Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   7   8   9   10   11   12   13   14   ...   65

 
33 
qarşılıqlı  münasibətinə,  tələbatlarının  ödənilməsinə,  sonrakı 
mövcudluğunun  təminatına,  həyatının  texnoloji  tərəflərinə 
aid  olan  hər  şey  başa  düşülür.  Sosial  mədəniyyət  dedikdə, 
insanların  bir-birinə  münasibəti,  status  və  sosial  institutlar 
sistemləri  anlaşılır.  Mənəvi  mədəniyyət  dedikdə,  həyatın 
subyektiv  aspektləri,  ideyalar,  ustanovkalar,  dəyərlər  və 
onlara yönəlik davranış üsulları nəzərdə tutulur” (1, s. 15). 
“Mədəniyyət” anlayışını çox vaxt “sivilizasiya” anlayışı 
ilə  eyniləşdirilməsi  məsələsinə  müasir  kulturoloji  tədqiqat-
larda  da  diqqət  yetirilməkdədir:  “Doğrudur,  mədəniyyət  və 
sivilizasiya  bir  çox  cəhətdən  fərqlənmir,  bir-birinə  keçir, 
qarşılıqlı  asılılıqdadır,  amma  eynilik  təşkil  etmirlər  –  sivi-
lizasiya mədəni proses üçün ilkin şərait yaradır, mədəniyyət 
isə yeniliyin yaradıcısı olmaqla sivilizasiyanın inkişafı üçün 
şərait  yaradır  (48,  s.  26).  S.Xəlilova  görə,  sivilizasiyanın 
əsas  şərtlərindən  biri  ayrı-ayrı  adamların  yaradıcı  potensia-
lının toplanaraq bütövlükdə bəşəriyyətin inkişafı üçün təməl 
ola bilməsidir. Müasir dövrdə bilavasitə sivilizasiyaya aidiy-
yəti  olan  ən  mühüm  sahələrdən  biri  elm  və  elmi-texniki 
fəaliyyətdir (38, s. 101). 
Bu  vaxta  qədər  aparılmış  araşdırmaları  nəzərdən  keçir-
dikdən sonra, belə güman etmək olardı ki, mədəniyyət haq-
qında  hər  şey  artıq  deyilmişdir  və  onun  bu  tərifləri  ilə 
razılaşmaq olar. Lakin filosofların çoxu, mədəniyyətə möv-
cud münasibəti qənaətbəxş saymırlar. Məhz bu səbəbdəndir 
ki
,  mədəniyyət  mövzusu  müasir  dövrdə  də  fəlsəfənin  ən 
aktual  mövzularından  biri  olaraq  qalmaqdadır.  Filosoflar 
daha çox mədəniyyətin böhranı mövzusuna diqqət yetirirlər 
(Bu  mövzu  hələ  XIX  əsrdə  A.Şopenhauerin  və  S.Kyerke-
qorun əsərlərində qaldırılmış və F.Nitsşenin “həyat fəlsəfəsi” 
təlimində inkişaf etdirilmişdir). Mədəniyyətin böhranı əsasən 
mənəvi sahədə böhranla əlaqələndirilir. Müxtəlif kulturoloji 
konsepsi
yaların  məzmununun  təhlili  aşağıdakı  məntiqi 


 
34 
izləməyə imkan verir: insanın maddi tərəqqiyə, bütün sosial-
mədəni problemlərin elmi-texniki tərəqqi yolu ilə həll edil-
məsinin  mümkünlüyünə  qeyd-şərtsiz  inamı  mövcud  dəyər-
lərin  və  əxlaq  normalarının  dəyişməsinə  şərait  yaratmış, 
bəşər  cəmiyyətinin  böhranının  əsası  kimi  mənəviyyatın  və 
mədəniyyətin böhranına səbəb olmuşdur (48, s. 259-260).  
Kulturoloji  terminologiya  probleminə  fərqli  mövqedən 
yanaşan  və  diqqəti  daha  çox  mədəniyyətin  mənəvi  tərəflə-
rinə yönəldən R.Ulusel yazır ki, tarixən, az qala eyni məna-
larda  işlədilən  “mədəniyyət”  və  “sivilizasiya” anlayışlarına 
son yüzil düşünürlərinin yanaşması alabəzək olub. Siviliza-
siyanın  yeni  layında  –  Texnosivilizasiya  çağında  yaşayan 
bizlərin  bu  zəngin  fenomenlərə  bir  daha  dalmağı  gərək. 
“Sivilizasi
yaların tarixi təkamülündə yetişərək onların nüvə-
sini 
təşkil edən  mədəniyyətlər bəşəriyyətin ruhu, onun əsas 
ideyalarının bəliri, dəyərlər panteonudur. Sivilizasiyanın bü-
tün  şəhdi-şirəsi  onun  Mədəniyyət  nüvəsinə  süzülür.  Sivi-
lizasiyanın Mədəniyyət mayası nə qədər saf və güclü olursa, 
onun  ömrü  də  uzun  və  mənalı  olur.  Mədəniyyət  toxumu 
çürüyən Sivilizasiya erkən öləziyib sönür. İlahi enerji planet 
üzərində  adətən  Mədəniyyət  nüvələrində  toplandığından,  o, 
demək olar ki, sarsılmır, ardıcıl reaksiyalarla – örnək külçə-
lərlə  düha  və  istedad  münbitliyində  nəsilbənəsil  ötürülür. 
Azərbaycan  mədəniyyətinin  Bayatı,  Saz  və  Muğam  özəyi 
sarsılmadığı kimi. Alman mədəniyyətində fəlsəfi ideya mo-
nu
mentallığının  cəmiyyət  və  dövlət  quruculuğuna  saçıldığı 
kimi. Çin, ingilis, fransız mədəniyyətlərinin onların hər hansı 
b
ir siyasətçisinin maneralarında sezildiyi kimi” (80, s. 46). 
Bütün  bu  fərqliliklərə  baxmayaraq,  mədəniyyət  (kültür) 
tarixçilərinin əksəriyyəti bu belə bir fikirdə həmrəydirlər ki, 
“Millət  dediyimiz  topluluqlar  atalarından  əmanət  aldıqları 
milli kültür irsi
nə əlavə olunan bioloji varislik sayəsində ayrı 
“şəxsiyyət”lər qazanmaqdadırlar. Yüz illərdən bəri yan-yana 


 
35 
yaşamaqda  olan  sərhəd  qonşusu  millətləri  belə  bir-birindən 
ayıran başlıca faktor da bu “şəxsiyyət” fərqliliyidir. O halda, 
kültür və mədəniyyət mövzusunda soydan gələn milli səciy-
yəyə də qüvvətli bir təsir payı tanınması lazım gəlməkdədir” 
(107, s. 14-15). 
Digər tərəfdən mədəniyyət həm də insanların 
dünyanın  mənimsəyə  yönəlmiş  yaradıcı  fəaliyyətidir  ki,  bu 
prosesdə  maddi  və  mənəvi  dəyərlər  yaradılır  və  istehlak 
olunur, insanın mədəni fəaliyyət subyekti kimi formalaşması 
kimi baş verir. 
Kulturoloji  dəyərləndirmələrdən  də  göründüyü  kimi, 
diqqəti cəlb edən ortaq nöqtələrdən biri “kültür”ün daha çox 
hər topluluğun özünəməxsus yaşayış və davranış tərzi olma-
sıdır. Kültürün bu mənası həm Z.Göyalp, həm də Ə.Ağaoğlu 
tərəfindən  verilən  təriflərdə  daha  da  açıq  olaraq  bildiril-
məkdədir.  Z.Göyalpa  görə  “Kültür  (hars),  bir  millətin  dini, 
əxlaqi, hüquqi, əqli (intellektual), bədii-estetik, dil, iqtisadi
fənni-texniki həyatlarının ahəngli məcmusudur” (26, s. 30). 
Ə.Ağaoğlu  da  burada  kültür  əvəzinə  mədəniyyət  kəlməsini 
işlətsə də məna etibarı ilə eyni fikri ifadə edir: “Mədəniyyət 
demək, həyat tərzi deməkdir” (83, s. 3). 
Tarixçilərin  Azərbaycanın  istiqlal  mücahidləri  adlandır-
dıqları ziyalıları kültürə və ya milli mədəniyyət məfhumuna 
orijinal münasibətləri ilə seçilmişlər. Onların ümumi rəyinə 
görə  indiyə  qədər  bəşər  tarixində  gəlib  keçmiş  olan  bütün 
kültürlərin  milli  mahiyyət  ərz  etdiyi  şübhə  götürməz  bir 
həqiqətdir.  Hər  kültür  doğduğu  çevrənin  və  məmləkətin 
bariz vəsflərini üzərində daşıyır. Kültürü yaradan hər millət 
ona  öz  damğasını  vurur.  Millətin  özəl  yaşayış  şərtlərindən, 
ruhundan və tarixindən sıyrılmış və ayrılmış bir kültür əsla 
düşünüləməz.  “Bəşər  kültürü”  dedikləri  nəsnə,  milli  kül-
türlərin  toplamı  və  müxtəlif  kültür  çiçəklərini  bir  araya 
gətirən gözəl bir çələngdir. Yoxsa, milli kültürlərdən mücər-
rəd  və  azadə  bəşəri  kültür  deyə  bir  şey  mövcud  olamaz. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə