Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   14   15   16   17   18   19   20   21   ...   65

 
54 
Əbduh Misirdə və Suriyada böyük təsir oyatmışdır. Misirdə 
“Əl-Menar”ı çıxaran yeni nəsil modernist islamçılar bu təsiri 
daha da yeni formalarda davam etdirmişlər.  
İslam modernistləri arasında üzərində xüsusilə durulması 
lazım  gələn  şəxslərdən  biri  Musa  Cərullahdır  (142, s. 278-
279) ki, o, Quranın çevrilə biləcəyi qənaətində olmuşdur və 
hətta özü də buna təşəbbüs etmişdir. Həmin dövrdə Osman-
lının elm adamlarının bir qismi də modernist görüşlü idilər. 
Lakin  bu  görüşü  daha  irəli  aparan  (layiqliyə  qədər  getmə-
məklə) və islam modernizminə ən çox inkişaf imkanı verən 
cərəyanın  başında  Z.Göyalpı  görürük.  Ümumiyyətlə,  Ərəb 
modernistləri  ilə  Z.Göyalpın  baxışlarını  müqayisə  edən 
tədqiqatçılar  bu  modernistlər  arasında  Z.Göyalpı  mütərəqqi 
və  orijinal  təşəbbüskarlığı  ilə  fərqləndirirlər  ki, onun 
Azərbaycan ziyalılarına təsirləri də şəksizdir. 
Modernistlərin  görüşlərini  dəyərləndirən  S.Xəlilovun 
fikrincə  XIX  əsrin  axırları  –  XX  əsrin  əvvəllərində  Qərb 
sivi
lizasiyası müqabilində geri qalmış Şərq dünyasının qarşı-
sında  bu  geriliyin  səbəblərini  üzə  çıxarmaq  və  əvvəlki 
möhtəşəm inkişaf potensialına yenidən yiyələnmək vəzifəsi 
dururdu. Bu, indi də qarşıda duran ən böyük vəzifədir. Lakin 
bu problemin həlli istiqamətində ən dəyərli fikirlər məhz XX 
əsrin  əvvəllərində  deyilmişdir.  İslamın  yeni  dövrdə,  yeni 
təfəkkür  mövqeyindən  dəyərləndirilməsi  və  onun  neçə  yüz 
illər  ərzində  aşınaraq  öz  inkişaf  potensialını  tükətməsi,  bu 
aşınmanın  səbəbləri  və  ideya  gücünün  ilkin  halına  qayıdış 
yolları və ya tərsinə, ideyanın yeni dövrə uyğunlaşdırılması 
məsələləri  Məhəmməd  İqbal  fəlsəfəsinin  də  mərkəzi 
mövzularından  biri  idi.  Cavid  həmin  məsələlərə  bədii 
təfəkkürün  işığında  baxmağa  çalışdığı  halda,  İqbal  həm 
poeziya,  həm  də  fəlsəfənin  imkanlarını  bu  yolda  səfərbər 
etmişdi (36, s. 77). 


 
55 
Ümumiyyətlə, dini duyğu, insani mahiyyətlə bağlı oldu-
ğu  üçün,  daha  dərin  və  qədim  köklərə  malikdir.  C.Əfqani 
yazırdı  ki,  “İnsanın  ilk  tərbiyəsi  onun  dini  tərbiyəsidir,  fəl-
səfi  dünyagörüşü  sonra  yaranır”  (47,  s.  33).  Bu  gün  artıq 
qərarlaşmış  sosial  duruma  malik  Qərb  ölkələrində  də  dinin 
özünəməxsus yeri vardır; din dövlət işlərinə qarışmır, siyasi 
və iqtisadi həyata, elm, təhsil və mədəniyyətə fəal müdaxilə 
etmir və dövlət də dinin nisbi müstəqilliyini təmin edir, ona 
müəyyən muxtariyyət verir. Azərbaycanda isə islam dini ilə 
bağlı təbliğatlar bəzən öz əsas vəzifəsindən uzaqlaşaraq ide-
ya-
siyasi yön almağa təşəbbüs göstərir. İndi ədəbi-bədii fikir 
sahiblərinin,  jurnalistlərin  ən  çox  meyl  etdikləri  “ideoloji 
modellər”  XX  əsrin  əvvəllərində  türk  ideoloqları  və  müsa-
vat
çıların  irəli  sürdüyü  “türkçülük,  islamçılıq,  müasirlik” 
şüarının müxtəlif modifikasiyalarından ibarətdir. Və bunların 
hamısında “islamçılıq”, “islamlaşmaq” və s. mərkəzi yerlər-
dən birini tutur. Azərbaycan müstəqillik əldə etdikdən sonra 
xalqın sovet ideologiyasının təsiri ilə icbari yolla imtina et-
miş  olduğu  dini  dəyərləri  qaytarmaq  təşəbbüsü,  heç  şübhə-
siz,  təqdirəlayiq  bir  hadisədir  (34, s. 81-84). Çünki din 
millətin  inkişafına  təsir  göstərən  ən  mühüm  amillərdəndir. 
Böyük  alman  filosofu  və  tarixçisi  İ.Q.Herderin  (XVIII  əsr) 
“Bəşər tarixinin fəlsəfəsinə dair ideyalar” kitabına istinadən 
S.Xəlilov yazır ki, “türklərin hətta zahiri gözəlliyinin aroma-
sında  da  islam  dininin  böyük  rolu  olmuşdur”.  Bu  mənada 
Azərbaycanda neçə əsrlərdən bəri yaşayan xalqların ümumi 
mənəviyyat,  adət-ənənə  və  həyat  tərzi  sayəsində  vahid 
“azərbaycanlı” adı altında birləşməsində islam dininin roluna 
dair  M.Ə.Rəsulzadədən  (122,  s.  5)  üzü  bəri  S.Xəlilovun 
əsərlərinə qədər bir sıra təkzibedilməz faktlar vardır (34, s. 
85). Bu əsərlərdə ortaya qoyulan məntiq bunu diktə edir ki, 
dinin  əsl  məramı  insan  mənəviyyatını  ülvi  duyğularla 
zənginləşdirməkdir.  Din  fərdi  mənəviyyatı  yaddan  çıxarıb 


 
56 
sosial  qurumlar,  təsisatlarla  məşğul  olduqda  o,  dinlikdən 
çıxır,  başqa  bir  şeyə  çevrilir.  İnsanlar  isə  yenə  də  dinə 
möhtac qalırlar. 
Çox  maraqlıdır  ki,  inkişafın  müasir  dövründə  belə  din 
sahəsində islahatçılıqla bağlı iki əsr bundan əvvəl söylənən-
lər  daha  məntiqi  görünür.  Bu  mənada  göz  önünə  gələn  ilk 
mütəfəkkir yenə Ş.C.Əfqanidir. O, bəziləri tərəfindən panis-
lamizmi
n  banisi  kimi  qəbul  olunur,  bəziləri  isə  onu 
pantürkizmin banisi adlandırırlar, amma bunların hər ikisi ilə 
birlikdə  o,  dini  dözülməzlikdən  və  milli  qapalılıqdan  uzaq 
olan  proqressiv  bir  mütəfəkkir  idi.  Bu  böyük  islahatçı 
Avropada bir nəsil filosofun, siyasətçinin, maarifçinin və din 
xadiminin  yaratdığı  ideyaları  bir  şəxsiyyətdə  birləşdirdi  və 
islahatın,  maarifin  və  oyanışın  əsasını  qoydu.  Bu  islahatın 
fəlsəfi  əsasını  bütün  Avropa  və  Şərq  filosoflarının  əsrlərlə 
çalışdığı və həll etdiyi ideyalar təşkil edirdi. O, öz dünyagö-
rüşünü  həm  islahat  ideyasının,  həm  maarifçilik  ideyasının, 
həm də oyanış ideyasının mərkəzinə çevirmişdir.  
C.Əfqani  XIX  əsrin  axırlarında  yaşamış  M.F.Axundov, 
Həsən  bəy  Zərdabi,  Rəşid  bəy  Axundov  kimi  Azərbaycan 
ziyalılarının  həmmüasiri  və  həmfikri  idi.  O,  eyni  zamanda 
XX əsrin əvvəlində Azərbaycanın yeni nəslinin rəhbərlərin-
dən  və  ideoloqlarından  M.Ə.Rəsulzadə,  Ə.Ağaoğlu,  Ə.Hü-
seyn
zadə kimi ziyalıların dünyagörüşünə təsir göstərmiş bir 
şəxsiyyət  idi.  Bu  təsirlənmə  özünü  müsəlman  cəmiyyətinin 
problemlərinə  münasibətdə  də  göstərməkdədir.  Bu  ziyalıla-
rın hamısı fəlakət, bədbəxtlik və gücsüzlüyün cəmiyyəti bü-

düyü bir vaxtda çarə axtarışında oxşar mövqelərdən çıxış 
etmişlər. Böhranın müsəlmanların bütün siniflərini bürüdüyü 
bir vaxta C.
Əfqani  yazırdı  ki,  hər  bir  müsəlmanın  gözləri 
yolda, qulaqları səsdədir, o, intizarla dünyanın hər hansı bir 
səmtindən  –  şərqdən,  qərbdən,  şimaldan  və  ya  cənubdan  – 
müdrik intibahçının peyda olacağını və müsəlmanların şüur 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə