Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.

səhifə1/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   65


 
 
Mübariz Süleymanlı 
 
 
 
 
 
 
 
KULTUROLOJİ İRSİN TƏDQİQİ 
PROBLEMLƏRİ 
(XX əsrin əvvəllərinin mənbələri əsasında) 
 
 
 
 
 
 
Azərbaycan  Milli  Elmlər  Akademiyası 
Memarlıq və İncəsənət İnstitutunun Elmi 
Şurasının  17 aprel 2009-cu il tarixli 
(protokol № 3) qərarı ilə çap olunur 
 
 
 
 
 
 
 
Bakı – 2011 
 
 


 

Elmi məsləhətçi: 
Kamal 
Talıbzadə 
Azərbaycan Milli Elmlər Akademiyasının 
həqiqi üzvü, filologiya elmləri doktoru, professor 
 
Redaktor: 
Vaqif Sultanlı 
filologiya elmləri doktoru, professor 
 
Rəyçilər: 
Nizaməddin Şəmsizadə 
filol
ogiya elmləri doktoru, professor 
 
Niyazi Mehdi 
fəlsəfə elmləri doktoru, professor 
 
Rəfail Həsənov 
sosiologiya 
elmləri doktoru, professor 
 
Sakit Hüseynov 
fəlsəfə elmləri doktoru 
 
Mübariz Süleymanlı. Kulturoloji irsin tədqiqi problem-
ləri  (XX  əsrin  əvvəllərinin  mənbələri  əsasında).  Bakı, 
“Nafta-Press”, 2011, 208 s
əh.  
 
Kitabda kulturoloji irsin t
ədqiqinin nəzəri və  təcrübi  məsələlərindən  bəhs 
edilir. XX 
əsrin əvvəllərində müsəlman dünyasının mədəni tərəqqisinə yönəl-
miş  dini-islahatçılıq  təşəbbüslərinin Azərbaycandakı  təzahürləri  araşdırılır. 
Az
ərbaycan cəmiyyətinin mədəni  inkişafında  gender  münasibətləri amili bu 
sah
ədə aparılan ilk tədqiqatlar kontekstində tədqiq edilir. Şərq-Qərb mədəniy-
y
ətləri kontekstində müasirləşmə probleminin müqayisəli təhlili verilir. Tarixi-
kulturoloji t
əcrübənin müasir mədəniyyət quruculuğu prosesinə tətbiqinin elmi-
t
ənqidi aspektləri öyrənilir. 
S
2011
071
2
4901000000


Qrifli n
əşr. 
© ”Nafta-Press” n
əşriyyatı, 2011 
 


 

Ön söz 
 
Bəşəriyyətin  kulturoloji  irsinin  öyrənilməsi,  mühafizəsi 
və  təbliği  məsələləri  mədəni  dünyanı  getdikcə  daha  çox 
düşündürməkdədir.  Son  illərdə  bu  sahədə  bir  sıra  ciddi 
layihələr  həyata  keçirilmiş,  konvensiyalar  qəbul  edilmişdir. 
Məsələn,  Birləşmiş  Millətlər  Təşkilatının  Təhsil,  Elm  və 
Mədəniyyət Təşkilatının Baş Konfransı 3-21 oktyabr 2005-ci 
il  tarixində  Paris  şəhərində  keçirilən  33-cü sessiyasında 
mədəni  müxtəlifliyin  bəşəriyyətin  fərqləndirici  xüsusiyyəti 
olduğunu təsdiqləyərək, “Mədəni özünüifadə müxtəlifliyinin 
qorunması  və  təşviqi  haqqında”  konvensiya  qəbul  etmişdir 
(149). 2004-
cü il noyabrın 17-19-da Avropanın siyasi, iqtisa-
di, mədəni həyatının, vətəndaş cəmiyyətinin nümayəndələri, 
dövlət  rəsmiləri  “Avropa üçün ruh”  adlı  üç  günlük  kon-
fransda ciddi qərarlar qəbul etmişlər. 2006-cı ildə keçirilən II 
Ber
lin konfransında “Mədəniyyətin Avropada birlik və rifah 
üçün intensiv isti
fadəsi” təşəbbüsü irəli sürülmüşdür. Avropa 
Komissiyasının  prezidenti  X.M.Barrozu  Berlində  2006-cı 
ildə  keçirilən  konfransın  memorandumunda  vurğulamışdır 
ki, “Avropa Birliyi öz inki
şafında elə mərhələni qət etmişdir 
ki,  artıq  mədəniyyət  faktoruna  biganə  qala  bilməz.  Birli-
yimizin gələcəyi üçün mədəniyyəti hərəkətverici qüvvə kimi 
inkişaf etdirməliyik. Avropanı birləşdirən inteqrasiya proses-
lərinə  yalnız  zahiri,  maddi  irəliləyiş  deyil,  həm  də  mədəni, 
mənəvi  tərəqqini,  keyfiyyət  yüksəlişini  təmin  etmək  üçün 
ruh, qəlb gərəkdir. Gələcək üçün Avropanın mədəni enerjisi 
səfərbər  edilməlidir.  Bunsuz  sabitliyə  nail  olmaq  qeyri-
mümkündür”. Həmçinin, Avropa Komissiyasının prezidenti 
bu konfransda 2008-
ci  ilin  “Mədəniyyətlərarası  dialoq ili” 
olacağını bəyan etmişdi (7, s. 22-24) ki, bu çərçivədə Azər-
baycanda  da  mədəniyyətə  dair  bir  sıra  mühüm  beynəlxalq 
tədbirlər keçirilmiş və 2008-ci ildən Bakı Prosesi başlamış-


 

dır.  2008-ci  il  dekabr  ayının 2-3-də  Avropa  Şurasına  üzv 
ölkələrin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq 
Avropa  və  onun  qonşu  regionlarında  davamlı  inkişafın  və 
sülhün  əsasıdır”  mövzusunda  Bakıda  keçirilmiş  konfransı-
nın, 2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı se-
çilməsi münasibətilə təşkil edilmiş tədbirlərin, 2010-cu ildə 
Bakıda Dünya Dinləri Liderlərinin Zirvə Görüşünün, 2011-
ci il aprelin 7-9-
da  Bakıda  keçirilmiş  Beynəlxalq  Forumun 
və  10  oktyabr  2011-ci  ildə  Bakıda  “XXI  əsr:  ümidlər  və 
çağırışar” devizi keçirilmiş Beynəlxalq Humanitar Forumun 
nəticələri də  mədəniyyət fenomeninin bəşəriyyətin gələcəyi 
üçün  nə  qədər  bir  əhəmiyyətli  faktor  olduğunu  təsdiqlədi. 
Habelə “Muğam”, “Aşıq sənəti” və “Novruz bayramı” kimi 
milli dəyərlərin YUNESKO tərəfindən dünyanın qeyri-mad-
di  mədəni  irsi  siyahısına  daxil  edilməsi,  Mədəniyyət  və 
Turizm Nazirliyinin ənənəvi olaraq Milli Kulturoloqların Fo-
ru
munu  keçirməsi,  eləcə  də  digər  layihə  və  tədbirlər,  elmi 
konfrans  və  simpoziumlar  milli-mədəni  irsin  tədqiqinə  və 
k
ulturoloji  istiqamətli  elmi  araşdırmalara  stimul  vermək-
dədir. 
Dünyanın tanınmış ictimai-siyasi, mədəniyyət və incəsə-
nət  xadimlərinin,  nüfuzlu  beynəlxalq  təşkilatların,  kütləvi 
informasiya 
vasitələrinin rəhbərlərinin bu forumlarda iştirakı 
və Azərbaycan Respublikası Prezidentinin çıxışları bəşəriy-
yətin təminatlı gələcəyində mədəniyyət fenomeninin nə qə-
dər mühüm bir amil olduğunu bir daha dünya ictimaiyyətinin 
diqqətinə çatdırdı. Mədəni dünyanın kulturoloji problemlərə 
dair çoxaspektli baxışlarına Azərbaycan alimlərinin də oriji-
nal  yanaşmaları  vardır:  “Mədəniyyətlərə  yanaşmada  plüra-
lizm  təkcə  elm  və  mədəniyyət  deyil,  həm  də  müəyyən 
sosiomədəni norma və dəyərlərin təzahürü, özlüyündə mədə-
niyyət fenomeni olan siyasət və ideologiyada da yeni dövrün 
başlanmasının  əlamətidir.  Ona  görə  də  keçid  dövrünün 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   65


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə