Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   13   14   15   16   17   18   19   20   ...   65

 
51 
avtoritetin  qaynağını  dində  tapmaqla  kifayətlənməyib,  Yer 
üzündəki bütün müsəlmanların xəlifəsi, dini lideri statusun-
da,  rejim  isə  Allah  qayda-qanunlarının  keçərli  olduğu  bir 
şəriət quruluşu olmaq iddiasında idi. Bu baxımdan islamçılar 
digər  düşüncə  cərəyanlarının  təmsilçilərinin  qarşılaşdığı  bir 
sıra təzyiqlərə hədəf olmamışlar. Bundan başqa islamiyyətin 
sosial  yaşamı  da  tənzimləyən  bir  din  olması  islamçıların 
işlərini  asanlaşdırmışdır.  Bu  vəziyyəti  islamçılar  belə  acıq-
layırdılar: “...O bir dini bəşəriyyədir ki... nə tamamilə fikriy-
yə,  nə  də  tamamilə  isbatiyə  olmayıb,  hər  ikisidir...”  (136,     
s. 80-81).  
Bir  düşüncə  cərəyanı  olaraq  islamçılığın  nə  zaman 
başlaması məsələsi bir az mübahisəlidir. Ancaq islamçılıq ilk 
dəfə  ciddi  olaraq  II  Əbdülhəmid  dövründə  müzakirə  edil-
məyə  başlanmışdır.  Əbdülhəmid  islamçılıq  siyasəti  ilə  həm 
Balkanlardakı “panslavyanizm”i təsirsiz hala gətirmək, həm 
də  siyasi  müxaliflərinin  xalq  içindəki  gücünü  qırmaq  istə-
yirdi. Ancaq eyni silahı qarşı tərəf də istifadə edirdi. Dünya-
da bu dövrdəki islamçılıq cərəyanının böyük mütəfəkkirləri 
Cəmaləddin  Əfqani  və  Məhəmməd  Əbduh  idi.  Məhz  bu 
islam  reformatorlarının  düşüncələrinin  təqdim  edilməsi  ilə 
Osmanlı cəmiyyətində müzakirələr ciddiləşdi. Ancaq islam-
çılıq cərəyanı əsl gücünü II Məşrutiyyətdən sonra tapmışdır. 
İslamçılara görə Osmanlı İmperatorluğu da daxil olmaqla 
müsəlman  cəmiyyəti  bir  böhran  vəziyyətindədir.  Fəqət  bu-
nun  səbəbi  qərbçilərin  irəli  sürdükləri  kimi  islamiyyətdən 
qaynaqlanmamaqdadır.  Çünki  əslində  islamiyyət  digər  din-
lərə  nisbətən  elmə  daha  sayğılıdır,  yeniliklərə  açıqdır.  De-
mok
ratiya,  məşruti  rejim  və  ən  geniş  özgürlüklər  islamiy-
yətin özündə vardır, bilavasitə “üsuli məşvərət” bu idarəçili-
yin özüdür. İslamçılar Qərb təqlidçiliyini belə dəyərləndirir-
dilər: bu təqlidçilik təbii strukturun pozulmasına yol açmaq-
da və şərtlərimizə uyğun gəlməməkdədir. Çox maraqlıdır ki, 


 
52 
islam dinini qərbli yazarların qərəzli münasibətindən müda-
fiə  edərkən  Azərbaycan  ziyalıları  da  oxşar  mövqedən  çıxış 
edirdilər.  Amma  buradakı  islahatçılıq  tərəfdarları  eyni  za-
manda qərbin tərəqqi nailiyyətlərindən faydalanmağı uyğun 
bilirdilər. 
XX əsrin əvvəllərində cəmiyyətin tərəqqisi naminə Azər-
baycan ziyalılarının göstərdikləri islahatçılıq təşəbbüslərinin 
tarixi-
müqayisəli  təhlilini  vermək  üçün  modernist  islamçı-
ların (və ya islam reformatorlarının) baxışları, onların ortaq 
və  fərqli  cəhətləri  barədə  ümumi  məlumat  verməyə  də  eh-
tiyac  vardır.  Çünki  islahatçılıq  təmayülləri  yalnız  Azərbay-
can cəmiyyətinə xas olan bir tərəqqi cəhdləri deyildi. Bunun 
tarixi daha əvvəllərə gedib çıxır və demək olar ki, bütünlüklə 
islam dünyasını əhatə edirdi. Bu mənada, söhbət modernist 
islamçılardan  düşdüyü  təqdirdə  qeyd  edilməlidir  ki,  islam 
cəmiyyətinin dini islahatlar yolu ilə tərəqqi etməsi mümkün-
lüyü bir ideya olaraq ilk növbədə Şeyx Cəmaləddin Əfqani-
dən gəlmişdir. “Əfqani, bu İran doğumlu səyyah filosof XX 
əsr islamçı modernizmin ən öndə gələn siması idi” (134, s. 
53). 
Sonradan Azərbaycanın bir sıra ziyalıları tərəfindən də 
dəstəklənən Ş.C.Əfqaninin bu yeni islamçılıq cığırı Misirdə 
Məhəmməd  Əbduh  və  davamçıları  Fərid  Vəcdi,  kazanlı 
Musa  Cərullah,  Hindistanda  İqbal  tərəfindən  inkişaf  etdi-
rilmişdir. XIX əsrin ikinci yarısında islam birliyi hərəkatının 
ideoloqu  və  lideri  Ş.C.Əfqani  bütün  müsəlman  xalqlarını 
Osmanlı  hakimiyyəti  altında  birləşməyə  çağırırdı.  M.Ə.Rə-
sulzadə yazırdı ki, islam birliyinin imperializmə qarşı müba-
rizəsinin yalnız bu yolla mümkünlüyünü iddia edən C.Əfqa-
ni  milli  şüurun  güclənməsinə  də  böyük  təsir  göstərmişdir 
(128, s. 72-73; 26, s. 141-142). 
Düzdür,  Azərbaycan  ziyalılarından  hələ  XX  əsrin  80-ci 
illərindən Ş.C.Əfqani ilə şəxsi tanışlıqları olanlar vardı. Mə-
sələn,  tələbəykən  Parisdə  Ş.C.Əfqani  ilə  görüşmüş  Ə.Ağa-


 
53 
oğlu  bu  hadisə  ilə  bağlı  təəssüratlarını  mətbuatda  da  çap 
etdirmiş,  xatirələrində  də  yazmışdır  (87; 129).  M.Ə.Rəsul-
zadə  1911-ci  ildə  onun  elmi-dini  baxışlarından  təsirlənmiş 
və onun “Vəhdəti cinsiyyə fəlsəfəsi”ni fars dilindən türkcəyə 
tərcümə edərək “Türk yurdu” dirgisində yayınlamışdır (140, 
II c., s. 38-
42). Ş.C.Əfqaninin yaradıcılığında M.Rəsulzadəni 
cəlb edən əsas ideya “Milli birlik fəlsəfəsi” olmuşdur. “Üm-
mət”  dövrünü  yaşayan  İslam  Şərqində  milliyyət  şüurunun 
oyanmasına  çox  böyük  təsir  göstərən  bu  əsərdəki  ideyalar 
Azərbaycan  elmi-mədəni  fikrində  də  istiqamətverici  amil-
lərdən biri olmuşdur. 
Lakin bir fa
ktı qeyd etmək lazımdır ki, Türk dünyasının 
Ş.C.Əfqani  ideyalarından  geniş  təsirlənmə  prosesi  ilk  növ-
bədə  Osmanlıdan  başlanmışdır.  Hətta  bu  təsirlər  “Səbilür-
rəşad” yazarlarını iki zümrəyə ayırmışdı. Belə ki, onların bir 
qismi,  məsələn,  Əhməd  Naim  kimi  ənənəçi-mühafizəkar 
möv
qedə durdular. Bir qismi isə mədrəsə ilə məktəbi birləş-
dirmək  meylində  olanlar  idi  ki,  onların  içərisindən  İ.H.İz-
mirli,  M.Şəmsəddin  kimi  modernistlər  yetişdi.  Şeyxülislam 
Musa  Kazım  kimi  modernizm  ilə  ənənəçilik  arasında  orta 
mövqe 
tutanlar  və  ya  Mustafa  Səbri  kimi  açıq-aşkar 
modernizmə qarşı çıxanlar da var idi (142, s. 276). 
Azərbaycan ziyalılarının düşüncələrinə təsirləri baxımın-
dan islam modernistlərinin mövqelərinə aydınlıq gətirilərkən 
ilk növbədə qeyd edilməlidir ki, islam doktrinasını müdafiə 
edən  “kəlam  cərəyanları”  hələ  IX  əsrdən  etibarən  daim  za-
ma
nın elm və fəlsəfi hərəkatları ilə paralel inkişaf etmişdir. 
İslam  modernistləri  də  məhz  bu  ehtiyacı  hiss  edənlərdir. 
Onlar mühafizəkarlar kimi özlərinə qapılmamış, diqqətlərini 
çağdaş  mədəniyyətə  çevirərək  əsrin  tələbləri  ilə  dini  inanc 
arasında ahəng qurmağa çalışmışlar. Bu yolda özünəməxsus 
cığır açmış Ş.C.Əfqani öz fəaliyyəti ilə zəngin bir nəşriyya-
tın  yaranmasına  da  təkan  vermişdir.  Onun  yetişdirdiyi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə