Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   11   12   13   14   15   16   17   18   ...   65

 
45 
dir ki, Şeyx Cəmaləddin yeni dövrün tələblərinə uyğun şəkil-
də  Quranın,  hədislərin  şərhini  verməyə,  onları  mənalandır-
mağa,  yəni  feodal-islam  ideologiyasını  və  islamın  ayin  və 
mərasimlərini modern münasibətlər baxımından mənalandır-
mağa çalışmış, islam dinində bəzi dəyişikliklərin edilməsinə 
tərəfdar olmuşdur. O, islamın reformasiyaçısı və moderniza-
siyaçısı  kimi  çıxış  etmişdir.  Ş.Cəmaləddin  islam  dini  ilə 
elmi,  siyasəti  birləşdirməyə,  islama  mədəniyyət,  sənaye, 
tərəqqi məzmunu daxil etməyə çalışmış, cəmiyyət içərisində 
yeni bir cəmiyyət – “islamiyyət” yaratmağa cəhd etmiş və bu 
“cəmiyyət”in  nəzəriyyəsinin  –  “İttihadi  islam”ın  əsaslarını 
vermişdir.  Müstəmləkə  zülmünə  qarşı  çevrilmiş  azadlıq 
ideyasına,  maarifçiliyə  dini  məna  qazandırmış  Ş.Cəmaləd-
dinin  təsis  etdiyi  “İttihadi-islam” ideologiyası  müsəlman 
cəmiyyətinin  tərəqqisini  nəzərdə  tuturdu.  O,  islamiyyəti 
müsəlmanların  mənəvi  həyatının  çıxış  nöqtəsi  kimi  qəbul 
etməklə, müsəlman xalqları arasında mövhumat və cəhalətin 
aradan  qaldırılması,  elm  və  maarifin,  sənaye  və  mütərəqqi 
mədəniyyətin yayılması, intişarı uğrunda çalışmışdır.  
Doğrudur,  C.Əfqani  bütün  müsəlman ölkələrində 
“m
əşrutə”nin və  respublika dövlət  quruluşunun  bərqərar 
olması  yolunda  çalışmış,  millətlərin müstəqil həyat tərzinə
onların müstəqil milli mədəniyyət ideyasına hörmətlə yanaş-
mış  və  açıq  şəkildə  bildirmişdir  ki,  “ümur  dünyəviyyədə 
(düny
əvi  işlərdə  –  M.S.) vəhdəti-lisan (vəhdəti-milliyyət) 
m
ərbutiyyətinin təsiri din mərbutiyyətindən daha qüv-
v
ətlidir” (140, 1911-ci il № 2, s. 47). Lakin o, eyni zamanda 
bütün müs
əlman dövlətlərini,  xalqlarını  dini  mənsubiyyət 
prinsipin
ə  əsasən vahid bir siyasi mərkəzdə  birləşdirmək, 
vahid xilaf
ət yaratmaq iddiasında olmuş, milli mənsubiyyəti 
dini m
ənsubiyyətə  qurban  vermişdir  (59, s. 133). Demək, 
panislamizm  yalnız  dini  deyil,  həm də  siyasi məna kəsb 


 
46 
etmiş  ideyaları  özündə  birləşdirmiş,  dini-siyasi ideologiya, 
dini-siyasi h
ərəkat xarakteri daşımışdır. 
Birm
ənalı  şəkildə  deyə  bilərik ki, tədqiq edilən dövrdə 
Az
ərbaycanın  ən məhsuldar fəaliyyət göstərən, səsi daha 
geniş  miqyasda  eşidilən  islahatçı  ziyalısı  Əhməd bəy  Ağa-
oğlu olmuşdur və bu səbəbdən də mövzuya dair əsas istinad 
nöqt
əmiz də məhz onun yaradıcılığı olacaqdır. İdeya müxa-
lifl
əri və  opponentləri tərəfindən qərəzli bir “panislamist” 
damğası  vurulan  da  Ə.Ağaoğlu  olmuşdur,  islam  dininin 
mühafiz
əsinə  qalxaraq onu elm və  mədəniyyət dini kimi 
t
əbliğ edərkən özünü “panislamizm” tərəfdarı adlandıran da. 
T
əbii ki, regionun, bütövlükdə  dünyanın  sürətli dəyişik-
likl
ərə məruz qaldığı mürəkkəb və ziddiyyətli bir dövründə 
bütün bu hadis
ələrə  operativ cavab verən  bir  ziyalının 
yaradıcılığında  bir-birini təkzib edən fikirlərin  olması  bir  o 
q
ədər də təəccüblü görünməməlidir. Ə.Ağaoğlu dünyada baş 
ver
ən ictimai-siyasi hadisələrin çox ziddiyyətli və gərgin bir 
m
ərhələsini fərqli mühitlərdə  qarşılamaq məcburiyyətində 
olduğundan,  qısa  bir  vaxt  ərzində  bir-birini təkzib edən 
t
əsirlərə məruz qaldığından, dinamik fəaliyyətini və səmərəli 
yaradıcılığını  həm dövrün tələblərinə, həm də  xalqının 
t
ərəqqisinə operativ surətdə uyğunlaşdırmaq səylərindən irəli 
g
ələrək, inanılmayacaq dərəcədə çoxsaylı yazılarında bəzən 
bilm
əyərəkdən, bəzən də  məcburən bir-birinə  zidd fikirlər 
q
ələmə  almışdır.  Misal  üçün,  çox  qəribədir ki, bir tərəfdən 
panislamizmi müt
ərəqqi bir hərəkat kimi təqdir edən Ə.Ağa-
oğlu, bəzi yazılarında bu ideyanın Avropadan transformasiya 
olunduğunu,  arxasındakı  həqiqi niyyətlər pərdələnərək mü-
s
əlman cəmiyyətlərinə təlqin edildiyini yazmışdır. Bu məna-
da  Ə.Ağaoğlu  qərbli həmkarlarının  mövqelərinə  aydınlıq 
g
ətirərək “Kaspi” qəzetinin 1900-cü il 21 aprel tarixli sayın-
da  (№  87)  yazırdı  ki,  “Bu  şüur  Avropa  oriyentalistlərinin 
Şərqə bilavasitə təsirinin nəticəsidir. Bu, renanların və maks 


 
47 
müllerl
ərin, sentilerlərin və dozilərin, karleyllərin və dreper-
l
ərin  işidir.  Bilavasitə  və  düşüncəli surətdə  olmasa  da, 
dolayısı  ilə  və  düşünmədən birinci dəfə  onlar panislamizm 
ideyasını  təlqin  etmişlər.  İslamı  rasionalist  din  elan  edən 
onlar olmuşdur”. 
Bir  qisim  tədqiqatçıların  ilk  vaxtlar  dəyişən  dünyanın 
təzyiqlərinə  qarşı  öz-özünə  meydana  çıxan  bir  reaksiya  he-
sab 
etdikləri  panislamizm,  onların  fikrincə  vahid  bir  nəzə-
riyyə halında deyildi. Belə ki, Rusiya müsəlmanları arasında 
yayılan bu hadisə ilə qısa zamanda maraqlanmağa başlayan 
çarizmin gizli təhlükəsizlik orqanları belə hərəkatın  mahiy-
yətini  müəyyənləşdirməkdə çətinlik çəkdiklərini etiraf  edir-
dilər  və  bunu  panislamizm  tərəfdarlarının  müəyyən  bir 
proqram  və  ya  strategiyalarının  olmamalarına  bağlayırdılar 
(bu  fikri  təkzib  edən  faktlar  da  vardır).  “Əslində  Əbdül-
həmidin  xarici  siyasətinə  alət  vəzifəsini  görəndən,  Hacı 
Seyid  Cəmaləddin  Əfqaninin  təmsil  etdiyi  liberal  şərhə 
qədər  dəyişiklik  göstərən  bir  neçə  panislamist  görüş  vardı. 
Əfqani,  bu  İran  doğumlu  səyyah  filosof  XX  əsr  islamçı 
modernizm
in ən öndə gələn siması idi” (134, s. 53).  
C.Əfqani  həqiqətən  də,  Svietoçovskinin  haqlı  olaraq 
vurğuladığı kimi islam dininin ağıl və düşüncə özgürlüyü ilə 
ahəngdar  olduğuna  inanır  və  müsəlmanları  Qərb  təhsili, 
texnikası və metodlarını mənimsəmələri mövzusunda təşviq 
edirdi.  O,  müsəlmanların  doqmatizmdən,  batil  inanclardan 
qurtulmaları və məzhəb ayrılıqlarına son vermələri zərurətini 
irəli  sürürdü.  Eyni  zamanda  müsəlmanların  millətçiliyi 
müstəmləkəçiliyə  qarşı  bir  silah  olaraq  dəyərləndirmələrini 
tövsiyə edir, nəticədə bütün müsəlmanların tək bir rəhbərlik 
altında toplanacağına, bunun despotik deyil, liberal bir idarə 
olacağına  inanırdı.  Azərbaycan  ziyalılarının  çoxuna  təsir 
göstərən,  xüsusilə  modern  islamın  dünyəviliyini  də  özündə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə