Ömrünü xalqının, millətinin varlığına, onun mədəni intiba
hı yolundakı mübarizəsinə həsr etmiş Azərbaycan mütə
fəkkirləri məhz belə bir mühitin yetirməsi idilər. Qədim tarixə,
zəngin varislik ənənəsinə malik Azərbaycan mədəniyyəti ilə
müasir Avropa mədəniyyətinin yüksək nailiyyətlərinin çulğaş
dığı yeni mədəni mühitin yetirməsi olan bu ziyalılar ölkənin və
xalqın gələcək taleyində mühüm rol oynadılar. Azərbaycan
mədəniyyətinin son yüzillik boyu əldə etdiyi nailiyyətlər,
qabaqcıl ideyalar həmin ziyalıların ictimai-siyasi görüşlərinin
və kulturoloji baxışlarının təşəkkülündə mühüm rol oyna
mışdır. Hətta deyə bilərik ki, XX əsrin əvvəllərinin milli-mə
dəni intibahına öz töhfələrini vermiş bu şəxsiyyətlər Azərbay
can xalqının əsrlər boyu yaratdığı böyük və zəngin mədəniy
yətinin, onun humanist hisslərinin, qabaqcıl ideyalarının,
müqəddəs ideallarının məntiqi sonucu, qanunauyğun bəhrəsi
idilər. Lakin onlar, keçmiş yolları təkrar etmədilər, mədəni
irsdən yaradıcı şəkildə istifadə etməklə dövrün tələbindən
doğan zəruri, müasir, demokratik və həm də orijinal fikirlərin
bayraqdan və carçısı oldular. Bununla da təkcə Azərbaycanın
deyil, bütün Yaxın Şərq xalqlarının mədəniyyət
tarixində örnək
bir cəmiyyətin qurucuları səviyyəsinə yüksəldilər.
52