Azər­
baycanda  millətçilik  meyllərini  daha  da  gücləndirirdi.  Çarizmin 
müstəmləkəçilik  siyasətinə  qarşı  olan  etirazlar  dalğasında  milli-
70


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə