Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   29   30   31   32   33   34   35   36   ...   65

 
99 
əsərlər qələmə almağa başlamışdır. Avropa elmi-mədəni mü-
hiti, şərqşünaslıq sahəsində dünya şöhrətli alimlərdən aldığı 
təhsil  və  Ş.C.Əfqani  kimi  reformalar  tərəfdarı  olan  şəxsiy-
yətlərlə ünsiyyət onun gələcək fəaliyyəti üçün geniş perspek-
tivlər  açmışdır.  O,  bu  dövr  yazılarında  pantürkizmdən  çox, 
islami  dəyərləri  önə  çıxarmağa  üstünlük  vermiş  və  əsasən 
islamın tənəzzülünə səbəb olan amilləri araşdırmışdır. Eyni 
zamanda,  islamiyyətlə  hüquqi-demokratik  idarə  üsulunun 
uzlaşa  biləcəyi  düşüncəsinin  parlaq  təbliğatçısı  kimi  fəa-
liyyət göstərmişdir. 
Qeyd edilməlidir ki, ilk vaxtlar Ə.Ağaoğlunun yeniləşmə 
hərəkatına  dair  irəli  sürdüyü  təkliflər  üzdə  birbaşa  siyasi 
xarakter  daşımırdı.  Çünki,  ortada,  təkliflərinin  konkret  bir 
siyasi proq
ramla  dəstəkləndiyini  təsdiqləyən  elə  bir  fakt 
yoxdur (119
, s. 46). O, islam aləmindəki problemlərin həlli 
yollarının  siyasi  deyil,  daha  çox  mədəniyyət  məsələləri  ilə 
bağlı  olduğu  fikrini  israrla  müdafiə  edir  və  bu  xüsusda 
əsasən bir neçə amilin önə çıxarılmasını zəruri sayırdı. İslam 
cəmiyyətinin  mövcud  vəziyyətdən  çıxış  yolunu  qadının 
ictimai-
sosial  vəziyyətinin  yaxşılaşdırılması  ilə,  dil  və  əlif-
b
anın islahıyla məhdudlaşdırması da bu yanaşmanın göstəri-
cisidir və bu da məhz ilk dəfə “İslama görə və islamiyyətdə 
qadın”  və  daha  çox  “İslam  və  Axund”  adı  ilə  tanınmış 
“İslam, Axund və Hatifülqeyb” əsərlərində, eləcə də onlarla 
məqaləsində öz əksini tapmaqdadır. 
Ə.Ağaoğlu  ictimai  nöqsanların  səbəblərini  dinin  “özün-
dən”  çox,  dinlə  birlikdə  ictimai  həyata  əngəl  olan  sosial 
amillərdə axtarır və mövzuya dinşünas kimi deyil, daha çox 
sosioloq kimi yana
şır.  İslam  aləminin  tənəzzülünü  dinin 
təməllərinə bağlamaması, ona bir sıra yönlərdən haqq qazan-
dırmaqdadır.  Bu  mövzudakı  təhlillərində  o,  islam  dininin 
mövcud  vəziyyətini  xristianlığın  vaxtilə  yaşadığı  analoji 
proseslə  müqayisəli  şəkildə  araşdırır  və  tənəzzülün  dinin 


 
100 
mahiyyətindən  qaynaqlanmadığına  dair  analitik mühaki-
mələr  yürüdür.  Lakin  o,  bəzən  fikirlərinin  şərhində  heç  də 
bütün amillərə toxunmur. Məsələn, geriliyin səbəbləri içəri-
sində  idarəçilərin  məsuliyyətsiz  mövqelərini  önə  çıxardığı 
halda, islamın hansı ictimai və cəmiyyətlərarası şərtlər altın-
da 
tənəzzül  etməsi  probleminə  toxunmur.  Qərbliləşmənin 
islam  cəmiyyətinin  yaşam  qəliblərini  dəyişməyə  zorlaması 
faktının  da  daxil  olduğu  şərtlərə  daha  çox  diqqət  yetiril-
məsinə ehtiyac duyulduğu halda, Ə.Ağaoğlu (islam tarixinin 
önəmli bir bölümünü rədd etdiyi və cəmiyyətlərarası şərtlərə 
diqqət  yetirmədiyi  üçün)  bu  dəyişikliyi  müzakirə  və  şərh 
etməyə  səy  göstərmir  ki,  bu  da  subyektiv  amillərin  önə 
çıxarılmasından başqa bir şey deyildir. 
“İslama görə və islamiyyətdə qadın” əsəri, İran cəmiyyəti 
ilə  bağlı  Fransada  silsilə  halında  yayımlanan  yazılarından 
həcm  baxımından  çox  deyildi,  amma  yalnız  bir  mövzuya 
həsr  edilməsi  səbəbi  ilə  onlardan  fərqli  idi  və  müqayisədə 
daha bitkin idi. Bu əsərində Ə.Ağaoğlunun bir ziyalı olaraq 
təmayül və inkişafı haqqında çox məlumat vardır. Müntəzəm 
olaraq  və  təfsilatlı  bir  şəkildə qadınlar haqqında yazmasına 
baxmayaraq, təzədən qadın mövzusuna müraciət etməsi, bu 
mənada  kitabının  bəlkə  də  ən  az  maraq  doğuran  tərəfi  idi. 
Qadın  mövzusundakı  düşüncələrinin  səmimiyyətinə  şübhə 
etmədən  deyə  bilərik  ki,  fikrimizcə  bu  mövzu,  Ə.Ağaoğ-
lunun dünyagö
rüşünə  daha  çox  yaxın  olan  digər  aktual 
problemlərin müzakirəsi üçün bir vasitə funksiyası görürdü.  
Amerikalı tədqiqatçı Holly Shissler Ə.Ağaoğlunun Fran-
sada  qadın  mövzusunda  yazdıqlarından  üç  önəmli  məqama 
diqqət yetirir: 1. Milli kimlik seçimi; 2. Fərdlərə və cəmiyyə-
tin  inkişafına  təməldə  liberal  bir  mövqe  tutması;  3.  İslam 
dininə  müsbət  bir  yanaşma  və  buna  bəlli  bir  tarixi  üsulla 
haqq qazan
dırmaq (bu üsuldan zaman-zaman başqa mövzu-


 
101 
larda d
a istifadə edir, amma islam dinini müzakirə edərkən 
müntəzəm müraciət etdiyi bir yoldur) (131, s. 216-217). 
Ə.Ağaoğlu  tərəqqiyə  meylli  olması  baxımından  islam 
dininin  mahiyyətinin  müsbət  olduğunu  göstərməyə  (həm 
müsəlmanlara, həm müsəlman olmayanlara) çalışarkən belə, 
islahatçı islamçıların mənimsədikləri görüşlərlə müqayisədə 
tam fərqli bir yanaşma nümayiş etdirir. Bunu Fahri Sakal və 
Holly  Shissler  kimi  tədqiqatçılar  da  təsdiqləməkdədirlər. 
Məsələn, Fahri Sakalın fikrincə, Ə.Ağaoğlunun islam dini ilə 
bağlı yazıları ümumi olaraq dövrün siyasi və mədəni hadisə-
lərini şərh edərkən verdiyi örnəklərdir. “Yoxsa islamla bağlı 
doğrudan yazı yazmamışdır. Qadınların, əlifbanın, mədrəsə-
lərin vəziyyəti, islam aləminin geriləməsi, xilafətin səltənətə 
dönüb  istibdadın  islamı  əzməsi  və  s.  kimi  mövzulara  həsr 
edilən  yazıları,  əslində  bütünlüklə  dövrün  hadisələrini  daha 
yaxşı şərh etmək üçündür” (130, s. 132-133). 
Ə.Ağaoğlu  qadınların  vəziyyətini  müzakirə  edərkən 
əsasən aşağıdakı terminlərdən istifadə edir: “haqq”, “ədalət”, 
“insan ol
maq”,  “fərdləşmək”.  O,  mövzu  ilə  bağlı  problem-
lərin müzakirəsinə fiziki inkişaf və fiziki azadlıq kimi “təbii” 
haqlarla  başlayır,  mədəni  və  hüquqi  haqlarla  davam  edir. 
Bunlar  mülkiyyət,  mədəni  həyat  və  təşkilatlanma  sahəsin-
dəki  azadlıqlardır.  İlk  növbədə,  qadınların  əxlaqi  varlıqlar 
olaraq  tanınmasını,  yəni  hüquqi  baxımdan  tam  mənası  ilə 
fərd  olaraq  tanınmalarını  tələb  edir.  Ə.Ağaoğlu,  ərəblərin 
gözün
də  qadınların  dəyərini  artıran,  onların  fərd  olaraq 
tanınmalarını  təmin  edən  Həzrəti  Məhəmmədin  dövründən 
bu  günə  kimi  mühafizə  edilən  bir  çox  hədis  və  ənənənin 
olduğunu xatırladır. 
Qadınlar,  əlifba  və  tərbiyə  haqqında  söylədiyi  hər  şey 
Ə.Ağaoğlunun  tam  olaraq  nə  ilə  maraqlandığını  ortaya  qo-
yur. İslam dünyasının tənəzzül səbəblərindən biri kimi hesab 
etdi
yi  qadın  və  ailə  məsələsinin  həlli  ilə  müsəlmanların 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə