Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   23   24   25   26   27   28   29   30   ...   65

 
81 
halda əslində türkdür, dini islam dini, dili də türk dilidir və 
müsəlman  adında  millət  yoxdur.  Belə  bir  münasibət  islam 
dininin  cəmiyyət  həyatının  istisnasız  olaraq  bütün  sahələr-
dəki  hökmranlığı  və  ölkənin  parçalanmış  vəziyyətdə  olma-
sından irəli gəlirdi. Təbii ki, islamın bu sahədəki qeyd-şərtsiz 
inhisarı  identikliyin  digər  formalarının,  ilk  növbədə  etnik 
birliyin inkişafının qarşısını alırdı. 
Azərbaycan ictimai fikrində milli düşüncənin ilk təzahür-
ləri  hələ  XIX  əsrin  sonlarında  özünü  büruzə  verməyə  baş-
lamışdı.  H.Zərdabi  ideyalarından  bəhrələnən  “Kəşkül”  və 
“Kaspi”  qəzetlərinin  səhifələrində  milli  mənlik  problemini 
qaldırmaq üçün edilən ilk cəhdlər Azərbaycanda bu məsələ-
nin başlanğıcının ifadəsi idi. Əvvəllər məhdud çərçivədə olsa 
da,  artıq  XX  əsrin  əvvəlində  H.Zərdabinin  və  “Kəşkül” 
qəzetinin mövqeyi Azərbaycan ziyalılarının böyük bir qismi 
tərəfindən  dəstəklənirdi.  Ümumilikdə  isə,  XX  yüzilliyin 
ba
şlanğıcında azərbaycanlıların tam əksəriyyəti özlərini türk 
deyil, müsəlman hesab edirdilər. Rusiya imperiyasının digər 
müsəlman  xalqlarında  da  müşahidə  edilən  bu  vəziyyətlə 
bağlı  M.Ə.Rəsulzadə  yazırdı:  “Bizdə  milliyyətpərvərlik 
hissiyyatı  öz  azadlıq  və  istiqlalımızı,  hətta  bütün  türklərin 
xilasını hədəf qılmaq surətilə deyil,  müstəqil  və yarımmüs-
təqil bir halda yaşayan digər islam və türk dövlətlərinə qarşı 
səmimi hissiyyat və əlaqə göstərməklə təzahür etmiş, siyasi 
təmayüllərimiz  çox  zaman  bu  hüdudu  keçməmişdir.  Hətta 
“milliyyət” məfhumu belə bizdə son zamanlara qədər bütün 
aydınlığı ilə ortaya çıxmamışdı. O zamankı milliyyətpərvər-
li
yin  ən  adlı-sanlı  mürşidləri,  başda  Ağaoğlu  Əhməd  bəy 
olmaqla,  islamçılıqla  türkçülüyü  çox  da  ayırmır,  türklük 
namına  deyil,  müsəlmanlıq  namına  mübarizə  aparırdılar. 
Milli hərəkatımızın adı “panislamizm” idi. Bu yalnız rusların 
xətası  deyildi.  Özümüz  də  islamiyyəti  milliyyət  məfhumu 
yerində işlədirdik” (65).  


 
82 
XX  əsrin  əvvəllərində  Azərbaycanda  cərəyan  edən  isla-
hatçılıq  təmayüllərinə  diqqət  yetirərkən  görürük  ki,  ortaya 
çıxan meyllərdən biri də özünü ənənəvi dindar əhalinin həyat 
tərzinə  yönəldilmiş  tənqidlərdə  büruzə  vermişdir.  Bu  dövr 
Azərbaycanında məzhəb ayrılıqları tənqidlərin birinci hədəfi 
halına  gəlmişdi.  Şiəlik  əleyhinə  düşüncələr,  xüsusilə  yerli 
burjuaziyanın  dəstəyini  alan  islahatçı  ziyalılar  tərəfindən 
işlənməkdə  idi.  Ə.Ağaoğlu  kimi  bəzi  cədidçilərin  məzhəb 
müna
qişələrini  ortadan  qaldırma  düşüncəsi,  həqiqətdə  din 
birliyini  gerçəkləşdirmə  yolunda  bir  iddiadan  çox, yüz 
illərdən  bəri  fars  mədəniyyətinə  bağlı  olan  Azərbaycan 
cəmiyyətini bu kimlikdən təmizləmə düşüncəsidir. Bu kim-
lik  təmizləndiyi  və  modern  dəyərlər  mənimsəndiyi  halda 
cəmiyyət  problemlərinin  həll  ediləcəyi  düşüncəsi  burada 
üstünlük təşkil edirdi. 
İslahatçı  ziyalıların  tarixi  sünni-şiə  ayrılığının  ortadan 
qaldırılması yönündəki düşüncələri, öz məqsədləri baxımın-
dan keçərli bir təmələ dayanırdı. Məzhəb ziddiyyətləri Azər-
baycan  türklərini  beş  yüz  ildən  daha  uzun  bir  vaxt  ərzində 
Osmanlı türklərindən, Krım, Volqa və Orta Asiya türklərin-
dən  ayırmışdı.  Yeniləşmə  səylərinin  bu  səbəblə,  birinci 
növbədə islami qurum və ənənələr üzərində cəmləşdirilməsi 
təsadüfi deyildi. Yeni bir ictimai kimliyin formalaşdırılması 
şiə kimliyinin yenidən gözdən keçirilməsinə bağlı idi. Digər 
tərəfdən çarlıq idarəsi yüz illərdən bəri məzhəb ayrılıqlarını 
canlandıraraq  və  dini  işlərin  idarəçiliyini  mərkəzi  qaydada 
öz  strukturunda  toplayaraq  müsəlman  əhalisini  nəzarət 
altında  saxlamışdı.  Beləliklə,  Rusiya  müsəlmanları  birlik 
d
üşüncəsindən  uzaqlaşdırılmaqda  idi.  Gerçəkdən  bu  şərtlər 
altında  milliyyətçi  ziyalılar  Rusiyada,  Türkiyədəkindən 
fərqli  olaraq  “ümmət-toplumdan  millət-topluma  məcburi 
tarixi  keçid”  mövzusu  yerinə  “camaatdan  millətləşməyə 
keçid”  mövzusuna  üstünlük  vermişlər.  İslahatçı  ziyalılar 


 
83 
camaatdan millətləşməyə keçid ilə yeni kimliyin formalaşdı-
rılması  qarşısındakı  ciddi  bir  əngəlin  ortadan  qalxacağına 
inanırdılar.  Bu  səbəblə,  onların  dini  işlərin  idarəçiliyində 
muxta
riyyət,  məzhəb  ziddiyyətlərinin  həlli,  mədəni  muxta-
riy
yət  və  hüquqi  bərabərlik  kimi  tələblərlə  çıxış  etmələri 
anlaşılan bir şeydir. Bu mənada, məsələn, Ə.Ağaoğlu müsəl-
man əhalinin koloniya statusu və rusların Qafqazda məskun-
laşdırılması  ilə  bağlı  duyduğu  narahatçılığı  bir  neçə  kərə 
çarizmin mərkəzi idarələri qarşısında qaldırmış və azərbay-
canlıların bir sıra hüquqi imtiyazlar qazanmasına çalışmışdır. 
Bununla  belə,  islahatçılıq  hərəkatı  Azərbaycan  cəmiy-
yətində yeni münaqişələrin qaynağı olmuşdur. Bu hərəkatın 
Rusiya  müsəlmanlarını  bir  araya  gətirərək  daha  yüksək  sə-
viyyədə  bir  birlik  yaratmaq  yolunda  ciddi  bir  cəhdi  təmsil 
etdiyi söylənilə bilməz. Hərəkatın panislamist olaraq tanıdı-
lan bəzi liderləri belə, dindən bir jarqon kimi istifadə edərək 
gerçəkdə  onun  hüdudlarını  göstərmişlər.  Dinin  modernist 
şərhinin inkişafı onların məqsədlərinə xidmət etmişdir. Ona 
görə də Rusiya müsəlmanları arasında birləşdirici olmaqdan 
çox,  ayırıcı  olmalarında  təəccüb  doğuracaq  heç  nə  yoxdur. 
Bu islahatçı ziyalılar din duyğusunun milliyyət duyğusundan 
daha güclü 
olduğu bir cəmiyyətdə, yeni bir ictimai kimliyin 
formalaşdırılmasına girişmişdilər. Onların bu işə başladıqları 
vaxt  təzyiqlə  qarşılaşmalarının  da  başlıca  səbəbi  məhz  bu 
idi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə