Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   17   18   19   20   21   22   23   24   ...   65

 
63 
katın və adamlar arasında münasibətin başlıca mayası olur”. 
Deməli,  beləliklə,  xalqlar  arasında  münasibətlərin,  “beynəl-
xalq hərəkat”ların, bəşər cəmiyyətində baş verən ciddi hadi-
sələrin “başlıca mayası”nın, yəni hərəkətverici qüvvəsinin din 
olduğu barədə konsepsiya bir daha ortaya çıxmış olur. Digər 
tərəfdən dini mövzuda mühakimələr təkcə opponentlərə cavab 
deyildi; onlar aşkar təbliği məqsəd də daşıyırdı (57). 
Böhranlı  vəziyyətdən  çıxış  yolu  axtarışları  faktı  artıq 
qərbin elmi-texniki nailiyyətləri qarşısında müsəlman cəmiy-
yətinin acizliyinin etirafı demək idi. Əslində diaqnozun qo-
yulması vəziyyətdən çıxış yolunda ilkin addım kimi qiymət-
ləndirilirdi. Belə ki, XIX əsrin sonlarından etibarən Avropa-
nın təzyiqi altında sarsılmış və çaşıb qalmış müsəlman aləmi 
düşdüyü  fəlakətin  səbəblərini  axtarmağa  başlamışdı  və  bu 
özünütəhlil onu iki bir-birinə zidd nəticəyə gətirib çıxarmış-
dı.  Bəziləri  belə  düşünürdülər  ki,  bütün  fəlakətlərin  səbəbi 
müsəlmanların  geriliyindən,  onların  dininin  həyat  uğrunda 
mübarizəyə  yararsız  olmasından  irəli  gəlir  və  bu  vəziyyəti 
aradan qaldırmaq üçün bütün həyat quruluşunu dəyişdirmək, 
Avropanı  təqlidə  başlamaq  lazımdır.  Bu  qisim  ziyalılar 
Avropa  təsisatının  qüvvəsinə  hədsiz  inamla  yanaşaraq  onu 
yoxlamadan, saf-
çürük edib araşdırmadan, ölkələrində tətbiq 
etməyin zəruriliyini deyirdilər. Bəziləri isə bu fikirdə idilər 
ki,  müsəlmanların  bütün  fəlakətləri  onların  köhnə  adət  və 
ənənələrdən  üz  çevirmələri  ilə  bağlıdır.  Əxlaq  pozğunluğu, 
özbaşınalıq, keçmişə sayğısızlıq və sərbəst düşüncə də məhz 
bunun 
sayəsində meydana çıxmışdır. Buradan da onlar belə 
nəticəyə gəlirdilər ki, xilas yolu nə Avropada, nə də həyatın 
məntiqinin  axtarılmasındadır.  Sadəcə,  şəfaverici  keçmişə 
qayıtmaq lazımdır. Bu keçmiş öz ecazkar qüvvəsi ilə müsəl-
man aləmini xilas edəcəkdir.  
“Müsəlman xalqlarının vəziyyəti” adlı yazısında Ə.Ağa-
oğlu bu hər iki mövqe sahiblərinin fikrilərinin tənqidi təhli-


 
64 
lini verərək yazırdı ki, təkcə çıxarılan nəticə deyil, əsaslan-
dıqları fikir baxımından da bu iki cərəyan arasında mütləq və 
barışmaz  ziddiyyət  mövcuddur.  Bu  ziddiyyət  iki  cərəyan 
tərəfdarları  arasına  onların  hətta  şəxsi  münasibətlərinə  və 
fərdi həyatlarına da nüfuz edən qatı bir düşmənçilik salmış-
dır.  Lakin  arada  ümumi  bir  yaxınlıq  nöqtəsi  də  var.  Bu  da 
hər  iki  cərəyanın  məhz  Avropa  sayəsində  meydana  çıxma-
sında özünü göstərir. Avropa ilə Şərq arasında daha ifrat və 
ucuz  gediş-gəliş  yollarının  açılması,  ticari-siyasi  əlaqələrin 
inkişafı  və  rabitənin  genişlənməsi  nəticəsində  bu  qitədən 
yayılan  mədəniyyət  parıltısı  Şərqin  bilik  və  yenilik  həsrə-
tində  olan  gənclərini  özünə  cəlb  etməyə  bilməzdi.  Bundan 
başqa, Şərqin çaxnaşmaya düşmüş həyatının özü də Avropa 
dillərini,  Avropa  qayda-qanunlarını  bilən  adamlara  ehtiyac 
yaradırdı.  Həmin  ehtiyac  dövlət  idarəçiliyi  və  ticarət 
sahəsində  daha  kəskin  şəkildə  duyulurdu.  Şərqli  gənclərin 
Avropaya  XIX  əsrdə  başlanan  axını  da  bundan  irəli  gəlirdi 
(3, s. 333).  
Müsəlman cəmiyyətinin vəziyyəti ilə Avropa həyatındakı 
mədəni tərəqqi nailiyyətlərini müqayisə edərkən Ə.Ağaoğlu 
təbii  ki,  elmi  bilgiləri  ilə  yanaşı  şəxsi  müşahidələrinə  də 
istinad edirdi. Çünki, o, Avropada təhsil almış ilk azərbay-
canlı  olaraq  son  dövr  mədəniyyət  hadisələrinin  bilavasitə 
iştirakçısı  olmuşdu.  Onun  Fransa  dövrü  yaradıcılığı  (71), 
Türkiyənin  ən  fəal  ictimai-siyasi  xadimləri  ilə  yaxınlığı, 
Azərbaycan mədəni mühitinin öndərlərindən olması faktları 
da  onun  müqayisəli  təhlillərində  özünü  hiss  etdirməkdədir. 
C.Əfqani  ilə  lap  gənc  yaşlarından  şəxsi  tanışlığı  və  Gənc 
türklərin  ideya  rəhbərləri  ilə  hələ  Parisdəykən  münasibətdə 
olması  onun  yazılarının  mövzu  rəngarəngliyinə  və  miqyas 
baxımından düşüncə tərzinə təsirsiz ötüşməmişdi. 
Ona  görə  də  o,  müsəlmanların  Avropaya  axınlarına  da 
orijinal  mövqeyi  və  daha  obyektiv  yanaşması  ilə  seçilirdi. 


 
65 
Həqiqətən də Qərbə üz tutmuş müsəlman gənclərinin gözləri 
qarşısında doğma yerlərə əsla bənzəməyən yeni həyat mən-
zərələri  canlanırdı.  Bu  dəb-dəbəli  və  möhtəşəm  mənzərələr 
Şərq  gənclərinin  ağıllarını  başlarından  çıxarmaya,  gözlərini 
qamaşdırmaya,  onları  vəcdə  gəlmiş  hipnozlu  adam  vəziy-
yətinə salmaya bilməzdi. Şəhərlərdəki təmtəraq, şən və səs-
küylü  həyatın  bəxş  etdiyi  sevinc  və  sərbəstlik,  insanların 
nisbətən  firavan  yaşayışı,  ilk  baxışdan  qarma-qarışıq  təsir 
bağışlayan  cəmiyyətdə  qayda-qanunların  harmoniyası,  şəx-
siy
yətin  maddi  təminata  əsaslanan  ləyaqət  hissi,  həyatın  ən 
qaranlıq  guşələrinə  işıq  saçmağa  qadir  olan  minlərlə  mək-
təblər!  Həm  də  bütün  bunlar  elmin  gözqamaşdırıcı  kəşf  və 
ixtiraları ilə, misilsiz memarlıq və incəsənət əsərləri ilə işıq-
landırılmış və bəzədilmişdir. Bu mənzərə təsəvvürləri asan-
lıqla  cuşa  gələn  Şərq  insanının  xəyalında  özünün  qaranlıq 
mühi
ti, cansız və nəşəsiz həyatı, insan şəxsiyyətini əzən və 
alçaldan  məişəti  ilə  bir  müqayisə  ehtiyacı  yaratmaya  bil-
məzdi. Fantaziyası təhlil və tənqid qabiliyyətindən daha güc-
lü olan şərqli belə müqayisə nəticəsində ümidsizliyə qapılır, 
kədərlənib ruhdan düşür. Bu hal isə çox vaxt onda öz vətə-
ninə, onun keçmişinə və indisinə qarşı bir nifrət hissi oyadır. 
Lakin nə qədər ki, Şərqdən Avropaya axışan cavanlar yük-
sək  məmur  və  ticarət  təbəqələrinin  nümayəndələri  idilər, 
Avropa həyatının eyş-işrət imkanları bu “yeni müsəlmanları” 
daha çox maraqlandıran əsas amil idi. Vətənə nifrət onları bu 
vətən  qarşısındakı  hər  cür  vəzifədən  azad  edirdi.  Öz  istək-
lərinə  uyğun  başa  düşdükləri  “avropaçılıq”  isə  Avropanın 
bəxş etdiyi sərbəst həyat tərzinin nəşələrindən hədsiz-hüdud-
suz  şəkildə  istifadə  imkanı  yaradırdı.  Bir  yandan  vətəndə 
qazandıqları  var-dövlət,  o  biri  yandan  isə  Avropa  bulvar-
larının sərbəstliyi belə düşüncə tərzi və əhval-ruhiyyə üçün 
əsas  verirdi.  Öz  evlərində  ikiüzlü  və  riyakar  həyat  tərzi 
keçirən  bu  adamların  bulvar  yaşamının  azğınlıqlarına  nə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə