Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN


Tarixi-mədəni mühit və milli şüur



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə18/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   14   15   16   17   18   19   20   21   ...   66

Tarixi-mədəni mühit və milli şüur
XX  əsrin  əvvəllərindən  etibarən  Rusiyanın  türk-müsəlman 
xalqlarında milli düşüncəyə qayıdış prosesi geniş miqyas alırdı. 
Tədqiqatçıların  bir  qismi  həmin  dövrə  aid  milli  düşüncə  anla­
yışını  xarakterizə  edərkən  etnik  düşüncə  ilə  dini  düşüncənin 
müasir təfəkkür tərzində vəhdətini nəzərdə tuturlar.  Bu mənada 
Azərbaycanda Qərbə baxış və ya Avropa mədəniyyətinin təcrü­
bəsindən  faydalanma  təcrübəsi  özünü  ilk  növbədə  Osmanlı 
nümunəsində  ortaya  qoymaqdadır.  Məsələyə  digər  tərəfdən 
baxıldıqda  isə  görürük ki,  Osmanlı  imperiyasında  da  milli  dü­
şüncə  ilk  növbədə  Rusiya  türkləri  vasitəsilə  gündəmə  gəlmiş­
dir.  Bu  mənada  Azərbaycanda  türk  şüurunun  yaranması  bəzi 
tədqiqatçıların  iddia  etdiyi  kimi  heç  də  Türkiyədən  gəlmiş 
emissarların xidməti deyildi (15,  s.  17).  Bu proses, ilk növbədə, 
keçmiş  Rusiya  imperiyasının  türk  xalqları  arasında  müşahidə 
olunan  “milli  ruhun  güclü  yüksəlişi”  (79,  s.  102)  ilə  bağlı  idi. 
Çar Rusiyasında türkçülük  ideyasının yayılmasına təkan  verən 
əsas  amillərdən  biri  isə  türklərə  qarşı  ruslaşdırma  və  xristian­
laşdırma siyasəti idi. Rusiya imperiyası tərkibində türkçülük bir 
neçə  istiqamətdə  özünü  büruzə  verirdi.  Belə  ki,  başlanğıcda 
türklərə  də  sadəcə  xaçpərəst xalqlarla bərabər hüquq verilməsi 
məsələsi  qaldırılırdısa,  getdikcə  bu  proses  türk  xalqlarının 
Rusiya  tərkibində  muxtariyyət  hüququ  uğrunda  mübarizəsinə 
çevrildi və sonda türk xalqları milli istiqlal davasına başladılar.
Bu  dövrdə  Azərbaycan türklərinin  özünüdərketmə,  maarif­
lənmə,  həmrəylik meyllərinə istiqamət verən ziyalılar müxtəlif 
konsepsiyalarla çıxış  etsələr də,  ümumi gedişat milli bir məcra­
ya  yönəlirdi.  Türk  dilində  maariflənmə  işinə  daha  çox  diqqət 
yetirilməsi,  milli  məktəblərin  yaradılması  istiqamətdə  uğurlu 
addımların  atılması,  mətbuat  sahəsində  bu  vaxtadək  görünmə­
miş bir canlanmanın müşahidə edilməsi,  türk dilində dramatur­
giya,  teatr,  opera,  operettanın  inkişafı  və  digər  mədəni-maarif 
fəaliyyətləri  Azərbaycan  türklərinin  milli  özünüdərkinin  mü­
hüm amilləri idi.
53


Milli  düşüncəni  və  adət-ənənələri  inkişaf etdirmək,  ümumi 
türk xalqını vahid bir  sistem  şəklində  dərk etmək,  türk xalqları 
arasında  dil  və  kültür  birliyini  inkişaf  etdirmək  ideyalarının 
cəmiyyətdə  özünə  sosial  baza  tapması  artıq  türkçülük  meyl­
lərinin yaranması  idi.  Bu meyl  heç  də xalqın islam  dininə  olan 
etiqadını  zəiflətmir,  əslində  tarixən  bir-birinə  daha  sıx  bağlı 
olmuş  türk  xalqlarının  min  illik  inanclarına  yeni  bir  rəng 
qataraq  imanlarını  daha  da  kamilləşdirirdi.  Doğrudur,  siyasi 
türkçülüyün  baniləri  azərbaycanlıları  müstəqil  və  əlahiddə  bir 
millət  kimi  deyil,  “vahid  türk  millət”inin  tərkib  hissəsi  kimi 
qəbul  edirdilər.  Lakin  Ə.Hüseynzadə və  Ə.Ağaoğlu tərəfindən 
irəli  sürülmüş  ümumtürk  ideyaları  türklərin  milli  mənlik 
şüurunun  ümummüsəlman  kontekstindən  aralanması  prosesini 
sürətləndirərək,  bununla  da,  gələcəkdə  azərbaycanlıların  milli 
özünüdərkinin formalaşması üçün zəmin yaratmış oldu.
Milli  düşüncənin  türkçülük  istiqamətində  inkişafını  islam­
dan  imtina  kimi  qələmə  vermək  istəyən tədqiqatçılar  çox  vaxt 
bu  təmayülü  “pantürkizm”  və  ya  “panturanizm”  kimi  təqdim 
edərək burada  adətən  anti-humanist və  anti-demokratik ünsür­
lər  axtarmağa  çalışırdılar.  Əslində  isə  türkçülük  ideyasının 
təməlində  heç bir zaman kiməsə qarşı  heç bir  aqressiv məqsəd 
olmamışdır.  Sonrada  bu  ideyadan  siyasi  məqsədlər  üçün 
yararlanmaq  istəyənlər  də  olmuşdur.  Bu  mənada  türkçülüyün 
dövlətçilik  ideyası  üç  mərhələdən  keçmişdir:  Rus  imperiyası 
tərkibində  muxtariyyət  ideyası,  Osmanlı  imperiyası  şəklində 
birləşmək  ideyası  və  türk  xalqlarının  hər  birinin  müstəqil 
şəkildə inkişafını təmin edəcək milli istiqlal mərhələsi.
Təbii  ki,  bu  ideyaların  heç  birindən  məqsəd  “dünyanı  zəbt 
etmək”,  yaxud  “başqa  xalqlardan  öz  üstünlüyünü  təsdiq  et- 
mək”dən ibarət deyildi.  Əsas məqsəd, birləşərək, etnik həmrəy­
liyə nail  olaraq,  rus  çarizminin istismarından,  cəhalətdən,  geri­
likdən  qurtararaq  müasirləşmək,  dövlətçiliyi  və  milli  düşüncə 
yaddaşını  bərpa  etməkdən  ibarət  olmuşdur.  Yalnız  bütün  türk 
xalqları  bir  dövlətdə  birləşməlidirlər,  yoxsa  hər  bir  xalq  öz
54


dövlətini  yaratmalıdır  dilemması  qarşısında  qalan  ziyalılar  bir 
müddət  problemin  müzakirəsi  ilə  məşğul  oldular.  Lakin  tarixi 
gedişat  və  dünyanın  diktə  etdiyi  gerçəklik  ilk  mərhələdə  türk 
xalqlarını  vahid  ideallar mövqeyindən  birləşdirərək  inkişaf və 
azadlıq yoluna çıxartdı,  sonra isə hər bir türk xalqı öz müstəqil 
dövlətini qurmaq uğrunda mübarizəyə başladı.
Türkçülüklə  bağlı  tədqiqat  əsərlərində  (28;  29;  97)  türkçü­
lüyün  ideoloqlarından  əsasən  dörd  nəfərin  adı  çəkilir:  İsmayıl 
bəy  Qaspıralı,  Əli  bəy  Hüseynzadə,  Yusif  Akçura  və  Ziya 
Göyalp.  İ.Qaspıralı  türkçülüyün  mahiyyətini  “Dildə,  fikirdə, 
işdə  birlik”  deyimində  görürdü  ki,  bu  düsturda  dilin  ortaq 
inkişafını,  milli  düşüncənin  vahid  türk  düşüncəsi  kontekstində 
formalaşmasını və nəzəri  ideyaların  əməli  fəaliyyətə tətbiqində 
birliyi  ön  plana  çəkirdi.  Göründüyü kimi,  burada türk birliyinə 
siyasi  rəng  qatacaq  heç bir element yoxdur.  Ə.Hüseynzadə  isə 
əvvəldən milli  düşüncə tərəfdarı olmaqla bütün türk xalqlarının 
osmanlıcanı  ədəbi  dil  kimi  mənimsəmələrinə  çalışmışdır.  Bu­
nunla yanaşı,  həm də islam birliyi tərəfdarı  olan Ə.Hüseynzadə 
bütün  türk  xalqlarını  azadlıq  uğrunda  mübarizəyə  səsləyirdi. 
Bu  şəxslərin  əsas  məqsədi  tarixən  mövcud  olmuş  türk  milli 
düşüncəsinə, birliyinə və həmrəyliyinə yeni  can və ruh vermək 
olmuşdur.  Klassik  türkçülük  dövrünün  təmsilçilərinin  əsas 
ideya istiqaməti,  hətta siyasi baxımdan da bütün türk xalqlarını 
ehtiva  edirdisə,  sonrakı  dövrün  türkçülərində  milli  istiqlal 
ideyası  ön  plana  çıxır.  Belə  demək mümkündürsə,  artıq  siyasi 
“pantürkizm”  öz  yerini  daha  çox  milli-mənəvi  birlik  kon­
tekstindən  dəyərləndirilən  turançılığa  buraxdı.  Türkçülüyün 
geniş  siyasi  dərki  Türkiyədə  “türkiyəçilik”,  Azərbaycanda  isə 
“azərabcançılıq”  şəklində  anlaşılmağa  başlandı.  Həm  Türki­
yədə,  həm  də  Azərbaycanda  bu  ideologiya  tərəfdarları  (Ata­
türk,  Ə.Topçubaşov,  N.Usubbəyov,  M.Ə.Rəsulzadə,  F.Xoyski, 
N.Nərimanov  və  b.)  dünyanın  siyasi  gerçəkliklərindən  çıxış 
edirdilər  ki,  hadisələrin  sonrakı  gedişatı  da  onların  haqlı 
olduqlarını təsdiqlədi.
55


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə