Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   21   22   23   24   25   26   27   28   ...   65

 
75 
Dini  təbliğatlara  kəskin  reaksiyası  ilə  seçilən  Məhəm-
mədağa Şahtaxtlı “Rəddi-şərr və fəsadın ardı” başlıqlı məqa-
ləsində yazırdı: “Panislamizmin mənəvi zərəri xristian-təbə-
əliyində  olan  müsəlmanlara  odur  ki,  panislamistlər  xristian 
dövlətlərini  islam  dininə  düşmən  göstərirlər  və  o  səbəbdən 
müsəlman təbəələrini milləti-hakimləri olan xristian dövlət-
lərindən tövhiş edirlər. Halanki  ədyana riayəti, özgənin din 
və ayininə qarışmamağı hamı avropalılar özlərinə müqəddəs 
bilirlər.  Ondan  əlavə  panislamistlər  Avropa  mədəniyyətinə 
düşmənlik göstərib, Avropa dövlətlərinin müsəlman təbəələ-
rini Avropa mədəniyyəti kəsb etməkdən geri salırlar. Amma 
bu  əqidənin  ən  böyük  zərəri  dini  siyasət  mənafeyi  üçün 
vəsilə ittixaz etməsidir” (72).  
M.Şahtaxtlı  belə  hesab  edirdi  ki,  artıq  din  davalarının 
vaxtı  Avropada  altı  yüz  ildir  keçmişdir  və  avropalılar 
Osman
lılar ilə heç vaxt din davası etməyəcəklər. “Siyasi və 
ya ekono
mik davaların isə dinə heç dəxli yoxdur (12, s. 35-
37;  72). 
M.Şahtaxtlı oxucularına belə bir məntiqlə müraciət 
edirdi ki, m
ədəniyyət  dindarlıqdan  büsbütün  ayrı  şey  oldu-
ğundan  hər  kəs  üçün,  hər  millət  üçün öz dininin xaricində 
olan  mədəni  qövmlərdən,  millətlərdən  mədəniyyət  iqtibas 
etməkdə heç maneə yoxdur (12, s. 52). Dini əqidələr ruha-
niyyətə aid olub, bəşəri davranışlardan kənar durmalıdır. (...) 
Təzə  təməli  və  əsası  avropalılar  qövmiyyətdə  və  həm-
lisanlıqda buldular (12, s. 59). 
XX  əsrin  əvvəllərinin  ziyalılarını  birləşdirən  ümumi 
ortaq  nöqtə  bu  idi  ki,  dinə  münasibətindən  asılı  olmayaraq 
onların  hər  biri  cəmiyyətin  inkişafı  naminə  mütərəqqi 
dəyişikliklərə ehtiyac olduğunu etiraf edir və bu yolda zəruri 
addımların atılmasını təqdir edirdilər. Təbii ki, hər kəs çarəni 
bir  cürə  görür,  fikir  və  təşəbbüslərini  fərqli  şəkildə  ifadə 
edirdi.  Məsələn,  Üzeyir  Hacıbəyov  cəmiyyətin  mənəvi 
geriliyi  ilə  bağlı  təəssüf  hissini  belə  ifadə  edirdi  ki,  hərgah 


 
76 
mill
ətlərin tərəqqisini, yəni qabağa getməsini ölçə bilən bir 
ölçü olsa idi və o ölçü ilə müsəlman millətinin qabağa get-
məsi ölçülsə idi, onda məlum olardı ki, biz bir addım qaba-
ğa,  iki  addım  dala,  dörd  addım  qabağa,  üç  addım  dala,  iki 
addım  dala,  beş  addım  qabağa  eləyə-eləyə  qabağa  gedirik. 
(...) Amma bizim əzalarımızın qüvvətsizliyi cismani qüvvət-
siz
lik deyildir, yəni əzalarımız çolaq, şil və şikəst deyildirlər. 
Onların  qüvvətsizliyi  mənəvi  qüvvətsizlikdir!  (12, s. 533-
534). 
Bu  dövrün  əksər  ziyalıları  din  pərdəsi  altında  xurafatı 
yayanların  zərərli  fəaliyyətini  açıb  göstərir,  həm  də  xalqın 
azadlıq ideallarına qarşı çıxanların mövqesiz, riyakar mahiy-
yətlərini  ortaya  çıxarırdılar.  Lakin  həmin  dövrün  mədəni 
mühitində  ziyalılar  arasında  əsasən  həmrəylik  mövcud olsa 
da  müəyyən  məsələlərdə  fikir  ayrılıqları  da  yox  deyildi. 
Misal  üçün,  Ə.Hüseynzadə,  Ə.Ağayev,  Ə.Topçubaşov, 
M.Ə.Rəsulzadə kimi demokratik ziyalılar böyük xeyriyyəçi 
tədbirlər  görməklə  məşğul  olan  milli  burjuaziya  ilə  əlbir 
hərəkat  edir,  islam  dininin  dövrün  ahəngi  ilə  uyğun  gələn 
müddəalarına  tez-tez  istinad  edir,  onlardan  xalqın  əsrlərlə 
mənəviyyatına  çökmüş  mədəni,  milli  irs  kimi  faydalanır-
dılar.  Dövrün  tələblərindən,  milli  ehtiyaclardan  doğan  bu 
ittifaqı, islam dinindən faydalanmaq meyllərini isə C.Məm-
mədquluzadə  yazılarında  və  jurnalında  lazımınca  mənalan-
dırmır, milli burjuaziyanın bir çox mədəni, dini tədbirlərini, 
eləcə  də  Ə.Hüseynzadənin,  Ə.Ağayevin  bir  çox  yazılarını 
tənqid edirdi. Akademik K.Talıbzadə qeyd edir ki, C.Məm-
mədquluzadə kimi bir şəxsiyyətin tənqidinin obyektiv cəhət-
ləri də var idi. “Çünki, sonralar Ə.Hüseynzadə və Ə.Ağayev 
özləri  də  etiraf  etmişlər  ki,  onlar  yeni  əsrin  əvvəllərindəki 
demokratik  hərəkatı  lazımınca  qiymətləndirə  bilməmişlər, 
müəyyən  əyintilərə  yol  vermişlər”  (76,  s.  136).  Təsadüfi 
deyil ki, 1926-
cı ildə, türkoloji qurultayın nümayəndəsi kimi 


 
77 
Bakıya  gələndə  Ə.Hüseynzadə  çıxışlarından  birində  olub-
keçənlərə nəzər salarkən demişdi ki, “Füyuzat” məcmuəsini 
mən  “bir  ovuc  ziyalı  üçün”  çıxarırdım.  Sonralar  başa  düş-
düm  ki,  bu  mənim  ən  böyük  səhvlərimdən  biri  olmuşdur. 
Yüksəlmək üçün öncə aşağılara enmək lazım idi. 
Heç şübhəsiz, həmin dövrdə “panislamist” adlandırılma-
larına  baxmayaraq  bir  qisim  ziyalıların,  xüsusilə  Ə.Ağaoğ-
lunun,  islamiyyətin  meydana  gəlməsi  və  mənşəyi  ilə  bağlı 
gəldiyi  qənaətləri,  varmaq  istədiyi  məqsədləri  mömin  bir 
dindarın  idealları  ilə  eyniləşdirmək  tamam  yanlış  olardı 
(119, s. 48-
49). Ə.Ağaoğlu, görünüşdə islamiyyətə bəlli bir 
həssaslıqla yaxınlaşmağa səy göstərmişdir. Halbuki bu cəhd, 
islam dünyasının bütün ünsürlərini əhatə etməyə, onun tarixi 
təcrübələrindən  yararlanmağa  və  ya  islam  kimliyindəki 
ənənəvi  elementləri  canlandırmağa  yönəldilmiş  bir  istəyi 
ehtiva etməmişdir. Üstəlik bu həssaslıq, hələ ki, bəlli olma-
yan  bir  qərbliləşmə  proqramının  cəmiyyət  tərəfindən  qəbul 
edilməsi üçün bir növ hazırlıq vəzifəsi daşımışdır. Bu səbəb-
lə,  onun  yazılarında  dünyəvi  və  milli  şüura  vurulan  vurğu, 
dini şüura edilən vurğunu üstələməkdədir. 
Azərbaycan  cəmiyyətinin  problemlərinə  çarə  axtaran 
ziya
lılar fərqli mövqelərdən çıxış etsələr də, fikirlərini fərqli 
janr  və  üslublarla  çatdırsalar  da,  heç  şübhəsiz,  onların 
məqsədləri eyni idi. Misal üçün, 1906-1908-ci illərdə “İrşad” 
səhifələrində  “Molla  Nəsrəddin”  haqqında  onlarla  müsbət 
məzmunlu məqalə, məktub, qeyd çap olunmuşdur ki, bunla-
rın çoxunu redaktor Ə.Ağayev özü və görkəmli irşadçılardan 
N.Nərimanov, Ü.Hacıbəyov, habelə inqilabçılardan M.Məm-
mədyarov,  S.Əfəndiyev  və  başqaları  yazmışdılar.  Eyni  za-
man
da  C.Məmmədquluzadə  və  Ö.Faiq  kimi  “Molla  Nəs-
rəddin”  rəhbərlərinin  “İrşad”  qəzetində  publisist  yazılarla 
çıxış etmələri də belə bir fikir söyləməyə əsas verir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə