məna daşıyan cədidçilər hərəkatının, Rusiyanın müsəlman, türk
xalqlarının milli özünüdərketməsi yolunda, yeni təfəkkürün
formalaşması və millətlərin dirçəlişi yolunda əvəzsiz xidmətləri
vardı. Cədidçilər mollaxanaların dünyəvi məktəblərlə əvəz
edilməsini, tədrisin ana dilində aparılmasını, milli dillərdə
qəzetlərin nəşrini, mədəniyyət ocaqlarının açılmasını, məişətə
Avropa elementlərinin daxil edilməsini irəli sürürdülər.
Beləliklə, Rusiyada cədidçilik dörd istiqamətdə inkişaf edirdi:
dinin təbliğində yeniləşmə, mədəniyyətdə yeniləşmə, siyasi
düşüncənin inkişafı və nəhayət, milli düşüncənin dirçəlişi (29,
s. 142-143). Cədidçilər hərəkatının siyasi və mədəni əhəmiyyə
tini yüksək qiymətləndirən H.Əzizoğlunun fikrincə, “Müsəl
manlar arasında 1905-ci ildə baş vermiş siyasi dirçəliş də bir
növ cədidçilik hərəkatının nəticəsi idi. Cədidçiliyin ən ümdə
nəticəsi türk-müsəlman xalqlarında milli düşüncəyə qayıdışın
inkişafı, xalqların dini düşüncənin hökmündən azad olub, ilk
əvvəl öz milli düşüncələrini dirçəltmələri, sonra isə müasir
milli düşüncəyə yiyələnmələri oldu” ( 29, s. 143).
Təbii ki, hər sahədə olduğu kimi məktəb və təhsildə də ye
niliklər birmənalı qarşılanmırdı. Çarizm siyasətinin təzahürləri
ilə yanaşı xurafatla mövhumat da bu inkişafın ən böyük əngəl
lərindən idi. Tədqiqatçı Ə.Süleymanov problemi nəzərdə
tutaraq
yazır: “Təhsil və tərbiyə planına görə, Azərbaycanda açılan bu
cür məktəblər rus idarəçiliyinin təzyiqləri ilə yanaşı, din adamla
rının da təzyiqlərinə köks gərmək zorunda idi. Din adamları bu
məktəblərin açılması ilə birlikdə xalqın uşaqlarını mədrəsəyə
göndərə bilməyəcəklərindən narahat idilər” (143, s. 69).
Azərbaycanda qurulan üsuli-cədid məktəbləri arasında
M.Sidqinin (1854-1904) 1892-ci ildə Naxçıvanın Ordubad
şəhərində açdığı “Ahtar” məktəbinin də xüsusi bir yeri vardır.
Bu məktəbi əski sistem məktəblərindən fərqləndirən əsas
xüsusiyyət təhsilin ana dilində olması və yeni təhsil və tərbiyə
metodlarının tətbiqi idi. Ahtar məktəbinin uğurunu görən
Naxçıvan camaatı M.Sidqiyə 1894-cü ildə “Tərbiyə” adlı yeni
38
göstərməklə yanaşı, Azərbaycanın mədəni əlaqələrində də
mühüm rol oynamışdır.
XIX yüz ilin son rübü və XX yüz ilin əvvəlində Azərbay
candakı mədəni vəziyyəti tədqiq edən H.Baykara yazır ki, 1880-ci
ildən sonra maarifçilərdən H.Mahmudbəyli və S.M.Qənizadənin
səyi ilə Azərbaycanda ilk məktəb dərəcəsində “rus-tatar məktəbi”
adlı bir çox məktəblər açılmışdı. Bu məktəblərin Azərbaycan irfan
həyatındakı rolu inkar edilə bilməz. Ancaq zaman keçdikcə xalq
bu məktəblərdə çarlıq idarəsinin ruslaşdırma siyasəti yürütdüyünü
görüncə bu məktəblərdən soyudu. Azərbaycan xalqı, uşaqlarına
milli tərbiyə verəcək məktəblər istəyirdi (100, s. 57-58).
Lakin bu yasaqlar belə Azərbaycandakı ümumi mədəni
inkişaf prosesini tamamilə dayandıra bilməmişdir. Belə ki,
artıq Şuşada Mir Möhsün Nəvvab öz həmfikirləri ilə birlikdə
üsuli-cədid ənənəsini davam etdirir və xalqı yeni həyatın
ehtiyaclarına uyğun olaraq məlumatlandırırdılar. Digər
tərəfdən
“Kaspi” qəzeti, əski dini üsuldakı məktəbləri tənqid edir və
“Bu məktəblər fanatik və cahil mollaların ağalığı altındadır”
(100, s. 58) deyə yazırdı. Azərbaycanın başqa vilayət və qəza
larında da açılan üsuli-cədid məktəblərində dərslər, fonetik
metodla verilirdi. Dərslər türkcə - ana dili, hesab, coğrafiya və
digər fənn dərsləri və rus dilindən ibarət idi. Lənkəranda üsuli-
cədid məktəbini açan Mirzə İsmayıl Qasir idi. Ancaq bu yeni
açılan məktəblər Azərbaycan xalqının ehtiyaclarına cavab
verməyəcək qədər az idi.
Bu fakt demək olar ki, bütün tədqiqatçılar tərəfindən təsdiq
lənir ki, Rusiyanın müsəlman xalqları arasında yeni təfəkkürün
yaranmasında əvəzsiz rol oynayan cədidçilərin ən böyük nü
mayəndəsi İsmayıl bəy Qaspıralı olmuşdur. Onun fəaliyyətinin
əsas mahiyyəti üç istiqamətə yönəlmişdi: birincisi, müsəlman
icmalarının maarif vasitəsi ilə müasirləşməsi, ikincisi, Rusiya
müsəlmanlarının siyasi və mənəvi birliyinin yaradılması, üçün
cüsü, Rusiya müsəlmanlarının Qərblə əlaqəsinin yaradılması.
İ.Qaspıralı türk xalqlarını maarif, elm, mədəniyyət sahəsində
40