Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   28   29   30   31   32   33   34   35   ...   65

 
96 
yaxın  əlaqələri  olan,  Avropa  təhsili  almış  və  yaşayış  tərz-
lərini qərb qaydalarına uyğunlaşdıran elita arasından çıxmış 
şəxslər  olması  təsadüfi  deyildi.  Məsələn,  Rusiya  (Azərbay-
can)  yeniləşmə  hərəkatının  liderləri  ilə  eyni  düşüncə  atmo-
sferində yetişmiş, Paris mədəni mühiti ilə yaxın təmas qur-
muş, Sarbonna universitetində Şərq mədəniyyəti və tarixinə 
dair  mükəmməl  təhsil  almış  Əhməd  bəy  Ağaoğlu  da  məhz 
bu seçkinlər sırasında idi. Eyni zamanda qeyd edilməlidir ki, 
tədqiq  olunan  dövrdə  cəmiyyətdə  qadınların  fəallığının 
artırılması, hüquqlarının müdafiəsi və sosial-mədəni həyatda 
onların iştirakının təminatı ilə bağlı problemlər üzərində ən 
çox “baş sındıran” Azərbaycan ziyalısı da məhz Ə.Ağaoğlu 
olmuşdur.  Habelə,  Çoxyönlü  elmi-mədəni  fəaliyyəti  ilə 
Azərbaycan  mədəniyyəti  tarixinə  zəngin  irs  bəxş  etmiş 
Ə.Ağaoğlu  islam  dininin  müxtəlif  yönlərdən  şərhinə  həsr 
edilmiş və dövrü üçün əhəmiyyətli olduğu kimi günümüzdə 
də  aktuallıq  kəsb  edən  bir  sıra  əsərlər  müəllifidir.  Onun 
Fransa, Azərbaycan və Türkiyə mətbuatında çap olunmuş və 
islamın  elm,  maarif,  mədəniyyət  dini  olmasını  açıqlayan 
yüzlərlə  məqalələrindən  başqa,  islamda  qadın  hüquq  və 
azadlıqlarını,  elmi-mədəni  tərəqqiyə  təkan  verən  amilləri 
şərh və təbliğ edən monoqrafik əsərləri də vardır.  
Ə.Ağaoğlunun  din,  millət,  müasirlik,  qadın  və  s.  kimi 
problemlərlə bağlı bir əsrdən artıq bir müddətdə müzakirə və 
mübahisələrə  rəvac  vermiş  “İslama  görə  və  islamiyyətdə 
qadın” əsəri müasir Azərbaycan kulturoloji fikri üçün də öz 
əhəmiyyətini  saxlamaqdadır.  Xüsusilə  də,  gender  problem-
lərinin  yenidən  gündəmdə  olduğu  bir  vaxtda  bu  əsər  tarixi 
baxımdan  daha  çox  dəyər  qazanmış  olur.  Tədqiqatçılar 
“İslama  görə  və  islamiyyətdə  qadın”  əsərini  mədəniyyət 
tariximizdə  qadın  problemi  ilə  bağlı  ilk  fundamental  elmi 
tədqiqat  kimi  dəyərləndirirlər.  Əsər  nəşr  olunduğu  gündən 
mətbuatın,  elm  və  din  xadimlərinin  diqqətini  cəlb  etmiş  və 


 
97 
Ə.Ağaoğlunun  ilə  bağlı  tədqiqatların  əksəriyyətində  bu 
əsərin  mahiyyətinə  toxunulmuşdur.  Ə.Ağaoğlu  bu  əsərində 
islamın  tarixi  proseslərinin  gedişatına  bağlı  olaraq  qadın 
möv
zusunu  işləmiş,  islamaqədərki  və  sonrakı  dövrlərədək 
qadının  ictimai  vəziyyətinin  keçdiyi  dəyişiklikləri  təhlil 
etmişdir. Kitab, Qafqazda müsəlman qadınının vəziyyətinin 
yaxşılaşdırılması üçün mütərəqqi islahatların zərurətini diq-
qətə  alan  ilk  əsərlərdən  biri  olması  baxımından  əhəmiyyət-
lidir.  Ə.Ağaoğlu  bu  kitabında  XIX  əsrin  sonu  və  XX  əsrin 
əvvəllərində  Qərbdə  qadın  haqlarının  inkişaf  təmayüllə-
rindən bəhs edərək, islamiyyətdən əvvəl ərəblərdə və İranda, 
islam həyatında və islam qaynaqlarına görə qadın mövzusu-
na açıqlıq gətirməyə çalışmışdır. 
Ə.Ağaoğlu  müsəlmanların  qurtuluşunu,  onların  mənəvi, 
maddi, hətta siyasi tərəqqisini yalnız qadın və əlifba məsələ-
sinə bağlayır. Müsəlman qadını sərbəst və savadlı bir ana və 
həyat  yoldaşı  olduğu  təqdirdə  öz  sosial  funksiyasını  yerinə 
yetirə biləcəkdir. Yalnız bu şərtlər daxilində uşaqlarının xa-
rakter  və  iradəsini  tərbiyə  edə  bilər,  onlara  yüksək  fikir, 
duyğu və hisslər aşılaya bilər. Bugünkü şərtlər daxilində isə 
müsəlman  qadının  uşaqları  bir  sıra  mənasız  mövcudiyyət-
lərdən ibarətdir. 
Boğucu hərəm havası içində keçirilən tənbəl və sırf heyvani 
bir  həyat,  qadının  fiziki  inkişafına  izin  vermədiyindən,  irqin 
fiziki  tənəzzülünə  də  yol  açmaqdadır.  Əlifbanın  çətinliyi  isə 
oxuyub yazmağı çox çətinləşdirdiyindən müsəlmanlar zehni və 
hissi inkişafdan qalmışlar. Y.Akçura yazır ki, əsərin ideyası da 
o dövrdə müsəlman ziyalılarının düşüncə tərzinə uyğundur və 
islahat  yolu  ilə  müsəlmanları  böhrandan  qurtarmaq,  inkişafa 
sövq etmək mahiyyətindədir. Ə.Ağaoğlu, əsərdə bütün müsəl-
manlarla  məşğuldur.  Onun  türkçülük  duyğusunu,  ancaq  türk-
lərin  qadına  verdikləri  dəyəri  ifadə  edən  sətirlərdən  çıxara 


 
98 
bilərik. Çünki Ə.Ağaoğlu burada “Türk-tatar” qadınını idealizə 
etməkdədir (90, s. 160). 
Ə.Ağaoğlunun  qadın  problemi  ətrafında  düşüncələrinin 
lap er
kən  dövrlərdən  formalaşmasına  dair  tədqiqatçıların 
fikirlərini o, özü də təsdiqləyir. Səməd Ağaoğlunun “Babam-
dan  xatirələr”  əsərindən  öyrənirik  ki,  Ə.Ağaoğlu  hələ 
Tiflisdə tələbə ikən, bir erməni qızına dərs verdiyi anlardan 
qadınlarımızın acınacaqlı vəziyyəti barəsində düşünmüşdür. 
O,  sonralar  həmin  hadisəni  xatırlayaraq  yazırdı:  “Mən  bu 
erməni qızı ilə uğraşırkən, həp oradakı həmşirələrimi, amca-
zadə və bacılarımı xatırlayaraq heyrətlərə dalırdım. Evimiz-
də on ikiyə qədər böyük-kiçik qızlardan – bir qisminin bəzi 
Quran surələrini əzbərdən bildiklərindən başqa – heç bir şey 
öyrənmədiklərini,  bilmədiklərini  və  bir  çox  nəsillər  belə 
gəlib  keçdiyini  və  bir  çoxlarının  da  belə  davam  edəcəyini 
düşünür, yenə heyrət edirdim! Mən hələ ki, hökm edəcək hal 
və  vəziyyətdə  deyildim.  Hətta  aldığım  tərbiyə  icabı  olaraq, 
qızların  belə  açıq-saçıq,  erkəklərlə  görüşmələrini, onlardan 
dərs almalarını qınayacaq bir zehniyyət içindəydim. Elə zənn 
edirəm  ki,  əyər  iki  sənə  əvvəl,  mənə  o  erməni  qızına  dərs 
vermək  təklif  edilmiş  olsaydı  şiddətlə  rədd  edərdim.  Çünki 
haramın iki tərəfi olduğuna dərindən imanım vardı!” (87, s. 
81-
82). Ə.Ağaoğlunun qızı Sürəyya Ağaoğlunun “Bir ömür 
belə keçdi” əsərində (46, s. 138-159) də böyük mütəfəkkirin 
qadın problemləri ilə bağlı düşüncələrinə və şəxsi həyatında 
bu  arzuların  tətbiqinə  dair  maraqlı  faktlara  rast  gəlmək 
mümkündür.  
Yaradıcılığındakı əsas təmayülləri getdikcə aydınlaşmaq-
da olan Ə.Ağaoğlu XX əsrin ilk illərindən etibarən Ə.Top-
çuba
şov,  Ə.Hüseynzadə,  M.Şahtaxtinski  kimi  ziyalılarla 
birlikdə  islahatçılıq  hərəkatının  önəmli  simalarından  birinə 
çevrilir.  O,  Fransadan  Azərbaycana  dönər-dönməz  islamiy-
yətdə  köklü  islahatların  aparılması  zərurətini  ortaya  qoyan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə