Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   20   21   22   23   24   25   26   27   ...   65

 
72 
və mədəniyyətə əlavə olmayıb, əksinə, əsil tərəqqi və mədə-
niyyət məhz islamiyyət əsasında ola bilər fikri diqqəti xüsu-
silə  çəkir:  “Bir  mədəniyyəti-ictimaiyyənin  əsası  islamiyyət 
kimi mətin, onun ehkamı kimi adil bir bina üzərində qurular-
sa,  fəziləti-bəşəriyyənin  ən  böyüyü  olan  insaniyyət  denilən 
ülviyyət,  qüdsiyyət  yalnız  kitabların  qara  sətirləri  arasında 
qalmaz, y
üksəkdəki  siyah  bulutlar  üzərində  də  ucalmaz, 
bəlkə  insanların  qəlblərində  cövlan  edər  və  bu  sayədə 
“ümumi qardaşlıq” da meydana gələ bilər” (93, s. 76).  
Bir qisim tədqiqatçılar isə hesab edirlər ki, panislamizm 
bir-
biri  ilə  əkslik  təşkil  edən  ictimai  hadisələrin  və  proses-
lərin eklektik ifadəsi olmuşdur (59, s. 146). Bu mövqe tərəf-
dar
larına görə panislamizm elm ilə dini, orta əsr qaydaları ilə 
elmi-
texniki  tərəqqini,  istibdad  quruluşu  ilə  demokratik 
islahatları, teokratiya ilə respublikanı bir-biri ilə barışdırırdı. 
Bu isə cəmiyyətin obyektiv inkişaf qanunlarını kobudcasına 
təhrif etmək demək idi. Təsadüfi deyil ki, buna görə də, XX 
əsrin birinci onilliyinin axırlarından etibarən ictimai inkişa-
fın  obyektiv  gedişi  nəticəsində  panislamizm  bir  ictimai 
hərəkat kimi böhrana məruz qalmağa başladı. Belə ki, 1905-
ci  il  inqilabının,  bunun  təsiri  altında  baş  verən  İran  və 
Türkiyə inqilablarının  və digər  müsəlman  xalqlarının  milli-
azadlıq  hərəkatının  dalğaları  panislamizmə,  həm  də  sözün 
geniş  mənasında  başa  düşülən  panislamizmə,  C.Əfqaninin 
irəli  sürdüyü  “ittihadi-islam”  haqqındakı  ideallara  köklü 
zərbə vurdu (59, s. 146).  
Bu fikirləri tarixi hadisələrin gedişi də təsdiqlədi. Belə ki, 
milli  şüurun  oyanması,  milli  hərəkatın  genişlənməsi  zəmi-
nin
də bir çox Azərbaycan ziyalıları da panislamizmə şübhə 
ilə yanaşmağa başladı, ondan uzaqlaşaraq türkçülük ideolo-
giya
sını qəbul etdilər (140, I c., s. 161).  
“İttihadi-islam”  tərəfdarlarının  fikrincə  dövrün  tələbinə 
uyğun  şəkildə  “islamın  bərpası”  –  “müsəlman  millətinin” 


 
73 
içərisində  maarif,  elm  və  mədəniyyətin,  sənaye  və  ticarətin 
yayılması, “hürriyyət, müsavat və ədalətin bərpası”, “vaxtilə 
yalnız müsəlmanlara mənsub olan” iqtisadi, siyasi və mədəni 
tərəqqiyə nail olmaq demək idi. Ə.Ağayev Avropa oriyenta-
listlərinin panislamizm hərəkatı haqqındakı fikirləri ilə razı-
laşaraq  yazırdı  ki,  “birləşmə  mənasında  keçmişə  qayıtmağı 
təbliğ edən panislamizm, eyni zamanda müsəlmanlar arasın-
da müasir həyatın köklü və biryolluq dəyişdirilməsində təkid 
edir...  Bu,  vaxtilə  yalnız  müsəlmanların  malı  olan  iqtisadi, 
siyasi və mədəni fütuhatlar sahəsindəki təkiddir... Bir sözlə, 
Avropa ağıl tərzi və yeni müsəlman meyli möcübincə islam-
çının  ideyalarında  panislamizm  və  yevropeizm  anlayışı 
sinonim xarakteri kəsb etmişdir” (143). 
Dini-kulturoloji i
slahatçılıq  təşəbbüsləri  ilə  çıxış  edən 
Azərbaycan  ziyalıları  əsasən  “islama  əsaslanan  mədəniyyə-
tin”  tərəfdarı  idilər  (59, s. 163-164;  93,  s.  75).  “Aləmi-is-
lam”da  sinfi  mübarizə  ideyasını  inkar  edən  bu  ziyalıların 
baxışlarına  görə  “dini-islam demokratizm  və  müsavat  kimi 
məsləklərdən nəşət etmişdir”. Buna görə də, onların fikrincə, 
müsəlmanlar  üçün  ədalət,  demokratiya,  müsavat,  hürriyyət, 
səadət  naminə,  “çox  gözəl  bir  yol  olan  sosializm  naminə” 
islamiyyətdən kənar bir yol axtarmaq lazım deyildir. Panis-
lam
istlər islamiyyəti sosializmlə eyniləşdirir və müsəlmanlar 
üçün  yalnız  islamizm  yolunu  “təbii,  məqsədəuyğun  və  va-
cib”  hesab  edirdilər.  Sonralar  N.Nərimanov  və  Sultanqali-
yevin  baxışlarında  da  buna  bənzər  fikirlərə  rast  gəlinmək-
dədir (110).  
“İttihadi-islam”  cəmiyyəti  ilk  dəfə  C.Əfqaninin  təşəb-
büsü  ilə  1892-ci  İstanbulda  ildə  yaradılmışdı.  1909-cu  ildə 
isə İstanbulda “İttihad və tərəqqi” komitəsinin təşəbbüsü ilə 
yarımməxfi “İttihadi-islam” cəmiyyəti təsis edilmişdir ki, bu 
cəmiyyətə  üzv  olmaq  istəyən  hər  bir  müsəlman  and  içməli 
idi.  Bu  “and”ın  mətni  1911-ci  ilin  əvvəllərində  Qafqaz 


 
74 
canişini  dəftərxanası  tərəfindən  türkcədən  ruscaya  tərcümə 
edilmişdir. Tədqiqatçı Q.Mustafayev “XX əsrin əvvəllərində 
Azərbaycanda islam ideologiyası və onun tənqidi” kitabında 
“and”ın demək olar ki, bütün mətnini sitat gətirmişdir (59, s. 
194-
195). Sözügedən problemə hər hansı şəkildə toxunmuş 
olan bir sıra alimlər iddia etmişlər ki, panislamizmin bu və 
ya digər şəkildə heç bir proqramı, xüsusilə, siyasi proqramı 
olmamış,  bu  hərəkatın  son  pillədə  nə  ilə  nəticələnəcəyinə 
işarə  edilməmişdir.  “And”ın,  məzmunundan  aydın  olur  ki, 
panislamizmin siyasi proqramı olmuş və onun son məqsədi 
bəyan edilmişdir. Vahid bir islam siyasi mərkəzini, xilafətin 
rəhbərliyi altında ümumdünya islam konfederasiyasını təşkil 
etmək onun son məqsədi olmuşdur. Həm də müəyyən dövr-
lərdə, müəyyən ölkələrdə fəaliyyət göstərən panislamistlərin, 
panislamist  cəmiyyətlərin,  ittifaqların  proqramı  olmuş  və 
onlar bu və ya digər şəkildə özlərinin siyasi hərəkat xəttini 
də müəyyən edə bilmişlər.  
Deməli  həqiqətən  də  panislamizm  deyilən  bir  hərəkatın 
görünən və görünməyən tərəfləri olmuşdur ki, bu məsələlər-
də dünyanın yenidən bölüşdürülməsi uğrundakı mürtəce niy-
yətlərdən qorunmaq  məqsədilə atılmış siyasi  addımların  tə-
sirləri də açıqca hiss olunmaqdadır. Bu mənada panislamizm 
təbliğatında  eklektizm  ünsürlərinin  olduğuna  dair  fikirlərdə 
də bir həqiqət vardır. Məsələn, XX əsrin əvvəllərində “Bizə 
hansı  elmlər  lazımdır?”  mövzusunda  ruhani  Əbutürab 
Axundoğlunun məqaləsi və Ə.Hüseynzadə, Ö.F.Nemanzadə, 
C.Məmmədquluzadənin  ona  cavabları  şəklində  bir  müddət 
mətbuatı  məşğul  edən  mübahisələr  elmin  dinlə  əlaqələrinə 
metodoloji müna
sibətdə  maarifçi-ateist  baxışların  səciyyə-
sini  əks  etdirirdi.  Xurafatı  və  mövhumatı  həqiqi dindən 
fərqləndirmək  və  birincilərə  qarşı  ikinciyə  əsaslanmaq 
maarifçi hərəkatda (onun liberal və mühafizəkar qollarında) 
bu dövrdə hələ fəal şəkildə davam edirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə