Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   22   23   24   25   26   27   28   29   ...   65

 
78 
Eyni zamanda XIX-
XX əsrlərdə müsəlman cəmiyyətinin 
ümumi  rifahı  və  mədəni  tərəqqisi  naminə  ziyalılarla  eyni 
mövqedən  çıxış  edən  din  xadimləri,  çox  ləyaqətli  ruhanilər 
və ilahiyyatçı alimlər də olmuşdur (69, s. 156-157). Bunlar 
içərisində  Mir  Cəfər  Mir  Məmməd  Kərim,  Axund  Mirzə 
Əbu Turab, Şeyx Əhməd Səlyani kimi onlarla ruhani xadim-
lərimiz olmuşdur ki, “bunların sırasında Talıbzadələr ailəsi-
n
in Axund Molla Mustafa və Axund Yusif kimi simaları da 
yer tuturdu” (22
, s. 18). Həmin dövrdə Zaqafqaziya şeyxülis-
lamının  müavini  olmuş  Axund  Mustafanın  oğlu  Y.Z.Talıb-
zadənin (A.Şaiqin böyük qardaşı) həyat və fəaliyyətini təd-
qiq edən M.Əsədli də yazır ki, o, N.Nərimanov və H.Z.Ta-
ğıyevlə  dostluq  etmiş,  Ə.Agaoğlu,  S.M.Qənizadə  (1866-
1942), H.Mah
mudbəyov (1864-1928), A.Əfəndizadə (1875-
1925) Q.Qarabəyov (1874-1953) kimi ziyalılarla yaradıcılıq 
əlaqələrində  olmuşdur.  Elmi  və  pedaqoji  fəaliyyəti  ilə 
yanaşı,  dövrünün  mətbuat  orqanlarında  publisistik  yazılarla 
müntəzəm  çıxış  edən  Y.Z.Talıbzadə  əsasən  dini  mövzulara 
üstünlük vermişdir. Xüsusilə də, 1903-cü ildən etibarən onun 
“Şərqi-Rus”  qəzetində  islam  dininə  dair  məqalələri  (“Din 
tərbiyəsi  və  s.)  nəşr  olunur  ki,  o  bu  fəaliyyətini  sonrakı 
mətbuat orqanlarında da səmərəli şəkildə davam etdirmişdir. 
1905-1913-
cü  illər  arasında  Y.Z.Talıbzadənin  “Həyat”, 
“İrşad”,  “Tərəqqi”,  “Füyuzat”,  “İqbal”,  “Şəlalə”  kimi  mət-
buat orqanlarında müxtəlif mövzularda məqalələri nəşr olun-
muşdur. Bu yazıların əsas və ali məqsədi islam dininin ayrı-
ayrı  müddəalarını  müasir  həyat  problemləri  ilə  əlaqələndir-
məkdən ibarət idi (22, s. 32-33). 
Əsasən  dini  mövzularda  yazılmış  bu  məqalələrdə 
Y.Z.Talıbzadə  dini  xurafatdan  ayırmaqda  elmi  dürüstlüyə 
səy etmiş və onun düzgün izahını xalqa çatdırmağa çalışmış-
dır. Bu yazıların xalq arasında dini ehkamların yayılmasında, 
onların  əslinə  yaxın  anlaşılması  və  dərk  edilməsində, 


 
79 
xüsusən islamın yeni dünyagörüşlə şərhində çox mühüm və 
faydalı  xidməti  olmuşdur.  “İslam  və  Menşikov”  (1908), 
“Müsəlmanlar  və  maarif”  (1909),  “Çocuqlarımıza  bir  çarə” 
(1909), “Ərəbistan, yaxud Məkkə və Mədinə” (1909), “Rusi-
müsəlman məktəbləri” (1909), “Türkiyə məktubları” (1913) 
və  s.  çoxsaylı  məqalələri  və  islam  tarixinə  həsr  edilmiş 
“Həqiqəti-islam” (1905), “İslam tarixi” (1907) və s. kitabları 
da  Y.Z.Talıbzadənin  məhz  bu  sahəyə  daha  çox  diqqət 
yetirdiyinə  dəlalət  edir.  Eləcə  də  H.Z.Tağıyevin  sifarişi  ilə 
Azərbaycan  türkcəsinə  tərcümə  edilmiş  “Qurani-Kərim”in 
hədiyyə  olaraq  Osmanlı  sultanı  II  Əbdülhəmidə  məhz 
Y.Z.Talıbzadə tərəfindən göndərilməsi faktı onun cəmiyyət-
dəki  mövqeyinin  göstəricisi  və  H.Z.Tağıyev  tərəfindən  ona 
olan rəğbət və etibarın ifadəsi kimi dəyərləndirilməlidir.  
Ötən əsrin əvvəlləri üçün modernizm məsələlərinə müna-
sibətdə  də  milli-dini  mövqeləri  üst-üstə  düşən  ziyalıların 
Qərbə  münasibətlərində  ümumi  cəhətlər  çox  idi  və  onların 
əksəriyyəti  cəmiyyətdə  tərəqqi  yollarının  yalnız  islamda 
aran
ması  tərəfdarı  olmuşlar.  Çünki  onlar  islamın  tənəzzü-
lünün  əsas  səbəblərindən  birini  Qərbin  müntəzəm  olaraq 
zehni-
əxlaqi  təsirində  və  eyni  zamanda  islamın  öz  daxilin-
dəki mənəvi-əxlaqi pozulma qüvvəsinin arasıkəsilməzliyində 
görürdülər.  Deməli,  vahid  bir  mənəvi-əxlaqi  konsepsiyanın 
daxilən parçalanmasında Qərbin pozucu təsiri olduğu qədər 
də müsəlmanların öz daxillərindəki hakimiyyət hərisliyinin, 
nadanlıq,  cəhalət,  mövhumat  və  xurafatın  da  o  qədər  təsiri 
olmuşdur.  Bu  baxımdan  Yusif  Ziya  Talıbzadənin  “İrşad” 
qəzetində  dərc  olunmuş  (74)  və  erməni  şərqşünası  İbrahim 
Əmirxanyansın  dövrün  nüfuzlu  mətbuat  orqanlarından 
“İrşad”  qəzetinin  252-ci  sayında  dərc  olunan  (“İslam  və 
tərəqqi”  adlı  məqaləsinə  cavab  şəklində  yazılmış)  “Əmir-
xanyanca cavab”  məqaləsi  müəllifin bəzi  mətləblərə  müna-
sibətini  açıqlayır.  Erməni  publisisti  məqaləsində  sübut 


 
80 
etməyə  çalışırdı  ki,  müsəlmanlar  islam  dininin  tələbləri 
əsasında dövrün ümumi qanunlarına uyğun “inkişafa üz tuta 
bilməyəcəklər”.  Onun  fikrincə,  müsəlmanların  müqəddəs 
kitabı  “Quran”  bu  müasir  məsələlərə  doğru  yol  göstərmək 
vəziyyətində  deyil.  “İslam  ruhanilərinin  imanları  budur  ki, 
əgər  müsəlmanlar  Avropa  millətlərinin  əməllərindən  birini 
də  əxz  edərlərsə,  kafir  olurlar”  (21).  Əslində  Ə.Ağayevə 
ünvanlanmış  bu  yazıda  Əmirxansın  cahilliyi,  bütün  müsəl-
man  dünyasına  olan  hədsiz  nifrəti  üzə  çıxır,  bu  nifrət  və 
ədavətin necə hiyləgərcəsinə həyata keçirilməsi aşkar görü-
nür. Dövrün açıq fikirli, mütərəqqi mövqedə duran azərbay-
canlı ziyalıları isə əksinə, heç də erməni publisistinin dediyi 
kimi  xristianlığı  islam  dini  ilə  qarşı-qarşıya  qoymurdular. 
Ona 
görə  də  Əmirxanyansın  “İslam  və  tərəqqi”  adlı  bu 
məqaləsi  Azərbaycan  ziyalıları  arasında  sonsuz  hiddətə 
səbəb olmuş, “İrşad” qəzetinin növbəti saylarında Ə.Ağayev 
(6
)  və  ilahiyyat  alimi  Yusif  Ziya  tərəfindən  yazıya  tutarlı 
cavab verilmişdir. Yusif Ziya müsəlmanlar arasında cahilli-
yin, mövhumatın olmasını da inkar etmir. Lakin anladır ki, 
din heç vaxt insanları korlamır, insanlar dini korlayır (22, s. 
40-42; 74). 
Ümumilikdə Azərbaycan ziyalılarının islamçılıq və türk-
çülük  istiqamətindəki  ziddiyyətli  fəaliyyətlərinin  nöqsanlı 
cəhətləri olsa da, proses milli şüurun formalaşması ilə nəti-
cələndi.  Təbii  ki,  hələ  XX  əsrin  ilk  illərində  azərbaycanlı-
ların ictimai şüurunda dini və regional mənsubiyyət hissinin 
etnik identikliyi açıq-aşkar üstələməsi səbəbindən Azərbay-
can xalqının etno-siyasi birlik səviyyəsi çox aşağı idi (13, s. 
14). Hansı millətə mənsub olduğunu belə bilməyən azərbay-
canlı  özünü  yalnız  müsəlman  hesab  edirdi.  Bununla  bağlı 
ziyalıların  həmin  dövr  mətbuatındakı  yazılarından  saysız 
nümu
nələr vermək mümkündür. Bu yazıların hamısında belə 
bir  qənaət  vardı  ki,  özünü  müsəlman  millətinə  aid  etdiyi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə