Mübariz Süleymanlı


Cəmiyyət və qadın problemi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   24   25   26   27   28   29   30   31   ...   65

 
84 
Cəmiyyət və qadın problemi 
 
Bu  gün  gender  problemləri  ilə  bağlı  Azərbaycanda  küt-
ləvi  informasiya  vasitələrindən  tutmuş  elmi  toplantı  və 
nəşrlərə qədər müxtəlif qurumlar tərəfindən qızğın tədbirlər 
həyata  keçirilməkdədir.  Mövzu  ilə  əlaqədar  tanınmış  alim-
lərin  bir  sıra  elmi  tədqiqat  əsərləri  də  çap  olunmuşdur. 
Amma  nədənsə  cəmiyyətimizdəki  müasirləşmə  prosesləri 
fonunda  qadın  problemlərindən  söz  düşərkən  Azərbaycan 
milli  mətbuatında  hələ  ötən  əsrin  ilk  illərindən  müzakirə 
obyektinə çevrilmiş yazılardan bəhs edilmir. Qadın problemi 
Azərbaycan elmi-nəzəri fikri üçün tamamilə yeni bir hadisə 
kimi təqdim edilir. Nədənsə XIX əsrin sonları və XX əsrin 
əvvəllərində  yaşayıb-yaratmış  Qafqaz  Şeyxülislamı  Axund 
Əhməd Hüseynzadə (Əli bəy Hüseynzadənin babası), müfti 
Mirzə  Hüseyn  Əfəndi  Qayıbov,  görkəmli  Azərbaycan 
maarifçisi  Mirzə  Əbdürrəhim  Talıbzadə,  Mir  Məhəmməd 
Kərim  Mircəfərzadə,  Mirzə  Əbu  Turab  Axundzadə  kimi 
onlarla ilahiyyat xadimləri və din alimlərimizin bu yöndəki 
fəaliyyətlərindən,  nəşr  edilmiş  əsərlərindən  bəhs  edilmir. 
Habelə  Əhməd  bəy  Ağaoğlunun  1901-ci  ildə  Tiflisdə  rus 
dilində çap edilmiş “İslama görə və islamiyyətdə qadın” adlı 
fundamental monoqrafiyasından, Axund Yusif Talıbzadənin 
bu sahədəki yaradıcılığından (islam aləmində qadın tərbiyə-
sindən  bəhs  edən  “Tərbiyyeyi-nisvan”,  “Hədiyyeyi-nisvan” 
kitabları və onlarla məqalələrindən) və eləcə də digər Azər-
baycan  ziyalılarının  çoxsaylı  elmi-publisistik  yazılarından 
bəhs  edilmir.  Bir  sözlə,  son  yüzillikdə  mütəfəkkirlərimizin 
qadın  problemlərinə  dair  yazdıqları,  milli-mənəvi  və  dini 
baxımdan təqdirəlayiq olan əsərlərin yenidən nəşri və təbliği 
əvəzinə,  sifarişlə  yazılmış  kitabların  nəfis  şəkildə  çapı, 
təntənəli təqdimatı və pulsuz yayımı vasitəsilə, nəinki qadın-
kişi münasibətlərinə yaxşı bir şey gətirilir, əksinə qadınları-


 
85 
mızın mənəviyyatına mənfi keyfiyyətlər aşılanır və minillik-
lərdən bəri varlığını mühafizə etmiş ailələrimizin strukturuna 
təhlükələr  yaradılır.  Əslində  bu  problem  adı  altında  cəmiy-
yətimizə atılmış mənəviyyatsızlıq toxumlarının cücərməsinə 
şərait yaradılır ki, aşınmaya məruz qoyulan, nəticə etibarilə 
dağıdılmasına  çalışılan  isə  ailə  təşkilatımızdır.  Mənəviyyat 
işğalçılarının  cəmiyyətdə  pozuqluq  yaratmaq  məqsədilə 
hədəfə  aldıqları  əsas  nişangahları  da  məhz  milli  ailə 
strukturudur.  
Odur  ki,  gender  sahəsində  maarifçilik  təbliğatının  ailə 
strukturlarımızın  möhkəmləndirilməsi  xeyrinə  aparılması 
üçün  digər  tədbirlərlə  yanaşı  bu  sahədəki  tarixi  təcrübənin 
mənimsənilməsi məsələsinə, o cümlədən Azərbaycan ziyalı-
larının  kulturoloji  əsərlərinə  də  ciddi  diqqət  yetirilməlidir. 
Çünki çoxyönlü elmi-
mədəni  fəaliyyətləri  ilə  Azərbaycan 
mədəniyyəti tarixinə zəngin irs bəxş etmiş bu ziyalılar həm 
də islam dininin müxtəlif yönlərdən şərhinə həsr edilmiş və 
dövrü üçün əhəmiyyətli olduğu kimi günümüzdə də aktuallıq 
kəsb edən bir sıra əsərlər müəllifidirlər. Xüsusilə də, islahat-
çı ziyalıların Azərbaycan, Türkiyə, Rusiya və Qərb mətbua-
tında çap olunmuş və islamın elm, maarif, mədəniyyət dini 
olmasını  açıqlayan  yüzlərlə  məqalələrindən  başqa,  islamda 
qadın  hüquq  və  azadlıqlarını,  elmi-mədəni  tərəqqiyə  təkan 
verən  amilləri  şərh  və  təbliğ  edən  monoqrafik  əsərləri  də 
vardır.  
Problemə  tarixi  aspektdən  baxıldıqda  görürük  ki,  türk 
mədəniyyəti  tarixində  qadının  ailədə  və  sosial  həyatda  de-
mokratik  iştirakına  dair  də  örnəklərin  olduğu  da  reallıqdır, 
islam  dininin  qadına  verdiyi  hörmət  və  səlahiyyətlər  də. 
Lakin sonrakı tarixi gedişatda bu münasibətə fərqli çalarların 
qatıldığını,  qadının  ictimai  və  sosial  fəallığını  məhdudlaş-
dıran görüşlərin üstünlük təşkil etdiyini müşahidə edirik. Bu 
mənada qadına qarşı qeyri-demokratik münasibətin səbəblə-


 
86 
rinin ilk növbədə islam dini ilə bağlanılmasına, habelə mü-
səlman  cəmiyyətlərinin  geriliyinin,  mövhumat  və  cəhalətin 
kökündə  dini  faktorların  durmasına  dair  iddiaların  artdığı 
XX əsrin əvvəllərində ziyalıların məsələyə aydınlıq gətirmə 
cəhdləri müsbət dəyərləndirilməlidir. Avropa elmi və ictimai 
fikrində  islam  dininə  qərəzli  mövqeyə  qarşı  azərbaycanlı 
ziyalıların tutarlı arqumentlərlə çıxış etmələrinə dair faktlar 
da  həmin  dövrdə  mövzunun  nə  qədər  aktual  xarakter 
aldığına sübutdur.  
XIX əsrin əvvəllərindən etibarən başlamış mədəni yeni-
ləşmə  prosesində  də  dini  faktor  cəmiyyətin  sosial-siyasi 
strukturunda mühüm rol oynamış, çox hallarda bir sıra siyasi 
məqsədlərin həyata keçirilməsinin yeganə ideoloji vasitəsinə 
çevrilmiş  və  xalqın  zülm  və  istismara,  əsarətə  qarşı  siyasi 
azadlıq uğrunda mübarizəsinə əhəmiyyətli təsir göstərmişdir. 
M.F.Axundov,  M.Ş.Vazeh,  İ.B.Qutqaşınlı  kimi  maarifçilər 
demokratik ide
yaları tərənnüm edir, qadını alqı-satqı vasitə-
sinə  çevirən,  onları  çadraya  bürünməyə  vadar  edən  şəriət 
norm
alarını tənqid edir, çoxarvadlılığı və azyaşlı qızların ərə 
verilməsinə  qarşı  mübarizə  aparır,  qadın  təhsili  ideyasını 
əsaslandırır və qadını  əsl vətəndaş kimi tanımağı, ona  kişi-
lərlə bərabər hüquq verilməsini, ailənin, ər və arvadın ittifaqı 
üçün qarşılıqlı razılaşmanın və məhəbbətin zəruriliyini təbliğ 
edir
dilər.  Bu  dövrdən  etibarən  Azərbaycan  xalqının  millət 
kimi  formalaşmasında,  milli-mənlik  şüurunun  təşəkkülü  və 
inkişafında,  maariflənməsində,  sosial-mədəni  tədbirlərin 
həyata keçirilməsində qabaqcıl ictimai fikrin və mədəniyyə-
tin  inkişafında  mühüm  rol  oynamış  mesenatlar  dəstəsi 
yetişirdi.  Qadınların  da  ictimai-siyasi  fəallığı  əhəmiyyətli 
dərəcədə artır, onlar bir sıra sahələrə, xüsusilə xeyriyyəçilik 
və mesenatlıq işinə nüfuz etməyə başlayırdılar (39, s. 31-33). 
XX  əsrin  əvvəllərinə  doğru  ictimai  fəallığı  getdikcə  artan 
Azərbaycan  qadınının  sosial  məsələlərə  münasibəti  də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə