Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə26/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   22   23   24   25   26   27   28   29   ...   66

xatirələrini  canlandıran  sözlər  yazmağa  məcburdur  (109,  s.  8­
9).  Milliyyət  duyğusunun  yayılmasında  da  mətbuatın  roluna 
önəm  verəm  ziyalıların  fikrincə  bu  hiss  və  duyğu  oyandıqdan 
sonra  qonşu  qövmlərə  də  asanca  yayılır.  Çünki  milliyyət 
duyğusu oyanar-oyanmaz  sahiblərində yardımlaşma, fədakarlıq 
və  mübarizə  hisslərini  artıraraq  onların  əxlaq,  dil,  ədəbiyyat, 
iqtisadiyyat və siyasət sahələrində irəliləməsinə təkan verir.  Bu 
vəziyyəti  qibtə  və  qısqanclıqla  izləyən  qonşu  qövmlərın  də 
milli  dildə  qəzetləri  varsa,  onlarda  da  milliyyət  düşüncəsinin 
dərhal yayılması çox normal bir hal olacaqdır.
Milli  şüurun  formalaşmasında  qəzet  amilinə  bu  qədər  mü­
hüm yer verilməsində, fikrimizcə müəyyən şərtiliklər də vardır. 
Çünki  bir  qisim  ziyalıların  fikrincə  milli  “mən”  şüuru,  hər 
şeydən  əvvəl,  “özünüdərk”  şəklində  (kök,  mənşə,  əcdad  prob­
leminə maraq şəklində) özünü göstərməyə başlayır (52,  s. 285).
Milli  Azərbaycan  tarixinin  “Türkləşmək,  islamlaşmaq  və 
müasirləşmək”  şüarı  altında  başladığını  və  Rusiya  əsarətindən 
qurtulmağı hədəfə alan milli bir hərəkat halında inkişaf etdiyini, 
milliyyət,  din  və  mədəniyyət  kimi  üç  təməl  prinsipin  sintezini 
təşkil  edən  bu  tarixi  prinsiplərin  mənasını  və  böyük  milli 
hərəkatın  mahiyyətini  açan  M.B.Məmmədzadəyə  görə,  türkləş­
mək  -   ən  yüksək  səadət  milliyyətdə  olduğu  üçün,  milliyyət 
əsaslarına bağlı  qalmaq, millət halında yaşamaq, yabançılaşmaq- 
dan  qurtulub  milliyyətə  dönmək,  mənsub  olduğu  millət  türk 
olduğu  üçün  türkləşmək,  türk  olaraq  yaşamaq  və  türk  olaraq 
qalmaq  deməkdir.  İslamlaşmaq  -   ən  yüksək  mənəvi  hüzur  və 
əxlaqi nizamın dində və Allaha imanda olduğundan din etibarilə 
müsəlman  olanların  müsəlmanlıqdan  uzaqlaşmaması,  uzaqlaş­
mışsa  müsəlmanlığa  dönməsi,  islam  dininin  əsaslarına bağlı  və 
sadiq  qalması,  müsəlman  olaraq  yaşaması  deməkdir.  Müsəl­
manlığın  panislamizm  şəklində  siyasi  bir  vasitə  olaraq  istifadə 
edildiyi  dövrdə  söylənilən bu kəlmə  dini  siyasətdən  ayırmaq  və 
əslinə  qaytarmaq  mənasına gəlməkdə  idi.  Müasirləşmək -   azad 
və  mədəni  millətlər  karvanından  geri  qalmamaq,  onlarla  ayaq­
77


laşmaq üçün müasir mədəniyyəti  qəbul  etmək,  əsriləşmək,  azad 
və mədəni bir millət olmaq mənasına gəlməkdədir (118,  s.  5-6).
Təməli  Ə.Hüseynzadə tərəfindən  qoyulan bu üçlü düsturun 
M.B.Məmmədzadə tərəfindən  şərhi  də belə bir fikri  söyləməyə 
əsas  verir  ki,  Azərbaycan  ictimai  fikrində  təsir  göstərmiş  olan 
pantürkizm  öz  məzmunu,  xarakteri  və  mahiyyəti  etibarı  ilə 
panislamizmdən  təcrid  edilə  bilməz.  XX  əsrin  əvvəlində 
pantürkizm  həmişə,  hər  yerdə  panislamizmin  əsas  prinsipləri 
ilə uzlaşmağa çalışmış və nəzəri əsası kimi islam ideologiyasını 
özündə  ehtiva  etmişdir.  Azərbaycan  ictimai  fikrində  1905-ci  il 
inqilabına  qədər,  habelə  bir  çox  hallarda  onun  baş  verdiyi 
müddətdə  pantürkizm  əgər  panislamizmin  prinsiplərindən  biri 
kimi,  onun  siyasi  doktrinasının tərkib  hissəsi  kimi,  həm  də  çox 
zaman  üstüörtülü,  müəmmalı  şəkildə  öz  ifadəsini  tapırdısa, 
sonralar,  xüsusən,  1910-cu  illərdən  etibarən  isə  müstəqil  bir 
dini-etnik,  ictimai-siyasi  doktrina  kimi  özünü  göstərmiş  və 
formalaşmışdır.  Lakin  bu  dövrdə  belə,  yəni  1910-1920-ci  illər 
ərzində  də  bir  cərəyan  kimi  Azərbaycan  ictimai  fikrində  təsir 
göstərən  pantürkizm  heç  zaman  özünü  panislamizmə  qarşı 
qoymamış,  həmişə  onunla  əlaqədə  olmuşdur.  Doğrudur,  1918- 
1920-ci  illərin  mətbuat  səhifələrində  pantürkistlərlə  panisla­
mistlərin  bir-birinə  qarşı  çevrilmiş  bir  sıra  tənqidi  mülahizə­
lərinə,  bəzən  də  ittihamlarına  rast  gəlmək  olar.  Lakin  bu 
“tənqid”  prinsipial  xarakter daşımamış,  yalnız taktiki  səhvlərin 
tənqidi kimi özünü göstərmişdir (69,  s.  214).
Ümmətçilikdən  millətçiliyə  keçid  mərhələsi  yalnız  Azər­
baycan  miqyası  üçün  səciyyəvi  olan  bir  proses  deyildi.  Bu, 
özünü  bütün  Rusiya  miqyasında  cərəyan  edən  siyasi  hadisə­
lərin gedişatında da büruzə verirdi.  Belə ki,  bu mənada Rusiya 
müsəlmanlarının  siyasi  həyatlarındakı  inkişafın  iki  mühüm 
mərhələsini  təsdiqləyən  iki  tarixi  hadisə xüsusilə  diqqətəlayiq­
dir.  Bunlardan  birincisi,  Nij ni-Novqorodda  keçirilən  Rusiya 
müsəlmanları  qurultayı  (1905),  ikincisi  isə  Moskvada  təşkil 
edilən  (1917)  qurultay  idi.  Rusiya  müsəlmanlarının  siyasi
78


istəkləri  əsasən bu  iki  qurultayda  formalaşmışdır.  İstər birinci, 
istərsə  də  ikinci  qurultayda  siyasi  müqəddəratın  formulunu 
Azərbaycan nümayəndələri vermişdilər:  müvafiq olaraq Rusiya 
Duması  Müsəlman  fraksiyasının  rəisi  Ə.M.Topçubaşovla 
“Müsavat”  Xalq  Firqəsinin  rəisi  M.Ə.Rəsulzadənin  təklifləri 
eynilə qəbul edilmişdir.
Burada  bir  məsələni  xatırlatmaq  lazımdır  ki,  milli  şüurun 
formalaşması  prosesində  türkçülük  və  turançılıq  böyük  tarixi 
missiya daşımış olsa da,  Azərbaycan və Türkiyədəki cümhuriy­
yət  quruculuğu  dövründən  etibarən  bu  cərəyanların  məqsəd və 
məramlarına  fərqli  münasibətlər  yarandı.  Panturanizm  siyasi 
fikir  sistemində  iki  meyl  meydana  çıxmağa başladı:  mərkəzçi­
lərin  romantik  cərəyanı  və  federalistlərin  realist  cərəyanı. 
“Azərbaycanın siyasi xadimləri, xüsusən də “Müsavat” partiya­
sının  xadimləri  romantik  panturanizmi  heç  bir  real  əsası 
olmayan  xülya  sayır  və  ona  münasibətdə  müxalifətdə  durur­
dular.  Əksinə,  onların fikrincə,  Qafqaz xalqlarının konfederasi­
yası  şüarı  Azərbaycanın  və  bütün  türk  dünyasının  cari  real 
mənafelərinə  daha  münasib  idi”  (79,  s.  117-118).  Bu  mənada 
M.Ə.Rəsulzadənin  turançılıq  ideologiyasına  yaradıcı  münasi­
bəti ondan ibarət idi ki,  o, “türk birliyi”ni bütün türk xalqlarının 
Osmanlı  dövlətinə birləşməsi  anlamında  deyil,  ümumi  məqsəd 
-   milli  istiqlal  uğrunda  mübarizədə  onların  bərabərhüquqlu 
ittifaqının  yaradılması  mənasında  qəbul  edirdi.  Məhz  belə  bir 
yanaşma nəticəsində,  o,  türkçülük ideyalarına əsaslanaraq yeni 
və  orijinal  olan  azərbaycançılıq  konsepsiyasını  yaratmışdır  ki, 
bu  konsepsiya Azərbaycan türklərinin  milli  özünəməxsusluğu­
nun  və  milli  dövlətçiliyinin  əsasını  təşkil  etmişdir  (15,  s.  27). 
Daha  sonralar  -   1930-cu  ildə  M.Ə.Rəsulzadə  “Panturanizm 
haqqında”  məqaləsində  yazırdı  ki,  hal-hazırda  biz  müəyyən 
dövr  türk  xalqlarının  ictimai-siyasi  həyatında  rol  oynamış 
romantik  panturanizmin  bütün  xülyaları  ilə  qəti  olaraq  bütün 
əlaqələri kəsmiş realist türkçülüklə qarşılaşırıq (79,  s.  113).
79


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə