Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   8   9   10   11   12   13   14   15   ...   65

 
36 
“Bəşəri kültürdən” məqsəd, müxtəlif milli kültürlərin, insan 
ö
vladının  ümumi  və  müştərək  dərdlərini,  ehtiyaclarını  və 
duyğularını  oxşayan  seçkin  bir  qismidir.  Çünki  hər  milli 
kültürdə,  o  millətin  özəl  varlığını  əks  etdirən  qismindən 
başqa,  bir  də  ümumi  insanlıq  aləminə  təmas  edən  qismi 
vardır. Bu  qisim də hər  millətə və  məmləkətə görə dəyişir, 
fəqət mövzu etibarilə ümumi və bəşəridir (123, s. 1-2). 
M.Ə.Rəsulzadə  Azərbaycan  xalqının  istiqlal  mübari-
zəsini nəzərdə tutaraq “Azərbaycan kültür gələnəkləri” əsə-
rində böyük bir nikbinlik və uzaqgörənliklə bəyan edirdi ki, 

Demək  mücadilə  davam  edir  və  tariximizdən  qüvvət  alan 
kültür  gələnəkləri,  bütün  zorluqlar  və  güclüklərə  rağmən, 
hələ canlılıq göstərir. Müzəffər olacaqları şübhəsizdir. Çünki 
getdikləri yol tabiidir, çünki bu, mədəni dünyanın yürüdüğü 
kültür  və  tərəqqi  yoludur.  Sonucda  zafər  onun,  üç  rəngli 
istiqlal  bayrağının,  Milli  Azərbaycan  Türk  Demokratik 
Kültürünündür!...” (122, s. 29).  
Gətirdiyimiz  istinadlardan  da  göründüyü  kimi,  bu  anla-
yışlarla əlaqəli uzun zamandan bəri davam edən müzakirə və 
mübahisələr  günümüz  üçün  də  aktuallığını  saxlamaqdadır. 
Lakin tədqiqat mövzusu konkret bir XX əsrin əvvəlləri kimi 
tarixi bir mərhələnin kulturoloji fikrinə həsr edildiyinə görə 
həmin  dövr  ziyalılarının  mövqeləri  bizim  üçün  də  prioritet 
təşkil  etmişdir.  O  dövrün  mədəniyyət  məsələlərini  təhlil  və 
ya şərh edən müəlliflər içərisində kültür, irfan və mədəniyyət 
məfhumları ilə yanaşı Z.Göyalpda olduğu kimi hars kəlmə-
sini işlədənlər də olmuşdur. Məsələn, Azərbaycan mədəniy-
yət tarixinə əvəzsiz töhfələr vermiş M.B.Məmmədzadə  XX 
əsrin əvvəlləri üçün səciyyəvi olan kulturoloji fikrə belə bir 
ümumiləşdirmə verir ki, “Həyati-bəşər təbiətlə mübarizədən 
ibarətdir.  Mədəniyyəti-bəşəriyyə  bu  mübarizələrdən  hasil 
olma  qənimətdir.  Məqsədi-bəşər  mədəniyyəti-bəşəriyyəni 
daha ziyadə təmin etmək və onun feyzini daha ziyadə ümu-


 
37 
miləşdirməkdir.  Mədəniyyəi-bəşəriyyə  isə  milli  harsların 
iştirakından və gözəlliklərinin məcmusundan hasil olma bir 
yekundur. Mədəniyyətin təmini, insanların cəmaətliklə yaşa-
ması ancaq mədəni hökumət təsisi ilə mümkündür” (113, s. 
54; 54, s. 
61). M.B.Məmmədzadə hətta 30-cu illərin sonunda 
qələmə  aldığı  “Milli  Azərbaycan  hərəkatı”  adlı  dəyərli 
əsərində də hars kəlməsini işlətmişdir (54, s. 61; 113, s. 54). 
Ümumilikdə mədəniyyət adlandırdığımız milli və bəşəri 
dəyərlər məcmusu haqqında tarixdən üzü bəri nə qədər fərqli 
mülahizələr  ortaya  qoyulsa  da,  fikrimizcə,  mahiyyət  dəyiş-
məz  qalmaqdadır.  Bu  mənada  mədəniyyət  bəşər  övladının 
yarandığı vaxtdan bəri yaratdığı və getdikcə təkmilləşdirdiyi 
maddi,  mənəvi,  ruhani,  ideoloji,  bədii-estetik  və  digər  sər-
vətləri özündə  ehtiva edir. Yəni, insanlığı şərtləndirən yad-
daş, dünyagörüşü, elm, davranış, ünsiyyət, incəsənət, məişət 
və  s.  bu  kimi  keyfiyyətlər  mədəniyyətin  komponentlərin-
dəndir.  Bu  sahənin  problemlərini  tədqiq  edən  elmlər  isə 
müəyyən  fərqliliklərlə  də  olsa  ümumilikdə  mədəniyyətin 
inkişaf xüsusiyyətlərini, hər xalqda onun təzahür formalarını, 
qarşılıqlı  faydalanma  və  təsir  vasitələrinin  özgünlüklərini 
öyrənir. Bu öyrənmə yeni nəslin və bəşəriyyətin mədəni və 
intellek
tual səviyyəsinin inkişafı üçün zəruridir.  
Deməli, “Bütövlükdə mədəniyyət şəxsiyyətin və xalqla-
rın fərdi intellektinin, yaradıcılıq potensialının göstəricisidir” 
(52, s. 3). 
Mədəniyyətin  tərkibini  elə  mahiyyət  elementləri 
təşkil  edir  ki,  bunlar  onun xarakterini, prosesin özünü 
müəyyənləşdirir, çoxşaxəli bir sistem kimi, yaradıcı insanın 
huma
nizmini, eləcə də mədəniyyətin aparıcı funksiyası kimi, 
qneseoloji köklərini üzə çıxarır.  
Bəşəriyyətin nəsil-nəsil topladığı, formalaşdırdığı, nəha-
yət, qazandığı mədəniyyət incilərini gələcək nəsillərə çatdıra 
bilmək bizim əsas vəzifələrimizdəndir. “Gələcək yüzilliklərə 
mədəniyyətdən  savayı  nəyi  yadigar  qoyub  gedə  bilərik? 


 
38 
Bəlkə  də,  elə  buna  görə  mədəniyyəti  bəşəriyyətin  sosial 
yaddaşı  kimi  qiymətləndirirlər”  (27,  s.  6).  Biz  mədəniyyəti 
müxtəlif  mərhələli  və  müxtəlif  səviyyəli  bir  sistem  kimi 
qəbul  ediriksə,  birinci  növbədə,  onun  ümumbəşəri  və  milli 
xüsusiy
yətlərindən bəhs olunması lazım gəlir. Bəşəri mədə-
niyyət  nədir?  Bu,  planetimizdə  yaşayan  bütün  xalqların 
mədəniyyətlərinə  məxsus  ən  yaxşı  nailiyyətlərin  sintezidir. 
Onların  da  müxtəlif  rənglərdə  və  boyalarda  bir-birindən 
seçilməsi,  təkrarsızlığı  –  şübhəsiz,  özünəməxsusluğu  ilə 
müəyyən edilir. Deməli, hər xalqın ayrıca mədəniyyəti dün-
ya mədəniyyətinin bir hissəsi olmaqla, həm də onu tamam-
layan, zənginləşdirən insan mənəviyyatının təzahür forması-
dır.  “Milli  mədəniyyət  özü  də  müxtəlif  siniflərin,  sosial 
təbəqələrin  və  bütünlükdə,  millətə  aid  olan  mədəniyyətin 
sintezidir.  Dil,  ədəbiyyat,  musiqi,  təsviri  sənət  və  din  kimi 
mənəvi  dəyərlərə  malik  mədəniyyətlə  yanaşı,  təsərrüfat, 
iqtisadiyyat, istehsalat sahələri də maddi dəyərləri olan milli 
mədəniyyət sayılır, bunlar həmişə əvəzsizdir, təkrarolunmaz-
dır, qiymətlidir” (27, s. 16-17).  
Heç  şübhəsiz,  mədəniyyətin  ən  vacib  funksiyalarından 
biri  sosial  təcrübənin  bir  nəsildən  o  biri  nəslə  ötürülməsi 
prosesi,  yəni  mənəvi  sərvətlərin  varisliyi  məsələsidir ki, 
tədqiqatımızın əsas  məqsədlərindən birini  də  məhz bu  amil 
təşkil etməkdədir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə