dəyişməz və sabit durur, XIX əsrdə də məktəb orta əsrlərin
“orqanı” olaraq qalırdı. Dünyanın müasir mədəniyyətə yiyələn
diyi bir dövrdə Azərbaycanda hələ də orta əsrlərin təlim-tərbiyə
üsulları, yad dildə ilahiyyat və şəriət dərsləri, fənlərin təlimində
sxolastika və ibtidailik dözülməz bir arxaizm kimi getdikcə
daha aydın dərk edilirdi. Ona görə də məktəblərdə milli dil
məsələləri uğrunda mübarizə özünü qabarıq şəkildə göstərməyə
başlamışdı. “Aşkar idi ki, köhnə mədrəsə yeni maarifçiliyin
ideya və təşkilati mərkəzi hərəkət və fəaliyyət orqanı ola bil
məz. Odur ki, “Üsuli-cədid” hərəkatının qarşısında onu dəyiş
mək, yeni dövr məktəbinə çevirmək vəzifəsi dururdu. Həm
tədrisin, həm də tərkibin demokratikləşməsini (məktəbin bü
tövlükdə millətin balalarının üzünə açılmasını), dünyəvi elm
lərin, rus və ana dillərinin proqrama daxil edilməsini nəzərdə
tutan islahat uğrunda mübarizə çarizmin və yerli ruhani irti
canın qatı müqaviməti şəraitində davam edir” (52, s. 254-255).
Bu dövrdən başlayaraq Azərbaycan milli mədəniyyətində
köklü dəyişikliklər, inkişaf, tərəqqi meylləri özünü büruzə
verir, M.F.Axundzadə məktəbinin davamçıları Azərbaycan
mədəniyyətinin mütərəqqi milli mətbuat, teatr, məktəb və
pedaqoji fikir, tərcümə, tənqid, estetika kimi sahələrində ciddi
fəaliyyət göstərir və yüksək nailiyyətlər qazanırdılar. Nəzəri
səciyyə daşıyan M.F.Axundzadə dövrünün milli maarifçiliyi öz
yerini tədricən öz kütləviliyi, canlı və əməli xüsusiyyətləri ilə
xarakterik olan milliyyətçi-maarifçiliyə verir. S.Ünsizadə,
Ə.Topçubaşov, Ə.Hüseynzadə, Ə.Ağaoğlu kimi yeni keyfiy
yətli maarifçi-romantik mühərrir və publisistlərin ilkin fəaliy
yəti də məhz bu dövrə təsadüf edir (7, s. 44). Ə.Gorani,
R. Əfəndiyev tərəfindən əsası qoyulan yeni tipli realist uşaq
ədəbiyyatı yaranmağa başlayır. A.Çernyayevski, A.Şaiq,
S. M.Qənizadə, N.Nərimanov, C.Məmmədquluzadə kimi ziyalı
lar müasir pedaqoji prinsiplər əsasında ana dilli dərsliklər
yaradılması sahəsində xeyli iş görürlər, rus dilindən dərslik
nümunələri tərcümə edirlər. Xalq folkloruna maraq artır, xalq
35
ədəbiyyatı nümunələrinin kütləvi və nizamlı bir şəkildə toplan
ması işinə başlanılır. “Məhz maarifçilik təlimi ilə və maarifçi
fəaliyyət üsulları ilə o illər ədəbiyyatına qədəm basanların
hamısı - N.Vəzirov, Ə.Haqverdiyev, Ü.Hacıbəyov, C.Məm-
mədquluzadə, N.Nərimanov səhnə işi ilə mətbuatçılığı, müəl
limliklə yazıçılığı, folklorçuluqla mütərcimliyi öz simasında
birləşdirir” (7, s. 46).
Bu dövrün mədəni həyatı üçün ən səciyyəvi cəhət məktəb
və ədəbiyyatın, pedaqoji və bədii fikrin, ümumiyyətlə, mənəvi
sahənin qarşılıqlı təsir və əlaqə prosesində bir-biri ilə qaynayıb
qarışmasıdır. Teatrdan və mətbuatdan sonra ictimai-mədəni
inkişafa güclü təsir göstərən məktəb maarifçiliyin üçüncü əsas
ideya-əməli iş silahına çevrilir. Artıq mətbuat, məktəb və
maarifin istiqaməti ilə yanaşı ziyalıları milli və dini mənsu
biyyət fərqi də düşündürməyə başlamışdı. Xalqın adı, tarixi,
milli taleyi haqqında “Əkinçi”, “Kəşkül”, “Kaspi”, “Kavkaz”,
“Baku” kimi qəzetlərdə aktual yazılar dərc olunurdu. Xalqın
tarixinə və mədəniyyətinə artan maraqla məktəb hərəkatının
bağlılığı bir də onda idi ki, bu məktəblərdə milli dil, onun
tarixi, qrammatikası və abidələri öyrənilməyə başlayırdı.
XIX əsrdə dramaturgiya, teatr, mətbuat, yeni tipli mək
təblərin təşəkkülü ilə daha da geniş vüsət alan maarifçilik və
mədəniləşmə prosesləri təbii ki, bir-biri ilə bağlılıq və qarşılıqlı
təsirlənmələr şəraitində gedirdi. Məsələn, ana dilli dərslik üçün
bədii ədəbiyyata ehtiyac maarifçi uşaq nəsrinin, şeirinin və
dramaturgiyasının sürətli yüksəlişinə stimul verirdi. Bu mədəni
ehtiyacları qarşılamaq axtarışları isə maarifçi məktəb və mət
buat xadimlərinin diqqətini şifahi xalq ədəbiyyatına, həmçinin,
maarifçi dünya (Avropa və rus) ədəbiyyatından təbdil və
tərcümə işinə cəlb edirdi.
Mədəniyyət sahələrinin belə bir qarşılıqlı təsirlənmələr
şəraitində inkişaf etməsi, ziyalıları ehtiyac hiss olunan digər
mədəni fəaliyyətlərə də sövq edirdi. Digər tərəfdən, artıq XIX
əsrin 70-80-ci illərində cədidçilik bir ictimai-siyasi hərəkat
36
kimi formalaşmışdı. Mollaxanalarda köhnə üsulla - “üsuli-
qədim” metodu ilə savadlanma prosesi 3-5 il çəkirdisə, üsuli-
cədid metodu ilə savadlanma 1 il çəkirdi. Azərbaycanda da 70-
ci illərdən açılmağa başlayan üsuli-cədid məktəblərində başlan
ğıc fikir dini məktəblərin islahatı olsa da, bu hərəkat bununla
kifayətlənməyərək, Rusiya müsəlmanlarında, türklərində yeni
təfəkkürün formalaşmasına yönəldi. Artıq XIX əsrin sonlarına
doğru Rusiya ilə qurduqları əlaqələr nəticəsində Qərbə “mədə
niyyət pəncərəsi” açan və aldıqları yeni fikirlərlə Azərbaycan
cəmiyyətini modernizə etməyə çalışan ziyalılar, bu dövrdən
etibarən aparılacaq mübarizəni sadəcə bir tərəqqi məsələsi ola
raq görməyib milli şüur çərçivəsində dəyərləndirməyə başla
mışdılar. Bu mənada “başda Türkiyə olmaqla digər Türk top-
lumlarındakı çalışmalarla koordinasiya saxlanılmış, birlik və
bərabərlik düşüncəsi içərisində hərəkət edilmiş, “Molla Nəs
rəddin”, “Füyuzat”, “İrşad” və “Həyat” kimi qəzet və dərgilər,
digər türk coğrafiyalarındakı mətbuat orqanları ilə əməkdaşlıq
içərisində səhifələrində başda “Tərcüman” olmaqla eyni məq
səd yolunda çalışan digər periyodiklərin yazılarına yer vermiş
dilər” (106, s. 24). XX əsrin əvvəllərindən etibarən isə Əbdül-
nasir Kursavi (1770-1814), Şəhabəddin Mərcani (1815-1889),
Əbdülqəyyum Nasiri (1824-1907) və Hüseyn Feyizhai (1826
1866) kimi şəxslərin öncüllüyündə dini, siyasi və kültürəl bir
aydınlanma hərəkatı olaraq başlayan “Cədidizm”, xüsusilə
İsmayıl Qaspıralının səyləri ilə bütün Türk dünyası üçün təhsil
islahatını əsasa alan bir hərəkata çevrilmiş və yeni proqramların
qəbulu ilə bu sahədə əsaslı addımlar atılmışdır (106, s. 19-20).
Bu mənada, üsuli-cədidi sadəcə təhsil islahatı kimi qiymət
ləndirməyin düzgün olmadığı qənaətində olan H.Əzizoğluna
görə, bu hərəkat, ümumiyyətlə, müsəlman, türk xalqlarının
mədəniyyətinin yeni yollarının formalaşması üçün cəhdlər de
mək idi. Bu üsulun baniləri və tərəfdarları əslində Çar Rusiya
sının sıxıntıları və təqibləri şəraitində böyük cəsarət göstərdilər.
Əslində özündə ictimai-siyasi, milli-vətənpərvər və demokratik
37
Dostları ilə paylaş: |