Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   37   38   39   40   41   42   43   44   ...   65

 
124 
“qərbliləşmə”  kimi  müxtəlif  adlarla  düşmüşdür.  Bu  istiqa-
mətdə məlum olan dəyişmələr əsasən XX əsrdə baş vermiş-
dir.  Ancaq  Türkiyədə  bu  proses  XIX  əsrin  əvvəllərindən 
başladılmışdı. XIX əsrdən imperatorluğun çökməsinə qədər 
Türkiyədəki  modernləşmə  təcrübələrinin  başlıca  özəlliyi 
özünü qərbliləşmə siyasətində büruzə verirdi. Bunun mənası 
Qərblə  tarazlaşdırılmış  hərbi  və  siyasi  bir  rol  oynama 
səyindən ibarət idi. Bu səbəblə Osmanlı modernləşməsi XIX 
əsrdə əsasən hərbi və siyasi sahələrə istiqamətlənmiş, bir sıra 
məhdud  fəaliyyətlər  istisna  olmaqla,  ictimai  həyatın  qərbli 
formalara uyğun olaraq uyğunlaşdırılması müzakirə mövzu-
su  olmuşdur.  Başqa  bir  xüsusiyyət  isə  bu  idi  ki,  qərbliləş-
məyə  bir  kənar  məcburiyyət  nəticəsində  deyil,  dövlətin 
təşəbbüsü  və  siyasi  iradəsi  ilə  başlanılmış  və  imperatorluq 
sisteminin mühafizə ediləcəyi bir modernləşmə fəaliyyətləri-
nə rəvac verilmişdir. Tədqiqatçıların qənaətinə görə Qərbdən 
kənar cəmiyyətlərdə modernləşmənin bu formasının analoqu 
olmamışdır (120, s. 53). İstər Osmanlı, istərsə cümhuriyyət 
döv
ründəki qərbliləşmə hərəkatlarının əhəmiyyətli bir xüsu-
siyyəti  özünü,  dəyişikliklərin  ilk  növbədə  “dövlət  səviyyə-
sin
də” və dövlətin təşəbbüsü ilə gerçəkləşdirilmiş olmasında 
göstərirdi.  Osmanlı  qərbliləşmə  fəaliyyətinə  girişdiyi  andan 
sonunadək bir “dünya dövləti” olma özəlliyini qorumuşdur. 
Bu səbəblə də, Osmanlıdan sonrakı yeni Türkiyənin mühüm 
bir təcrübə və mirasa sahib olduğunu söyləyə bilərik.  
Bunun  əksinə  olaraq  isə  Azərbaycandakı  modernləşmə 
təşəbbüsləri  fərqli  xüsusiyyətlərə  malik  olmuşdur.  İlk  növ-
bədə  o  dövrdə  Azərbaycan,  Çar  Rusiyasının  müstəmləkəsi 
halında  idi.  Ölkə  Rusiyadan  təyin  edilən  səlahiyyətlilər 
tərəfindən idarə edilirdi. Buna görə də Qafqazda “cədidçilik” 
adı  ilə  başlayan  modernləşmə  hərəkatları  Çar  İmperiyasın-
dan  haqq  tələbləri  ilə  başlamış  və  getdikcə  imperiya  siste-
mindən  ayrılma  istiqamətində  inkişaf  etmişdir.  Türkiyədən 


 
125 
fərqli olaraq Qafqazda qərbliləşmə fəaliyyətlərinə cəmiyyəti 
də  ortaq  etmək  zərurəti  yaranmışdır.  Bu  səbəblə  ictimai 
islahatlar  üstünlük  təşkil  etmişdir.  Azərbaycandakı  moder-
nləşmə prosesi “dövlət səviyyəsində” deyil, qabaqcıl cəmiy-
yət  qurumları,  təbəqələri,  mütərəqqi fikirli  ziyalılar  tərəfin-
dən gerçəkləşdirilmişdir. Buna görə də, Türkiyədəki qərbli-
ləşmə prosesinin fasiləsizliyinin əksinə olaraq, Azərbaycan-
dakı  qərbliləşmə  prosesi  ciddi  nəticələr  verməmiş,  bəzi 
kəsintilərə məruz qalmış, müxtəlif əngəllərlə qarşılaşmışdır. 
Türkiyədən fərqli olaraq Azərbaycanın XX əsrdəki modern-
ləşməsi daxili deyil, daha çox kənar təsirlərlə istiqamətlənən 
bir mahiyyət kəsb etmişdir. Azərbaycan on illik çox qısa bir 
zaman ərzində öncə Osmanlı və Almaniya, daha sonra mü-
vəqqəti bir müddətdə İngilis nəzarətində olmuş, Azərbaycan 
Xalq  Cümhuriyyətinin  iki  illik  (1918-1920)  mövcudluğun-
dan  sonra,  bolşeviklərin  Qafqazda  hakimiyyəti  ələ  keçir-
mələri ilə 70 illik sovet dövrü başlamışdır. Bu müddət ərzin-
də Azərbaycan dünyaya əsasən qapalı qalmış, modernləşmə 
prosesi mərkəzi hakimiyyətin siyasətinə uyğun olaraq təyin 
edilmişdir. Belə bir fərqli tarixi gedişat Türkiyə ilə Azərbay-
candakı  modernləşmə  hərəkatının  da  fərqli  xüsusiyyətlər 
kəsb etməsinə səbəb olmuşdur. 
Bir tərəfdən müasirləşmə ehtiyacının “yuxarılar” tərəfin-
dən deyil, “aşağılardan” başladılması, digər tərəfdən də pro-
sesin  təzyiqlər  və  məhdudiyyətlər  şəraitində  davam  etdiril-
məsi Azərbaycan mədəni həyatına Türkiyədən fərqli təsirlər 
göstərmişdir.  Azərbaycan  türklərinin  tarixən  formalaşan 
milli  və  əxlaq  düşüncəsinə  təsir  edə  bilən  ziyalı  dəstəsini 
tarixi  şərait,  dövlətsizlik  və  maarifsizlik  yox  etməkdə  idi. 
Yeni  ziyalı  dəstəsi  formalaşmağa  başlasa  da,  bunlar  sayca 
az, keyfiyyətcə isə çox şaxəli idi. Azərbaycan ziyalıları mə-
dəni tərəqqi yolunda müasirləşmə ehtiyacını zəruri saydıqları 
üçün  durmadan  axtarışda  idilər  (23,  s.  181).  Bu  fərqli 


 
126 
düşüncələr arasından seçim aparmağın çətinlikləri içərisində 
tərəqqiyə  heç  bir  ayaq  yeri  qoymayan  adət-ənənələr  xüsusi 
vurğulanmalıdır.  Xalqımızda  tarixən  tərbiyə  olunan  ədəb-
ərkan:  kiçiyin  böyük  qarşısında,  nadanın  müdrik  qarşısında 
susması  ifrat  bir  şəkil  almışdı.  H.Zərdabi  məqalələrinin 
birində  yazırdı  ki,  azərbaycanlı  tələbələr  küçədə  gimnazist 
paltarında  görünməyə  çəkinirdilər,  onlar  paltarlarını  elə 
gimnaziyada saxlayıb, orada dəyişirdilər. Bakı müsəlmanları 
gimnaziyalarda oxuyanları, nəinki papağını, hətta ayaqqabı-
sını dəyişənləri, faytona minənləri də dinsiz, imansız sayır-
dılar.  Ə.Ağaoğlu  da  bu  ifrat  “ədəb-ərkan”dan  narahatlığını 
ifadə  edərək  yazırdı  ki,  təvazökarlıq  köləliyə  gətirib 
çıxartmışdır, hörmət naminə susmaq isə düşüncədən imtina 
şəklini almışdır (83, s. 41). 
Tədqiqatçılar adətən Türkiyə  və  Azərbaycan ziyalılarını 
müasirləşməyə münasibətləri baxımından üç qrupa ayırırlar. 
Bizi
m qənaətimizə görə bu bölgü ümumi mənzərəni tamlıqla 
ifadə etmək üçün o qədər də yetərli deyil. Çünki müasirləş-
mə zərurətini etiraf edən və bu yolda təşəbbüskar fəaliyyəti 
ilə  seçilən  elə  ziyalılar  olmuşdur  ki,  zamanına  görə  fərqli 
fikirlər  söyləmişlər.  Bəzən  bu  fikirlər  bir-biri  ilə  daban-
dabana  ziddiyyət  də  təşkil  etmişdir.  Aşağıdakı  verəcəyimiz 
nümunələrdən də görəcəyimiz kimi, bu bölgüdə tədqiqatçılar 
arasında  da  qəti  bir  fikir  həmrəyliyinin  olduğunu  söyləyə 
bilmirik.  Ona  görə  də  biz  həmin  bölgünün  yalnız  şərti 
xarakter daşıması məntiqindən çıxış edəcəyik.  
Şərti  hesab  etdiyimiz  bu  üç  fikir  cərəyanlarının  tarixi 
araşdırılanda görürük ki, fikir adamlarının hamısı öncə müa-
sirləşmək ehtiyacını duyanlardır. Z.Göyalpa görə, hələ üçün-
cü  Sultan  Səlim  dövründə  başlayan  bu  təmayülə  II  Məşru-
tədən  sonra  islamlaşmaq  əməli  də  qatıldı.  Son  zamanlarda 
isə  türkçülük  cərəyanı  çıxdı.  “Müasirləşmək  (modernizas-
yon)  fikri  ziyalılara  görə  əsaslı  bir  norma  sayıldığı  üçün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə