Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   6   7   8   9   10   11   12   13   ...   65

 
30 
edir. Həmin simvolların mövcud olduğu mühit intersubyek-
tiv “sosial-
psixoloji”  gerçəklikdir.  Simvollar  bu  gerçəkliyin 
müxtəlif  səviyyələrində  yerləşir.  Səviyyə  nə  qədər  dərin 
olsa,  şəxsiyyət  strukturlarının  dərin  səviyyələrinə  müvafiq 
olan  mədəni  gerçəklik  bir  o  qədər  çox  psixi  və  rəmzi 
xarakter  daşıyır.  Strukturalizm  və  neopozitivizm  mədəniy-
yəti  sosial  ünsiyyət  şəbəkəsi  vasitəsilə  insanın  tələbatının 
təmin  edilməsi  üsullarının  və  məhsullarının  arsenalı  kimi 
şərh edilir. Mədəniyyətin kommunikativ və informativ trans-
lyasiya 
sistemi kimi də buradan irəli gəlir. Amerikalı filosof 
D.Böll  mədəniyyəti  ruhi  vəziyyət  kimi  səciyyələndirir.  O, 
belə  hesab  edir  ki,  cəmiyyət,  qrup  və  ya  şəxsiyyət  üçün 
mədəniyyət  məntiqi  cəhətdən  davamlı  estetik  baxışlar, 
mənəvi  “Mən”  konsepsiyası  və  bu konsepsiyanın  insanı 
bəzəyən  əşyalarda,  onun  yaşayışında,  habelə  zövqlərində 
ifadə  edən  həyat  tərzi  sayəsində  mümkün  olan  bütövlük 
vasitəsilə fərdiyyətin dəstəklənməsindən ibarət daimi proses-
dir.  O,  yazır:  “Mədəniyyət  hissiyyat,  emosiyalar,  mənəvi 
tem
perament  və  bütün  bu  hissləri  nizamlayan  zəka  sahəsi-
dir” (48, s. 260-
261). R.Mehdiyevə görə mədəniyyətin bütün 
bu tərifləri ilə razılaşmaq olar. Çünki onların hər biri mədə-
niyyət  deyilən  çoxlaylı  sistemin  laylarından  biri  üzərində 
diqqəti cəmləşdirir. Bu sistemin məzmunu həm maddi, həm 
də mənəvi dəyərləri ehtiva edir. Lakin mənəvi dəyərlər daha 
vacibdir, çünki onlar insanın daxili aləmi ilə bilavasitə bağlı 
və daha davamlıdır (48, s. 261). 
İ.Kant,  O.Şpenqler,  A.Toynbi,  M.Veber,  F.Koneçnı, 
L.Qumilyov, 
L.Meçnikaov kimi bir çox mütəfəkkirlər sivili-
zasiyanın mahiyyətini mədəniyyətdən (və ya kültürü mədə-
niyyətdən) fərqləndirən əsas cəhətləri göstərmək üçün müx-
təlif mülahizələr irəli sürmüşlər. Onların əsərlərində yaradıcı 
və qurucu prosesi ifadə edən mədəniyyət anlayışından fərqli 
olaraq,  “sivilizasiya”  bəşər  tarixinin  müxtəlif  mərhələlərinə 


 
31 
xas  olan  dağıdıcı  və  neqativ  prosesləri  də  özündə  dialektik 
şəkildə  əks  etdirən  tarixi  sosial-mədəni  birlik  anlamında 
işlənir. Bu mənada kulturoloq F.Məmmədov sivilizasiyaların 
dövrləşdirilməsinə  yanaşmada  müxtəlif  mövqe  nümayiş 
etdirən alimlərdən – Q.B.F.Hegeli, S.Solovyovu, K.Marksı, 
K.Yaspersi, M.Veberi, P.Çaadayevi, N.Berdyayevi, R.He-
nonu,  M.Petrovu,  xüsusilə  qeyd  edərək  yazır  ki,  “Bunların 
arasında ən geniş yayılmışı K.Yaspersin “məhvər sivilizasi-
yaları” konsepsiyasıdır ki, burada, o, arxaik dövrün mifoloji 
təsəvvürünü  əvəz  edib,  fəlsəfənin  üstünlüyünə  əsaslanan 
yüksək  ruhi  mədəniyyətli  “məhvər”  sivilizasiyaların  yaran-
ma  tarixini  b.e.ə.  I  minilliyin  ortasından  hesablanmasını 
təklif edir” (51, s. 89).  
Bəzi  filosofların  fikrincə,  mədəniyyət  hər  şeyi:  iqtisa-
diyyat,  siyasət,  hüquq,  məişət,  adət-ənənələr  və  incəsənətin 
qarşılıqlı təsirdə olduğu sistem hesab edilməlidir. Mədəniy-
yətə verilən yüzlərlə tərifin içərisində marksizmin də maraqlı 
şərhi vardır. “Mədəniyyətin marksist konsepsiyası onu bəşə-
riyyətin  varlığın  və  şüurun  bütün  sahələrində  gerçəkliyin 
dəyişdirilməsinə,  bəşər  tarixinin  sərvətlərinin  şəxsiyyətin 
daxili sərvətinə çevrilməsinə, insanın gücünün mahiyyətinin 
hərtərəfli aşkar edilməsinə və inkişaf etdirilməsinə yönəlmiş 
yaradıcı fəaliyyəti kimi izah edir” (48, s. 260). Marksizmin 
daha populyar olan tərifinə görə mədəniyyət – bəşəriyyətin 
ictimai, siyasi, tarixi proseslərdə topladığı maddi və mənəvi 
dəyərlərin  məcmusu,  onların  yaradılması,  çoxaldılması  və 
gələcək nəsillərə çatdırılması üsullarıdır. Lakin bir çox fikir 
sahibləri  kimi  türkçülük  nəzəriyyəsinin  tərəfdarı  olan 
ziyalıların əksəriyyətini belə bir mədəniyyət konsepsiyasında 
razı salmayan bir cəhət vardır. Bu, marksizmin mədəniyyəti 
üstqurum  hadisəsi  saymasıdır  ki,  Azərbaycan  ziyalıları 
içərisində bu yanaşmaya ən məntiqli cavab verən fikir adamı 
Ə.Ağaoğlu olmuşdur. O, “İxtilalmı, inqilabmı” əsərində (82) 


 
32 
insanın bəzən öz mənəviyyatı, şərəf və ləyaqəti yolunda ən 
qiymətli  sərvəti  olan  can  sağlığını  belə  qurban  verməsi 
faktını  önə  çəkərək,  bu  məqamda  mədəniyyətin  üstqurum 
deyil, bazis 
olmasını əsaslandırır. Eynilə, maddiyyatın insa-
nın həyati ehtiyacı olması faktını danmayan Mahatma Qandi 
də  əxlaqi  dəyərləri  gözardı  edən  nəzəriyyələrin  və  iqtisadi 
fəaliyətlərin önəmi olmadığı qənaətinə gəlir (41). Mədəniy-
yəti  ehtiyacların  artımı  şəklində  deyil,  ehtiyacların  şüurlu 
şəkildə məhdudlaşdırılması şəklində mənalandıran Mahatma 
Qandiyə görə, yalnız bu yolla xoşbəxt olmaq və başqalarına 
xidmət etmək mümkündür (41). Bu tərif bir çox kulturoloq-
ların razılaşdığı “Mədəniyyət qadağalar və yasaqlar çərçivə-
sin
dən ibarətdir” baxışı ilə uyğun gəlir.  
Müasir dövrün kulturoloji fikri üçün də əsasən bu baxış 
üstünlük 
təşkil edir ki, mədəniyyət haqqında iqtisadi bazisin 
hansısa əlavəsi kimi təsəvvürlər artıq tamamilə köhnəlib. Bu 
gün  mədəniyyət  ilk  növbədə,  lazımi  davranıldıqda  gələcək 
inkişafın  mümkün  ssenarilərinin  bərpasına  qabil  unikal  sis-
tem kimi nəzərdən keçirilir. Bu rakursda, xüsusilə sinergetik 
prinsiplər  üzrə  öz  inkişafının  tənqidi  fazasında  fəaliyyət 
göstərən  mədəniyyət  permanent  yaradıcılıq,  yeni  mənəvi 
məkana  keçmə  imkanı,  daha  çox  xəritə  və  oriyentirlərdən 
məhrum dünyada fasiləsiz naviqasiya kimi nəzərdən keçiril-
məlidir. Mədəniyyət – insanın yaradıcı fəaliyyətinin xarakte-
rin
dən  əhəmiyyətli  dərəcədə  asılı  olan  insan  təbiətinin 
gələcək inkişafına təsir göstərməyə imkan verən fenomendir 
(1
,  s.  13).  Ə.Abasovun  qənaətincə  mədəniyyət  haqqında 
köh
nə təsəvvürlərin ən zərərlisi, onun hələ də insanın dünya-
nın dəyişdirilməsinə yönəlik maddi və mənəvi fəaliyyəti ilə 
məhdudlaşan  hadisə  kimi  tədqiq  edilməsidir.  Halbuki  artıq 
“...XX əsrin birinci yarısında mədəniyyətin maddi, sosial və 
mənəvi  kimi  üçhədli  üzvlənməsi  qəbul  edilmişdir.  Maddi 
mədəniyyət  dedikdə  insanın  öz  məskunluq  mühiti  ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə