Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   12   13   14   15   16   17   18   19   ...   65

 
48 
ehtiva  edən  sünni-şiə  uzlaşmasını  nəzərə  almaları,  dolayısı 
ilə Əfqani tərzi bir panislamizm idi (134, s. 53-54).  
Ə.Ağaoğlunun  fransız  mətbuatında  yer  almış  düşüncə-
lərinin təməlində də C.Əfqani ideyaları dayanırdı. Bunu həm 
tarixi  hadisələrin  xronologiyası,  həm  Ə.Ağaoğlunun  özü, 
həm  də  demək  olar  ki,  bütün  tədqiqatçılar  təsdiqləməkdə-
dirlər.  Məhz  belə  bir  modern  düşüncənin  daşıyıcısı  olduğu 
üçündür ki, Ə.Topçubaşovun redaktorluğu ilə çıxan “Kaspi” 
qəzetində  məktəblərin  inkişaf  etdirilməsi,  müsəlmanların 
sivil-
mülki  xidmətlərdə  vəzifə  alması,  Muğan  çöllərinin  is-
lah  edilərək  kəndlilərin  torpaqsızlıq  probleminin  həll  edil-
məsi  kimi  məsələlərdə  islahatçılıq  fəaliyyətinin  önündə 
getmişdir.  “Kaspi”nin  tədricən  rus  yazarlarını  da  yardıma 
dəvət edərək və Rusiya ictimai rəyinin dəstəyini almağa çalı-
şaraq Rusiyadakı bütün müsəlmanların haqlarının müdafiəçi-
si kimi tanınmasında da Ə.Ağaoğlunu xidməti danılmazdır.  
Hesab  edirik  ki,  dini  və  milli  cərəyanların,  o  cümlədən 
islahatçılıq  meyllərinin  Azərbaycandakı  təzahürlərinin  elmi 
təhlili  üçün  mövzuya  daha  geniş  kontekstdə  baxılmalıdır. 
Çünki fikrimizcə, C.Əfqani ideyalarının mahiyyətinə varma-
dan və Osmanlı dövləti daxilindəki siyasi təmayülləri nəzər-
dən keçirmədən mövzunun obyektiv şərhi verilə bilməz. Bu 
mənada,  təbii  ki,  Osmanlı  sultanı  ilə  ittihadçıların  münasi-
bətlərinə  də  aydınlıq  gətirilməlidir.  Fikrimizi  sübut  etmək 
üçün sadəcə bir fakta diqqət yetirmək kifayətdir ki, XX əsrin 
əvvəllərində  panislamist  və  pantürkist  kimi  tanınan  Ə.Ağa-
oğlu  və  Ə.Hüseynzadə  sonralar  ittihadçıların  öncül  simala-
rına  çevrilmişdilər. Bir də, Azərbaycandakı türkçülük hərə-
k
atı  nə  qədər  İsmayıl  bəy  Qaspıralının  fikirlərindən  güc 
almışdısa,  islamçılıq  cərəyanı  da  o  qədər  C.Əfqani  ideya-
larından bəhrələnmişdi. 
Panislamizm və pantürkçülüyün yayılmasında almanların 
maraqlı  olduğuna  dair  tədqiqatlarda  kifayət  qədər  faktlara 


 
49 
rast 
gəlinməkdədir. Məsələn, Ufuk Özcan yazır ki, “Pantür-
kizm Türk-
Alman  ittifaqının  bəhrələrindən  biridir.  Savaş 
sırasında almanlar Berlində öz adlarından Rusiya türklərin-
dən ibarət geniş bir kadr heyəti yetişdirirkən, bunun müqa-
bilində Ağaoğlu, Akçura, Hüseynzadə Əli kimi pantürkistlər 
Osmanlı rəhbərlərinin təklifi ilə Avropa ölkələrində təbliğati 
fəaliyyətə  girişdilər”  (119, s. 145-146).  J.M.Landaunun 
tədqiqatlarında  da  belə  bir  fakt  diqqəti  çəkir  ki,  Almaniya 
səfiri  Von  Vangenheim,  Sədrəzəmə  Türkiyənin  şərqindəki 
sərhəd dəyişiklikləri üçün söz verir. Sədrəzəmə göndərilən 6 
avqust 1914-
cü il tarixli gizli bir məktubda bu tarixdən 4 gün 
öncə müttəfiqlər arasında imzalanan gizli anlaşmanı nəzərdə 
tutaraq  bunları  söyləyir:  “Almaniya  Rusiyadakı  müsəlman 
ünsürlərlə təmas saxlaya bilmək məqsədilə Türkiyənin şərq 
sərhədinin  düzənlənməsi  üçün  üzərinə  düşən  səyi  yerinə 
yetirir” (109, s. 79-
80). Buradan da açıqca göründüyü kimi, 
almanlar  həm  Rusiyanı  zəiflətmək,  həm  də  Orta  Asiyanın 
zənginliyindən  bir  şeylər  qopara  bilmək  üçün  pantürkçülük 
və  panislamizmdən  istifadə  edirlər.  Lakin  pantürkçülüyün 
sadəcə  Orta  Asiyadakı  alman  imperialistlərinin  planlarını 
gizləyən  və  alman  təbliğatının  bir  aləti  olmaqdan  o  yana 
getməyən  bir  təşəbbüs  şəklində  təqdim  etmək  də  doğru  ol-
mazdı. Almanların, Rusiyaya qarşı (savaşda Osmanlının on-
larla  birlikdə  olacağı  halda)  Qafqaz  və  Türküstanın  qurtu-
luşunu təmin edəcəklərinə dair Ənvərə söz vermələri variantı 
daha  ağlabatandır.  Çünki  türk  mənşəli  müsəlmanların  üzə-
rin
də  durulması  bir  təsadüf  kimi  görünmür.  Bu  müraciətdə 
panislamçılıq və pantürkçülük ağıllı surətdə birləşdirilirdi. 
İstər panislamizmə, istərsə də panturanizmə verdiyi dəs-
təyi ilə Almaniya daha böyük siyasi məqsədlər güdmüşdür. 
Ümumiyyətlə,  XX  əsrin  əvvəllərində  Almaniyanın  xarici 
siyasətinin iki alternativ təməl strategiya üzərində qurulma-
sına dair faktlar (119, s. 84) tədqiq etdiyimiz mövzuya daha 


 
50 
geniş  aspektlərdən  baxmaq  imkanı  verir.  Almaniyanın  ilk 
strateji məqsədi Berlin-Bağdad dəmir yolundan istifadə edə-
rək Osmanlı İmperatorluğu üzərindən Ərəbistan və Bəsrəyə, 
buradan da Hindistana yetişmək idi. Almaniyanın bu siyasəti 
panislamizmə  verilən  dəstəyin  mahiyyətinə  açıqlıq  gətirir. 
Lakin  İngiltərənin  Ərəbistan  yarımadası  üzərində  qəti 
surətdə  nəzarət  etməsi  Almaniyanı  başqa  bir strategiyaya 
vadar etmişdir. Belə ki, ikinci hədəf Qafqaz və Xəzər dənizi 
üzərindən  Orta  Asiyaya  və  Hindistana  çıxış  qazanmaq  idi. 
Bu  nöqtədə  Almaniya  Osmanlı  dövləti  vasitəsilə  pantür-
kizmə  dəstək  vermişdir.  Mənafelərini  Berlin-Bağdad  yolu 
üzərində  təmin  edə  bilməyən  Almaniya  pantürkizm  təbli-
ğatından yararlanaraq Berlin-Buxara yolunu sınamaq qərarı-
na gəlmişdi. 
Heç  şübhəsiz,  panislamizm  və  pantürkçülüklə  bağlı  yu-
xa
rıda  sözügedən  siyasətlərə  Çar  Rusiyası  da  biganə  qal-
mırdı. Bu sahədə görülən tədbirlərə bir nümunə olaraq deyə 
bilərik ki, Daxili işlər nazirliyi tərəfindən Azərbaycan dilin-
də gündəlik qəzetin – “Şərqi-Rus”un nəşrinə icazə verilmə-
sinin  “sirri”ni  başa  düşmək  üçün  mülki  hissə  üzrə  Qafqaz-
dakı Baş idarənin Daxili işlər nazirliyinə yazdığı 28 oktyabr 
1902-
ci il tarixli məktubun məzmunu səciyyəvidir (59, s. 31-
32)
. Qərəzli mahiyyətli məktubun məqsədi də təsdiqləyir ki, 
həmin  dövrdə  geniş  miqyas  almaqda  olan  islamçılıq  təma-
yül
lərinin qarşısını almaq üçün çarizm müxtəlif tədbirlərə əl 
atmışdır.  Aydındır  ki,  islamiyyət  əsrlərdən  bəri  müsəlman 
cəmiyyətində  güclü  təsirə  malik  olmuşdur.  Lakin  “islamçı-
lıq” adıyla bir düşüncə cərəyanı olaraq ortaya çıxdığı zaman 
artıq məqsəd və funksiyası çox fərqli idi. XX əsrin əvvəllə-
rinin fikir cərəyanları arasında islamçılıq digərlərinə nisbətən 
çox  əlverişli  şərtlərə  sahib  idi.  Çünki  hər  şeydən  öncə  Os-
man
lı  imperatorluğunun  mövcudluq  səbəbi,  təməl  fəlsəfəsi, 
iqtidarının  qaynağı  islamiyyətə  söykənməkdə  idi.  Padşah 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə