Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   15   16   17   18   19   20   21   22   ...   65

 
57 
və  qəlblərini  doğru  yola  yönəldəcəyini,  gözlənilmədən  gəl-
miş mənəviyyatsızlığı dəf edərək onları yenidən mükəmməl 
təhsilə yiyələndirəcəyini gözləyir. Bəlkə də onlar yaxşı təhsil 
sayəsində  öz  keçmiş  bəxtiyar  durumlarına  qayıda  bilərlər 
(17, s. 204). 
C.Əfqaninin  Qurana  təfsir  yazmış  bir  ilahiyyat  alimi 
haqqındakı  fikirləri  həmin  dövrün  islahatçılıq  təmayüllərini 
dəyərləndirmək  baxımından  çox  qiymətlidir  (17, s. 204-
206). Təfsirçini müsəlmanlara ümid və inam aşılamaq əvəzi-
nə  işğalçıların  mənafelərinə  xidmət  etməkdə  günahlandıran 
C.Əfqani belə bir məntiqlə heç cür barışa bilmir. Onun mən-
tiqinə görə,  məgər təfsirçi başa düşmürmü ki,  müsəlmanlar 
indiki gücsüz və miskin durumlarında möcüzələrə və cəhən-
nəm  oduna  inamlarını  itirsələr  və  peyğəmbərin  Qladston 
səviyyəli bir adam olduğunu düşünsələr, şübhəsiz ki, öz zəif 
və məğlub edilmiş düşərgələrini tezliklə tərk edər və qüdrətli 
işğalçının tərəfinə keçərlər? Axı o halda onları bunu etmək-
dən  çəkindirə  biləcək  heç  bir  şey,  nə  bir  qorxu,  nə  də  bir 
təlaş qalmayacaq. Başqa bir tərəfdən isə, qalibə oxşamaq və 
qaliblə  eyni  dinə  qulluq  etmək  hər  bir  kəs  üçün  cəlbedici 
göründüyündən, hazırda insanların dinlərini dəyişməsi üçün 
zəmin də mövcuddur.  
Müsəlman cəmiyyəti üçün belə təhlükələrin mövcudluğu 
Azərbaycan ziyalılarının yazılarında da dönə-dönə vurğulan-
maqdadır.  Qərb  yazarları  çox  vaxt  məqsədyönlü  şəkildə 
cəmiyyətdəki  böhranın  əsas  səbəbini  islam  dinində  görür-
dülər. Əslində isə bu kimi qərəzli  münasibətlərin arxasında 
siyasi məqsədlər gizlənirdi. Bunu nəzərdə tutaraq “Milliyyət 
və  insaniyyət”  başlıqlı  məqaləsində  Ə.Hüseynzadə  yazırdı 
ki, “
Tərəqqi  etməsək,  şikayət  olunuyor,  tərəqqi  etsək,  yenə 
şikayət olunuyor. Bu hal sadə bir erməni mühərririnə məxsus 
degil, bütün avropalılar cüzi bir istisna ilə aləmi-islama qarşı 
bu  məsləkdədirlər.  Əgər  biz  tərəqqi  yolunu  tutsaq,  (...) 


 
58 
ittihad və ittifaq istərsək də, şikayət edərlər, nifaq və şiqaqa 
düçar  olsaq  da,  şikayət  edərlər!  İttifaqımız  bunlar  üçün  bir 
təhlükə, nifaqımız yenə təhlükə. İttifaq etsək “panislamizm” 
adı qoyarlar. Mitinqlərdə, məclislərdə və qəzet sütunlarında 
xatirü xəyalə gəlməyən iftiraları, kizbü böhtanları söyləmək-
dən çəkinməzlər. Xəyaldan ibarət olan, əsla vücudu olmayan 
bir  qüvvətin  əleyhinə  qorxunc  və  həqiqi  koalisiyalar  təşkil 
edərlər. (...) İslamiyyətin məqsədi isə istiqlalati-insaniyyədir. 
Çünki, islamiyyət bir dindir ki, millət və milliyyət tanımaz, 
kəlmeyi-şəhadət  gətirib  mömin  olanlara,  rəsimsiz,  şəkilsiz, 
yoldaşsız bir Allaha iman gətirənlərə bir nəzərlə, bir ümmət 
nəzərilə baxar!” (33, s. 138-140). 
Azərbaycanda  islahatçı  ziyalıların  C.Əfqani  ideyaların-
dan  bəhrələndikləri  XX  əsrin  əvvəllərində  çarizm  müxtəlif 
vasitələrlə  şiə,  sünni  məzhəbləri  arasındakı  sədləri  daha  da 
dərinləşdirir  və  şiələrlə  sünnilər  arasında  süni  münaqişələr 
yaradırdı.  Təsadüfi deyildi ki, çarizm Zaqafqaziyada vahid 
ruhanilik idarəsi deyil, paralel şəkildə iki müsəlman ruhani-
lik idarəsi: sünni ruhanilik idarəsi – Müftilik və şiə ruhanilik 
idarəsi  –  Şeyxülislamlıq  yaradıb,  bunların  nəzdində  təsis 
etdiyi “Ömər təlimi” və “Əli təlimi” üzrə iki məktəbi də on-
ların sərəncamına vermişdi. Bu haqda yazılmış tədqiqatlarda, 
o  cümlədən  M.Ə.Rəsulzadənin  əsərlərində  (62; 127;  129) 
məsələnin mahiyyətinə dair maraqlı təhlillər verilmişdir. Hə-
min  dövrdə  ruhani  mənsəbini  tutan  hər  bir  şəxs  hökumət 
qarşısında  and  içməli  idi.  Bu  anda  –  “əhdüyəmin”də  deyi-
lirdi: “Mən, aşağıda ismi olan, hər şeyə qadir Allah Quranı 
qarşısında and içir və əhd edirəm ki, pənahım, himayəsində 
olduğum  ali  həzrət  rus  padşahına  axır  nəfəsimə,  son  qətrə 
qanıma  qədər  sadiq  olub  və  onun  müdafiəsi  naminə 
çalışacaq, ona sidq ürəklə qulluq edəcəyəm... Bu yolda Allah 
təalanın  divanı  qarşısında  cavab  verməyə  hazır  olduğum 
üçün onun Quranını öpürəm. Amin!” (59, s. 63-64).  


 
59 
XX  əsrin  ilk  illəri  ərzində  Zaqafqaziyada  Azərbaycan 
dilində  nəşr  edilən  kitabların  yarısı  bilavasitə  islam  dininə 
aid ədəbiyyat olmuşdur. Bunlar, əsas etibarı ilə, Zaqafqaziya 
müftisi Hüseyn Əfəndi Qayıbovun və Zaqafqaziya şeyxülis-
lamları Hüseynzadə Axund Əhmədin və Axundzadə Əbdüs-
salamın qələmindən çıxmış ərəb, fars və bir az da Azərbay-
can sözlərinin qarışığından ibarət ağır və anlaşılmayan dildə 
yazılmış, tərtib edilmiş, yaxud tərcümə olunmuş dini kitablar 
idi. 1901-
ci  ildə  şeyxülislam  Axundzadə  Əbdüssalamın  üç 
cildlik “Tarixi-
müqəddəs-ənbiya”,  “Risaleyi-ümdətül-əh-
kam”,  “Vəz  və  nəsihət”,  dörd  cildlik  “Risaleyi-Zübtədül-
əhkam”  adlı  kitabları,  1904-cü  ildə  Bakı  şiə  quberniya 
məclisinin sədri və Bakı qazısı Axund Mirməhəmməd Kərim 
oğlunun  “Kitabi-kəşfül-həqaiq.  Təfsiri-qurani-şərif”  adlı  3 
cildlik  kitabı  çapdan  çıxmışdır  (1906-cı  ildə  H.Z.Tağıyev 
Quranın  bu  3  cildlik  təfsirini  Axund  Y.Z.Talıbzadə  ilə  Os-
manlı sultanı Əbdülhəmidə göndərmişdir) (75). Bu kitablar-
da cihad tələb edən, müsəlmanların birliyi prinsipinə uyğun 
gələn  ayələr,  hədislər,  rəvayətlər  çıxarılaraq,  həmin  kitab-
l
arın  əvvəlində  və  yaxud  axırında  əlahəzrət  rus  padşahına, 
onun ailəsinə, çar səltənətinin rifahı naminə dualar verilirdi. 
Məsələn,  Q.Mustafayevin  tədqiqatlarından  (59, s. 64) 
öyrənirik  ki,  Şeyxülislamın  təhriki  ilə  yazılmış  və  Sərdar 
dəftərxanası mətbəəsində çap edilmiş “Əfzəl dualar, əhkami-
şəriyyə  və  tarixi  müqəddəs”  (Tiflis,  1903,  ikinci  nəşr)  adlı 
kitabın axırında çarı və onun ailə üzvlərini mədh edən xüsusi 
bir ayə vardır.  
Mənbələrdə  çarizmin  islamçılıq  təmayüllərinə  qarşı 
gördüyü  tədbirlər  haqqında  ətraflı  məlumatlara  rast  gəlmək 
mümkündür (59
, s. 73). Məsələn, Daxili İşlər Nazirliyi, onun 
ruhani işlər üzrə departamenti Rusiya müsəlmanları arasında 
milli-
mədəni, siyasi-ideoloji sahələrdə baş verən hadisələrin 
mahiyyətini  “dövlət  mənafeyi  nöqteyi-nəzərindən  düzgün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə