Leypsiqdə, Parisdə və Peterburqda təhsil almış və dövrünün
hərtərəfli hazırlığa malik, universal bilikli qabaqcıl ziyalısı olan
Məhəmmədağa Şahtaxtlının (1846-1931) Tiflisdə çıxardığı
“Şərqi-Rus” qəzeti “Mollanəsrəddinçilərin (C.Məmmədquluz-
adə, Ömər Faiq, M.Ə.Sabir, Əli Nəzmi, M.S.Ordubadi, həmçi
nin A.Səhhət, F.Köçərli, M.Sidqi, R.Əfəndiyev, H.Zərdabi,
A.Tofiq...) də “Molla Nəsrəddin”ə qədərki xitabət kürsüsü
oldu. Dərginin əlifba, mədəniyyət sahəsində milli intibah kon
sepsiyası hələ bu qəzetin səhifələrində yetişməyə başlamışdı.
A.Səhhətin (“Ey könül”), M.Ə.Sabirin (“şükr lillah...”), hətta
C.Məmmədquluzadənin özünün (“Poçt qutusu”, “Kişmiş oyu
nu”) ilk mətbu əsərləri “Şərqi-Rus”da işıq üzü görmüşdü. Əgər
gələcəkdə bütün tənqidi-realist nəsr “Poçt qutusu”ndan çıxdısa
(“Biz hamımız “Poçt qutusu”ndan çıxmışıq” - Mir Cəlal),
“Poçt Qutusu” da “Şərqi-Rus”dan çıxdı. Lakin bu son mətbuat
orqanları da uzun müddət yaşaya bilmir. (...) Beləliklə, mətbuat
da, bu dövrdə maarifçi məktəbin işini və rolunu müdafiə və
davam etdirir (52, s. 258-259).
Bu dövrdə Rusiyanın mərkəzində olduğu kimi onun
ucqarlarında da inqilabi çıxışlar ara vermirdi. Qafqaz, xüsusən
Azərbaycan inqilabi hərəkatın ən qaynar bölgələrindən biri
hesab edilirdi. Belə
bir şəraitdə çar, dövlət şurasının üzvü, qraf,
generpal-adyutant Voronsov-Daşkovu Qafqaza canişin təyin
edir. Həmin dövrü tədqiq edən A.Zeynalzadə yazır ki, “Qraf
Voronsov-Daşkovun geniş səlahiyyətlə Qafqaza vali təyin
olunduğunu eşidən ziyalılarımızdan Ə.Topçubaşov, Ə.Ağaoğlu
və Ə.Hüseynzadə H.Z.Tağıyevin yüksək nüfuzundan istifadə
edərək Peterburqda Voronsov-Daşkovdan türk dilində qəzet
nəşrinə icazə alırlar. Onlar qrafın məktubu ilə Baş mətbuat
işləri idarəsinə gedib “Həyat” qəzetinin nəşrini qanuniləşdirir
lər” (91, s. 97). Beləliklə, 1905-ci il iyul ayının 7-də Ə.Topçu-
başovun naşirliyi, Ə.Ağaoğlu və Ə.Hüseynzadənin redaktorlu
ğu ilə “Həyat” qəzeti nəşrə başlayır. “Həyat” H.Zərdabinin
“Əkinçi”sindən sonra Bakıda türk dilində nəşr edilən ilk qəzet
32