Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   16   17   18   19   20   21   22   23   ...   65

 
60 
qiymətləndirmək”  və  “tatar-müsəlman  təsirinə  qarşı  əks 
tədbirlər hazırlamaq” məqsədi ilə əlaqədar idarələrin, təşki-
latların nümayəndələrindən ibarət bir sıra müşavirələr keçir-
miş və tədbirlər hazırlamışdır. 
Xalq çarizmin mənfur siyasətinin acı nəticələrini yaşasa 
da,  əslində  bunun  əsl  mahiyyətindən  xəbərdar  olmurdu. 
Yalnız  ziyalıların  fəaliyyəti  sayəsində  bunların  bir  qismi 
xalqa çatdırılırdı. Nümunə üçün deyək ki, “Kaspi” qəzetinin 
səhifələrində  islam  dini,  onun  ayin,  mərasim  və  adətləri, 
i
slam  tarixi,  islamın  məzhəb  və  təriqətləri,  islamın  elmə, 
maarifə  və  tərəqqiyə  münasibəti,  islam  ruhaniliyi,  Zaqaf-
qaziya  və  Rusiya  müsəlmanlarının  əlaqələrinin  mənafeyi 
baxımından  ehtiyacları  və  s.  bu  kimi  məsələlərə  dair  çoxlu 
məqalələr dərc edilmişdir. Bu məqalələrdə islam ideologiya-
sının mahiyyəti şərh edilir, dövrün tələblərinə uyğun şəkildə 
onun təhlili verilirdi. Böyük əksəriyyəti Ə.Ağaoğlu tərəfin-
dən  yazılmış  bu  yazılarda  belə  bir  fikir  daha  qabarıq  yer 
tuturdu  ki,  “din  daxili  nurlanma  və  əxlaqi  kamilləşmənin 
mənbəyidir”.  Bununla  yanaşı  din  nə  qədər  qüdrətli  olsa  da 
insan,  “özünü  dində  tapan  insan”,  “onun  ən  fəal  amilidir”. 
İnsan heç zaman öz şəxsiyyətini axıra qədər itirmir. O, hə-
mişə dini dəyişdirməyə, öz tələblərinə uyğun gələn nəzəriy-
yələr şəklinə salmağa çalışır: “ən mötəbər, inadkar təlimlər” 
belə, vaxtın ruhuna uyğunlaşır və zaman keçdikcə ənənəyə, 
insanların  ümumi  fikrinə  çevrilir.  “İslamda  da  belə  olmuş-
dur. Ərəblərin fiziki və zehni qüvvələri tükəndikdə, irq dege-
nerasiyaya  məruz  qaldıqda,  islam  onlardan  heç  də  az 
primitiv, heç də az cəngavər olmayan türk-tatar tayfalarının 
əlinə  düşdü,  öz  növbəsində  onlar  da  islamı  öz  qaydalarına 
uyğun dəyişdirdilər” (12, s. 308-313). 
Ə.Ağaoğlu  bütövlükdə  islamın,  islam  xalqlarının  tənəz-
zülü “səbəblərini” və bu vəziyyətdən çıxmağın “vasitələrini” 
şərh etdiyi bu məqaləsində C.Əfqaninin fikirləri ilə razılaş-


 
61 
dığını  bildirir  və  islam  şərqinin  böhrandan  çıxmasının 
çarəsini “islamın bərpasında”, islam millətçiliyində görürdü. 
Özü  də  elə  məqalədəcə  vurğulayır  ki,  istedad  və  nüfuzuna 
görə  zəmanəmizin  görkəmli  şəxsiyyətlərindən  biri,  Parisdə 
çıxan “Ürvətül-vüsqa” qəzetinin keçmiş naşiri və redaktoru 
Seyid  Cəmaləddinin  islamın  müasir  vəziyyətinə  verdiyi 
dəqiq  qiymət  heç  zaman  yadımdan  çıxmır  (3, s. 331-332). 

səlman cəmiyyətinin vəziyyətdən çıxış yolunu C.Əfqani 
ilə eyni mövqedən dəyərləndirən Ə.Ağaoğlu acı bir təəssüflə 
bildirirdi  ki,  taleyin  zərbələrindən  sarsılıb  məyus  olmuş 
müsəlmanlar indi gəzərək bu fəlakətin onların üzərinə hara-
dan  gəldiyini  axtarırlar  və  vəziyyəti  düzəltmək  haqqında 
düşünürlər.  Hazırkı  vaxtda  bu  məsələ  ilə  bağlı  onların  ara-
sında biri-birindən tamamilə fərqli üç cərəyanın mövcudluğu 
müşahidə  olunur.  Bunlardan  biri  tərəqqipərvərlər,  yaxud 
gənc türklər, o birisi mühafizəkar  müsəlmanlar cərəyanı və 
nəhayət,  üçüncü  bu  ikisinin  arasında  dayanan  panislamist 
cərəyanıdır. 
Bu o dövr idi ki, Ə.Ağaoğlu açıq-aşkar özünü panislamist 
adlandırırdı,  panislamizmi  mütərəqqi  hərəkat  kimi  qiymət-
ləndirirdi. Digər panislamistlər kimi o da iddia edirdi ki, ittihad, 
birlik ideyası islam dininin məzmunundan doğur (143).  
Müsəlman  cəmiyyətinin  böhrandan  qurtulmasında  və 
işğalçı  güclərin,  qərəzli  mövqelərin  hücumlarından  qorun-
masında Ə.Ağaoğlu fəallığı ilə yanaşı çox operativliyi, hadi-
sələrə  dinamik  münasibəti  ilə  də  digər  ziyalılardan  seçil-
mişdir.  Təbii  ki,  belə  bir  mövqe  sahibi  əsas  ali  məqsəd 
yolunda  bəzən  öz-özünü  təkzib  etmək  məcburiyyətində  də 
qalmışdır.  Digər  tərəfdən,  həmin  dövrün  əksər  ziyalılarının 
məqsədi  eyni  olsa  da,  onlar  vəziyyətdən  qurtuluş  yollarını 
fərqli istiqamətlərdə görürdülər. 
Məsələn,  “Panislamizm”  bir  mif,  “panxristianizm”  isə 
həqiqətdir,  “pantürkizm”  məhz  türklük  əleyhinə  genosidə 


 
62 
haqq qazandırmaq, xristianlığı müsəlman xofu ilə erməninin 
əlində  oynatmaq  üçün  düşünülən  uydurmadır  –  deyən 
Ə.Hüseynzadə hələ o vaxt, öz ideya rəqibinin düz gözünün 
içinə deyirdi: “... Səni ittifaq və ittihadmı qorxuduyor? – Biz 
isə nifaq və şəqaqdan qorxuruz!.. Nifaq və şəqaq deyilmidir 
ki,  sizlərlə  bizlər  arasında  bu  qədər  qan  tökülməyə  səbəb 
old
u?!”.  “Sizi  təlaşa  salan,  zənn  edirəm,  bu  cəhalətdir”. 
Ə.Hüseynzadə ideya rəqiblərinə yazırdı ki, sizləri qorxudan 
panislamizm və ya ittihadi islam deyil, müsəlmanların qəflət 
yuxusundan oyanıb tərəqqi etmələri, mədəniyyət və maarifə 
yiyələnmələri “təhlükə”sidir. Müsəlman cəmiyyətinə isə de-
yirdi  ki,  “Qeyrət,  vətəndaşlar,  qeyrət!.  (...)  Maarifə,  təməd-
dünə,  təkamül  və  təaliyə  (yüksəlməyə)  çalışalım,  vəqtimizi 
ğaib  etmiyəlim,  çünki  yol  uzundur,  yoxuşdur,  arizəlidir!” 
(32, s. 86-87). 
Ömər  Faiq  Nemanzadə  də  vəziyyətdən  çıxış  yolunu 
islahatçılıqda,  modernləşmədə,  müasirləşmədə,  zamanın 
tələblərinə cavab verəcək cəmiyyət quruculuğunda görürdü: 
“Əsl islamiyyətdən, zəmanənin təqazasından bixəbər yatırıq, 
halbuki  zaman  dəyişir,  dünya  dəyişir,  hər  şey  dəyişir,  hər 
m
illər  dəyişir,  hər  zərrə  dəyişir...  İnsaf  və  mürvətmidir  ki, 
bizlər  hər  şeydən  də  dışarı  olaq?  Dəyişməli,  biz  də  mütləq 
dünyəvi  əməllərimizi,  göz  görə  təhlükələrə,  səfalətlərə  sü-
rük
ləyən  köhnə  adətlərimizi,  cahilanə,  fikirlərimizi  əməllə-
rimizi  dəyişməliyik.  Və  illah  özgələr  bizləri  bütün  özgə 
yolda dəyişdirib yox edərlər” (60, s. 76-77). 
Bu dövrdə fərqli düşüncə sahibi olan ziyalılar belə dinin 
cəmiyyətin  inkişafındakı  rolunu  danmırdılar.  Dananlar  olur-
dusa  da  mətbuatda  onlara  cavab  gecikdirilmirdi. “Raskol-
nikovlar və Kərəmlər” adlı bir publisist məqaləsində Ə.Ağa-
oğlu  özünün  din  haqqında  ümumi  konsepsiyasına  müvafiq 
olaraq  yazırdı  ki,  “nə  qədər  baş  qaçırtsan,  nə  qədər  dini 
azadlıq barəsində hayqırsan da, din həmişə beynəlxalq hərə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə