Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   4   5   6   7   8   9   10   11   ...   65

 
24 
verir (mü
əllif burada A.R.Ziffeldt Simumyaqiyə istinad edir 
–  M.S.). Y.Qarayev bel
ə  düşüncənin tarixi-məntiqi və 
semantik-f
əlsəfi motivlərinin  hansı  amillərə  şərtləndiyinə 
dair fikirl
ərini ortaya qoyur (43, s. 128). Filosof Y.Rüstəmov 
is
ə  yazır  ki,  orta  əsrlərdə  “kult” (pərəstiş)  sözü  “kultura” 
(m
ədəniyyət) sözündən daha çox işlədilmişdir; çünki “kult” 
sözü insanın Allaha məhəbbətində özünün yaradıcı potensi-
alını açmaq üçün onun qabiliyyətini ifadə edirdi (67, s. 490). 
Əksər kulturoloji mənbələrin təsdiqlədiyinə görə “sivili-
zasiya
” termini şəhər sakini olan vətəndaşa aid edilən latınca 
“sivilis” sözündən yaranmışdır ki, mənası tədricən genişlən-
miş, etimologiyası və başlanğıcda işlədilən mənası sonralar 
başqa məzmun kəsb etmişdir. “Sivilizasiya” anlayışı termin 
kimi  XVIII  əsrdə  “mədəniyyət”  anlayışı  ilə  sıx  əlaqədə 
meydana  gəlmişdir.  O  zaman  Fransız  maarifçiləri  ağıla  və 
ədalətə əsaslanan cəmiyyəti sivil hesab edirdilər. XIX əsrdə 
bu söz daha çox Qərbi Avropa xalqlarının yüksək mədəniy-
yətini ifadə etmək, hətta kapitalizmi xarakterizə etmək üçün 
işlədilirdi. Mədəniyyət və sivilizasiyanın müxtəlif anlayışları 
əvvəlcə Almaniyada yaranmışdı. Kant sivilizasiya deyəndə – 
cəmiyyət  və  şəxsiyyət  həyatının  xarici  tərəfini,  mədəniyyət 
deyəndə isə – onların mənəvi mahiyyətini və yaxud mənəvi 
potensialını nəzərdə tuturdu. Alman fəlsəfəsi sonralar da bu 
fərqi  xüsusi  göstərirdi.  İngiltərədə  isə  bu  iki  termin  eyni 
mənada  işlədilmişdi.  Sonralar  da  –  XIX  və  XX  əsrlərdə 
ingilis dilli əsərlərdə mədəniyyət və sivilizasiya çox hallarda 
sinonim kimi verilirdi (67
,  s.  490).  Azərbaycan  kulturoloji 
fikrində  də  bu  anlayışlar  həm  eyni  (sinonim)  və  həm  də 
fərqli mənalarda işlədilmişdir.  
Tarixən  mədəniyyət  tarixçiləri  içərisində  sivilizasiyanı 
maddi  mədəniyyətin  sinonimi  hesab  edənlər  də  olmuşdur, 
mədəniyyət və sivilizasiyanın bir-birinə zidd olması haqqın-
da fikirlər söyləyənlər də. Belə fikrin ilk təmsilçilərindən biri 


 
25 
alman sosioloqu Ferdinand Tonnis (1855-
1936)  olmuşdur. 
Onun fikrinə görə, industrial cəmiyyət ailə-tayfa əlaqələrinə, 
mənəvi  yaxınlığa,  qarşılıqlı  qayğıya  əsaslanan  insanların 
ənənəvi  münasibətlərini  dağıdır,  onları  fayda  prinsipinə 
əsaslanan  utilitar  münasibətlərlə  əvəz  edir  (67, 491). Buna 
oxşar mövqelərdən biri də O.Şpenqlerin görüşüdür. O, mədə-
niyy
əti üzvü, yaradıcı mənəvi hadisə hesab edərək, onu utili-
tar, texnoloji, maddi hadisə olan sivilizasiyaya qarşı qoyurdu. 
“Bu mənada Qərbin çöküşü mədəniyyət məsələsindən başqa 
bir şeyi ifadə etməz. Qarşımızda tarixin təməl məsələlərindən 
biri durur. Bir kültürün orqanik-
məntiqi sıralanması, tamam-
lanması  və  sonu  olaraq  sayıldığında  mədəniyyət  nədir?  Hər 
kültür  öz  mədəniyyətinə  sahibdir.  Mədəniyyət  kültürün 
qarşısıalınmaz  qədəridir.  Mədəniyyətlər  inkişaf  etmiş  bir 
insanlıq  türünün  vara  biləcəyi  ən  dış  və  süni  durumlardır. 
Dəyişdirilməz bir nəticədir mədəniyyət” (132, s. 45). 
Mədəniyyət  problemlərini  elmi-fəlsəfi  aspektlərdən  də-
yərləndirən və kulturoloji irsin tədqiqi əhəmiyyətinə xüsusi 
diqqət  yetirən  Səlahəddin  Xəlilov  elm  və  mədəniyyət  ara-
sında  münasibətin  də  bu  günədək  yetərincə  tədqiq  olun-
mamısı məsələsinə toxunur və bunun səbəbini problemə mü-
nasibətin çox vaxt qeyri-elmi müddəalarla ifadə olunmasında 
görür.  Onun  fikrincə,  tədqiqatçıların  bir  qismi  elmi  bütöv-
lükdə  mədəniyyətə  daxil  etmək,  onun komponentlərindən 
biri kimi öyrənmək mövqeyindən çıxış edirlər ki, bu da mə-
sələnin mahiyyətini düzgün anlamamaqdan irəli gəlir. Məsə-
lən,  kulturologiya  üzrə  Rusiyada  buraxılan  ensiklopedik 
lüğətdə elmin tərifi belə verilir: “Elm – təbiət, cəmiyyət və 
insan haq
qında  biliklər  sisteminin  yaradılması  üzrə  ixtisas-
laşmış  fəaliyyətlə  bağlı  olan  mədəniyyət  sahəsidir.”  Bu 
tərifdən  belə  çıxır  ki,  elm  nə  biliklər  sistemi,  nə  də  onları 
əldə  etmək  üçün  fəaliyyət  sahəsi  olmayıb,  sadəcə  bu 


 
26 
fəaliyyətlə bağlı olan mədəniyyət sahəsidir. Yəni elmi onun 
elm
şünaslıqda  qəbul  olunmuş  anlayışından  fərqli  olaraq, 
elmin mahiy
yəti ilə bağlı bütün əsas amillər xaricində “izah 
etmək”  təşəbbüsü  göstərilir.  Halbuki  Rusiyanın  filosof 
alimləri bir qədər başqa fikirdədirlər. Yeni fəlsəfə ensiklope-
diya
sında akademik V.S.Styopinin elmə verdiyi tərifdə onun 
ma
hiyyəti  kimi  məhz  yeni  elmi  biliklərin  əldə  edilməsinə 
yönəldilmiş idraki fəaliyyətin özü götürülür. Kulturoloqların 
tərifindəki  “bununla  bağlı  mədəniyyət  hadisəsi”  ifadəsi  isə 
heç  nəyi  izah  etmir  (38,  s.  115).  S.Xəlilov  Novosibirskdə 
buraxılmış “Elm və onun mədəniyyətdə yeri” adlı kollektiv 
monoqrafi
ya  müəlliflərinin  elmi  ancaq  mədəniyyət  çərçi-
vəsində, onun bir komponenti kimi təqdim etməyə çalışma-
ları  faktına  da  tənqidi  yanaşır.  O,  A.N.Koçerginin  elmi  də 
din  və  əxlaq  kimi  mədəniyyət  hadisəsi  hesab  etməsinə, 
N.N.Sem
yonovun elmdən bir mədəniyyət hadisəsi kimi bəhs 
etməsinə və elmi müasir dövrdə mədəniyyətin aparıcı kom-
pon
enti  kimi  dəyərləndirməsinə,  eləcə  də,  V.P.Tışenkonun 
elmi mədəniyyətin mərkəzi elementi hesab etməsinə tənqidi 
münasibətini  açıqlayaraq  (38,  s.  116)  belə  qənaətə  gəlir  ki, 
bütün  bu  yanaşmalar  elm,  mədəniyyət  və  sivilizasiya  anla-
yışlarının  müəlliflər  tərəfindən  düzgün  anlaşılmadığını 
göstərir. “Yəni elm olsa-olsa sivilizasiyanın mərkəzi ünsürü 
və  aparıcı  qüvvəsi  sayıla  bilər.  Mədəniyyət  isə  insan  həya-
tının  və  onun  bütün  əməli  fəaliyyət  sahələrinin  vacib  tərəfi 
olaraq qaza
nılmış vərdişlər, avtomatlaşmış (yəni qeyri-şüuri 
struk
tur səviyyəsində yerləşərək simasızlaşmış) və ya ictimai 
şüur  səviyyəsində  oturuşmuş  biliklər  kompleksini ehtiva 
edir.  Onun  elmlə  ümumi  cəhəti  olsa-olsa  bu  dərəcədədir. 
Elmi yaradıcılıq prosesi, elmin metodları və formaları, elmin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə