güclü təsir göstərmişdir. Ümumiyyətlə, xalqın mədəni tərəqqi
sində, cəmiyyət həyatının yeniləşməsi prosesində din xadim
lərinin mütərəqqi roluna dair Azərbaycan nümunəsində bir sıra
örnəklər vermək mümkündr. Məhz belə dini rəhbərlərin
xidmətlərinə nümunə olaraq O.Bayramlı yazır ki, Ş.Ə.Səlyani
mütərəqqi din xadimi kimi dövrünün digər din xadimlərindən
fərqlənirdi. Bunu onun özü də etiraf edərək, İranda 1871-ci ildə
Rühul-Qüdsə göndərdiyi bir məktubda yazırdı ki: “Mən də şey
xülislamam, lakin İstanbul Şeyxülislamı kimi deyiləm, ərəb
əlifbasının islahatını şəriətə zidd hesab etməyirəm, Axundovun
və sizin əqidələri hər cəhətdən istisnasız təsdiq edib, onların
doğruluğunu etiraf edirəm”. Yaxud o, İranın baş nazirinə gön
dərdiyi məktubunda yazırdı: “Mən, cənab Şeyxülislam, sizə be
lə məsləhət görürəm ki, məhkəmə işləri ruhanilərin əlindən
alınsın və ədliyyə nazirliyinə tapşırılsın”. Şeyx Əhməd Səlyani
M.F.Axundovla dostluğu nəticəsində nəinki onun mütərəqqi fi
kirlərini müdafiə etmiş, hətta onunla birlikdə dövrünün bir çox
səmərəli əməl və tədbirlərinin həyata keçirilməsi uğrunda çalış
mışdır”. Axundovla birlikdə Qori müəllimlər seminariyasında
Azərbaycan şöbəsinin açılmasında yaxından iştirak etmiş, bəzi
xeyirli, faydalı işlər görmüşdür. Bu din xadimi o zaman Qafqaz
xalqının təhsil və maarifinin inkişafında dövrünün bir çox mü
tərəqqi ziyalıları (M.F.Axundov, Q.B.Zakir, M.Ş.Vazeh,
H.B.Zərdabi və b.) ilə səmərəli işlər görmüşdür (17, s. 35).
XX əsrin əvvəllərindən etibarən tədricən dünyaya açılan
Azərbaycan cəmiyyəti bir tərəfdən, mütərəqqi, humanist,
ümumbəşəri mənəvi dəyərlərlə daha da zənginləşirdisə, digər
tərəfdən də burada min illik etnik-milli koloritə, əxlaqa və fəl
səfəyə yad sosial şüur, milli ideologiya, dəyişən estetika
formalaşırdı (52, s. 169). M.B.Məmmədzadə siyasi-ictimai
dəyişikliklərin məhsulu hesab etdiyi milliyyətçiliyin, əvvəlki
ictimai düzənin və yaşam tərzinin fərqli bir məcraya yönəl
dilməsi və milli burjuaziya ilə mütərəqqi fikirli ziyalılar ara
sında yaranmış həmrəyliyin nəticəsində meydana çıxmasını
47
belə izah edirdi ki, bu iki ünsürün qovuşmasından milliyyət
çilik doğmuş və qısa bir zaman içərisində bu mənafe və əqidə
birliyi siyasi hərəkat halına gəlmişdir (148, s. 20). Məhz həmin
həmrəyliyin nəticəsi idi ki, qısa bir zamanda Azərbaycan
mətbuatı özünün intibah dövrünü yaşayırdı. H.Z.Tağıyev və
İ.Aşurbəyli kimi zənginlərin maliyyə dəstəyi və Ə.Topçubaşov,
Ə.Hüseynzadə, Ə.Ağaoğlu kimi ziyalıların gərgin fəaliyyətləri
ilə başlanan bu milli nəşriyyatın yeni dövrü özündən sonrakı
bir sıra mətbu orqanların nəşrinə təkan vermiş oldu. Təbliğa
tlarını “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Füyuzat”, “Molla
Nəsrəddin”, və s. çoxsaylı qəzet və jurnallar vasitəsilə aparan
Azərbaycan ziyalıları və burjuaziyası getdikcə ənənəvi düşün
cədən uzaqlaşaraq modern milliyyətçi ideologiyaya yaxınlaşma
səylərinə və yeni bir kimlik ətrafında birləşmə hərəkatına rəvac
vermişlər. Əslində bu dövrün Azərbaycan milli mətbuatı, milli
və ictimai kimliyin formalaşdırılmasına xidmət edən bir
platformaya çevrilmişdir.
Ziyalıların modern məktəblər açaraq və təqaüdlər verərək
təhsilin inkişafını tənzimləmək sahəsindəki fəaliyyətləri də öz
bəhrəsini verməkdə idi. Bu məqsədlə Azərbaycanın müxtəlif
bölgələrində, xüsusilə də Bakıda xeyriyyə və maarif təşkilatları
yaradılmışdı. Xalqın yardımı və dəstəyi ilə fəaliyyət göstərən
bu cəmiyyətlər yeniləşmə və milliyyətçilik hərəkatına önəmli
təkan vermişdir.
XIX əsrin sonu, XX əsrin əvvəllərində təkcə azərbaycanlı
ların deyil, ümumiyyətlə türk xalqlarının ictimai-siyasi fikir
tarixi üçün əlamətdar hesab edilən yeniləşmə prosesinin müs
bət nəticələri çox keçmədən özünü göstərdi. Xüsusilə də,
Ə.Hüseynzadə ittihada doğru tərəqqi məramı ilə mədəniyyət
tariximizdə yeni bir səhifə açdı. Ofeliya Bayramlının təbirincə
desək, deməli, “Ə.Hüseynzadə 1904-cü ildə “Məktubi-Məxsu-
si” məqaləsində “nə surətlə çalışmaq” dedikdə “maarif’, “nəyə
çalışmaq” dedikdə “ittihad”, “nəyi öyrənmək” dedikdə “hürriy
yət” məqamlarına işarə etmişdir” (31, s. IX). Türkçülüyün
48
babalarından saydığımız bu dahi şəxsiyyətin XX əsrin ilk onil
liyində təqdim etdiyi həmin bu üç sözü böyük siyasi həqiqət
lərin sadələşdirilmiş ifadəsi hesab edən tədqiqatçı O.Bayram-
lıya görə, Ə.Hüseynzadə bu məramları türk xalqlarının milli
azadlıq hərəkatında zəruri sayır və bunlara əməl edilməsinin
vacibliyini irəli sürürdü (31, s. IX).
Azərbaycanın XX əsrin əvvəllərinə qədərki yüzillik inkişaf
mərhələsi təsdiqlədi ki, millətin və mədəniyyətin tarixləri bir-
birindən ayrı yazıla bilməz. Mədəniyyətdə varislik amili də hər
zaman aktuallığını saxlamaqdadır. Bu mənada Azərbaycan cə
miyyətin mədəni intibah faktı da yüz illik yeniləşmə prosesinə
bağlanır, azadlıq, istiqlal və milli dövlətçilik idealları da.
Yalnız ilk növbədə ədəbi-mədəni fikirdə formalaşdıqdan sonra
bu ideallar təcrübədə təsdiqini tapmışdır. Necə ki, Azərbaycan
Xalq Cümhuriyyətinin mənəvi babaları Axundovlar, Zərdabi
lər, Hüseynzadələr, Ağaoğlular, Rəsulzadələr, Məmmədzadə
lər, Sabirlər, Cavidlər, Nərimanovlar, Hacıbəylilər, Cavadlar,
Cabbarlılar olmuşlar.
XIX-XX yüzilliklərin ən böyük ideyalarını da məhz bu
mənəvi-intellektual babalarımız vermişlər. Necə ki, XX əsrin ən
böyük şüarlarından birini səsləndirən C.Məmmədquluzadə bu
amalı uğrunda həyatı boyu çarpımışdır: “Vətən, vətən, vətən!
Millət, millət, millət! Dil, dil, dil!”. Y.Qarayevin “Axundovdan
sonra öz ictimai-siyasi görüşlərini bir ideoloq, dövlət adamı,
ictimai xadim səviyyəsində şərh edən ikinci böyük yazıçımız”
adlandırdığı (50, s. 242) Mirzə Cəlillə birlikdə mövcud ictimai
mühitə, quruluşa, cəmiyyətə qarşı çıxarkən Sabirin də idealları
“Molla Nəsrəddin”in vahid ideya təliminə uyğun idi (50, s. 275).
Beləliklə, yüz illik yeniləşmə prosesinin zəminində yeni bir
əsrə qədəm qoymuş Azərbaycan cəmiyyətindəki mədəni
tərəqqi hərəkatı bütün aşkarlığı ilə milli bir şəkil və mahiyyət
almağa başlamışdı. İmperatorluq daxilində cərəyan edən liberal
və istiqlalçı cərəyanlarla həmahəng olaraq irəliləyən bu hərəkat
bir tərəfdən də, bütün Rusiyadakı müsəlmanların milli mədəni
49
Dostları ilə paylaş: |