Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   9   10   11   12   13   14   15   16   ...   65

 
39 
Sosial-
mədəni tərəqqi və dini islahatçılıq təşəbbüsləri 
 
Azərbaycanda  yüzillik  yeniləşmə  prosesinin  kulturoloji 
təhlili göstərdi ki, bu dövr ərzində mütərəqqi fikirli ziyalılar 
cəmiyyətin  ümumi  tərəqqisi  naminə  mədəniyyətin  bütün 
sahələrinin inkişafı qayğısına qalmışlar. Elmi-mədəni, ədəbi-
bədii  yaradıcılıq  mühitinin  formalaşması  üçün  məktəb  və 
mətbuatdan  başlayaraq  teatr  və  musiqiyə  qədər  incəsənətin 
fərqli  sahələrinin  inkişafına  yönəlmiş  həmin  fəaliyyətlərin 
bəhrəsi  artıq  XX  əsrin  əvvəllərində  göz  qabağında  idi. 
Yeniləşmə prosesi ərzində M.F.Axundovdan üzü bəri əksər 
ziyalılar  ictimai-mədəni  həyatın  inkişafı  məsələlərinə,  o 
cümlədən ailə problemlərinə də diqqət ayırmış və cəmiyyə-
tin tərəqqisində qadınların mədəni həyatda iştirakı faktoruna 
laqeyd qalmamışlar. Lakin bilavasitə islam dini xadimlərinin 
bu məsələlərin həllinə qatılması və ilahiyyat üzrə də yüksək 
elmi  biliklər  sahibi  olan  ziyalıların  bu  yöndəki  fəaliyyət-
lərinin  dini  islahatçılıq  istiqaməti  alması  mədəni  həyatın 
canlanmasına təkan vermiş oldu. 
XX əsrin ilk illərindən etibarən Azərbaycan cəmiyyətin-
də dini təmayüllərin fərqli səciyyə daşıması ilə yanaşı milli 
mənsubiyyət axtarışları prosesi də paralel gedirdi. Bu zaman 
islamçılığa  paralel  olaraq  türkçülüyün  də  inkişafı  azərbay-
canlıları öz mənliklərini araşdırmağa yönəltmişdi. Hələ XIX 
əsr qəzetlərinin ən qabaqcıl örnəklərindən olan “Kəşkül” ilk 
olaraq  yerli  dindar  camaat  və  millət  anlayışları  arasındakı 
fərqi qəti olaraq müəyyənləşdirmiş, hətta hər ikisi üçün ortaq 
olaraq  işlədilən  millət  termininin  gülünc  olduğunu  bəyan 
etmişdi.  Bu  fakt  türklüklə  qarışıq  Azərbaycan  kimliyi 
şəklində  doğmaqda  olan  milli  şüurun  yazılı  ifadəsinin  ilk 
örnəyi idi. Ancaq ziyalıların yeni nəslinin nümayəndələri (o 
cümlədən,  Ə.Ağaoğlunun  “yeni  müsəlmanlar”  adlandırdığı 
nəsil)  həqiqətən  siyasi  mahiyyət  kəsb  edən  fəaliyyətlərə 


 
40 
yönəlmişdilər. Lakin bu keçid dövründə təşkilatlanmış qrup-
lardan  daha  çox  fərdi  fəaliyyətlərin  üstünlük  təşkil  etdiyini 
qeyd etmək lazımdır.  
Bu  dövrdə  pantürkizmə  paralel olaraq  inkişaf  edən 
panislamizm  bütün  müsəlmanları  Avropanın  təcavüzlərinə 
dünya miqyasında cavab vermək uğrunda birliyə çağırırdı ki, 
bu,  daha  geniş  miqyasda  dəstək  tapa  biləcək  bir  dəvət  idi. 
Svietoçovski bu haqda yazır ki, əslində bu iki ideologiya bir-
birini  kənarlaşdırmaq  durumunda  deyildi,  demək  olar ki, 
bölgədəki bütün müsəlmanlar türk idi. Həmçinin İ.Qasprin-
ski kimi türkçü ziyalılar da islamın türk ulusunun təməl daş-
larından  biri  olduğunu  hər  zaman  vurğulayırdılar.  Bununla 
belə pantürkizmin qabaqcıl müdafiəçilərindən bir çoxu eyni 
zamanda panis
lamist olduqlarını da söyləyərkən, əslində bu 
iki ideologiyanın zidd təməllərə dayandığını bilməmiş deyil-
dilər.  Çünki  “pantürkizmin  kökü  müəyyən  insan  topluluq-
larının  etnik  mənlik  şüuruna  dayanırkən,  panislamizm üm-
məti, yəni dil, irq və millət fərqi olmadan dünyadakı bütün 
müsəlmanların  əmələ  gətirdiyi  topluluğu  əsas  götürən  bir 
kollektiv şüura dayanır” (134, s. 51-53). 
XX əsrin əvvəllərindəki hadisələrə islam birliyi prizma-
sından baxıldıqda (1905-ci ilin müsəlman qurultayları dövrü 
istisna olunmaqla
) Azərbaycan ziyalıları digər Rusiya müsəl-
manları ilə əməkdaşlığa qapalı bir mövqe nümayiş etdirmiş-
dilər. Bununla belə onların bir qisminin, məsələn, Ə.Ağaoğ-
lunun panisla
mist fəaliyyətdə olduğunu tamamilə inkar edən 
bir  mövqe  tutulmasında  da  mübahisəli  məqamlar  vardır. 
Çünki  bir  sıra  yazılarında  (hansı  məqsədlər  güdülməsindən 
asılı olmayaraq) o, özünü panislamizm tərəfdarı kimi təqdim 
etməkdən  çəkinməmişdir.  Lakin  onun  panislamizm  haqqın-
dakı  düşüncələri,  Yusif  Rüstəmovun  da  vurğuladığı  kimi, 
opponen
tlərinin illərcə yağdırdıqları ittihamlardan tamamilə 
fərqli  idi  (66,  s.  140).  O,  Avropanın  texnogen  mədəniyyəti 


 
41 
qarşısında  islam  cəmiyyətinin  məğlubiyyətini  etiraf  edən, 
lakin buna müxtəlif mövqelərdən çarə arayan “ifrat mütərəq-
qiçilər”  və  “ifrat  mühafizəkarlar”la  müqayisədə  “yeni  pan-
isla
mistlər”in  fəaliyyətlərini  təqdir  edərək  (59, s. 155-156) 
“Kaspi” qəzetinin 1903-cü il 24 dekabr tarixli 276-cı sayında 
yazırdı:  “İslam  nicatının  yeganə  yolu  Avropaya  üstünlük 
verən  bütün  həyat  ünsürlərini,  onun  universitet  və  məktəb-
lərini,  siyasi  və  inzibati  həyatını  ağla  uyğun  və  ehtiyatlı 
surətdə  müsəlman  zəmininə  keçirmək,  əkməkdir...  Ağıllı 
ünsürlər hər iki ifrat cərəyanı birləşdirəcək və hər iki tərəfi 
razı  sala  biləcək  elə  bir  yol  –  ideya  yaratmaq  istəyirlər  ki, 
ifrat  mütərəqqiçilərin  xəyal  etdiyi  kimi  nə  mücərrəd  – 
zəminəsiz  olsun,  nə  də  ki,  köhnəpərəstlik  kimi  zəmanənin 
ruhuna və dövrün tələbinə yad olsun... Bu panislamizmdir”.  
Ə.Ağaoğlu,  “Panislamizm,  onun  səciyyəsi  və  istiqamət-
ləri”,  “İslamın  mənşəyi  və  onun  xristianlığa  və  yəhudiliyə 
müna
sibəti”,  “Ricəti-islam”  kimi  onlarla  məqalələrində 
özün
dən  əvvəlki  Azərbaycan  maarifçi  ziyalılarının  islamın 
müqəddəratı barədə açdıqları mübahisəni təzədən canlandır-
mışdır. Əksəriyyəti polemik üslubda yazılmış bu əsərlərdə o, 
Qərbin  və  Rusiyanın  antiislam  meyllərinə  qarşı  çıxır, 
Məhəmməd dini və şəriətini, islamın əsaslarını müdafiə edə-
rək qətiyyətlə deyirdi ki, müsəlmanların dirçəlməsi və tərəq-
qisi  onlar  arasında  “yeganə  fəal  qüvvə  olan  din  vasitəsilə 
olmalıdır”  (56, s. 23; 55, s. 80-95).  Ə.Ağaoğluna  görə 
“Asiya xalqlarına həyatı ilk dəfə xatırladan”, onlara “göyləri 
yuxusundan oyadan”, göylərlə bərabər yeri də göstərən islam 
dini olmuşdur. Yazılarında dönə-dönə islam tarixindən, onun 
ədəbi-mədəni  keçmişindən  bəhs  edən  Əhməd  bəy  panisla-
mizmi  “mütərəqqi  hərəkat”  kimi  qiymətləndirirdi:  “Panis-
lamizm nəinki siyasi-dini, həm də mütərəqqi hərəkatdır” (77, 
s.  314,  321).  Müasirləri  kimi  o  da  islam  dininə  (tərəqqiyə 
səbəb  olan  ictimai,  mənəvi  bir  qüvvə  kimi)  inanır  və  dini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə