Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   10   11   12   13   14   15   16   17   ...   65

 
42 
ehkamların  müasirləşdirilməsi  yolunda  nəzəri  və  əməli 
səylərinin  nəticələrini  sosial-mədəni  həyata  tətbiq  etməyə 
çalışırdı.  
Yusuf  Akçuraya  görə  dünyadakı  müsəlmanlardan  bir 
islam  birliyi  meydana  gətirilməsi  fikri  və  fəaliyyəti  hesab 
edilən  islamçılıq  də  osmanlılıq  kimi  Avropa  çıxışlıdır. 
Osmanlı  imperatorluğunda  osmanlılıq  fikrinin  zəifləməsin-
dən sonra, Əbdüləziz dövründə başlamışdır. Avropa siyasət 
yazarları buna panislamizm də demişlər. Əbdülhəmid, panis-
lamizmi  fikir  halından  fəal  bir  hərəkat  halına  gətirmişdir. 
Sarayda,  cəmiyyət  həyatında,  təhsildə  və  xarici  siyasətdə 
islamçılığa  yer  verilmişdir.  Bundan  başqa  müsəlman  ölkə-
lərində də geniş bir panislamçı təbliğata başlanılmışdır (89, 
s. 7). Üç 
fikir cərəyanından bəhs edən Ziya Göyalp isə yazır 
ki,  islamlaşmaq  fikrinin  yayıcısı  və  müdafiəçisi  “Sırat-ı 
Müstakim”, “Sebil-ür-
Reşat”,  türkləşmək  fikrini  yayan  isə 
“Türk yurdu” dərgiləridir. Diqqət etsək görə bilərik ki, bu üç 
cərəyan da eyni ehtiyacdan doğmuşdur (103, s. 7-8). Ə.Ağa-
oğlu  avropalıların  uydurduğu  “panislamizm”  ideyasının 
müsəlmanlar  arasında  rus  və  Avropa  qaragüruhçularının 
təsvir və təsəvvür etdikləri şəkildə mövcudluğunu tamamilə 
inkar edirdi. Onun fikrincə: “Ümumiyyətlə, belə bir cərəyan 
müsəlmanlar  arasında  yoxdur.  Panislamizm Avropa siya-
sətçiləri və qəzetçiləri tərəfindən icad edilən bir uydurmadır” 
(18
,  s.  156).  H.Baykara  isə  belə  bir  məqamı  xüsusilə  vur-
ğulayır ki, Azərbaycan istiqlal mübarizəsinin “panislamizm” 
və ya “pantürkizm” ilə heç bir ideoloji əlaqəsi yoxdur. Hər 
bir  demokratik  respublikada  olduğu  kimi  vaxtı  ilə  Azər-
baycanda da belə partiyalar olmuşdur (94, s. 12). 
Nə qədər fərqli fikirlər olsa belə, istər müsbət, istərsə də 
mənfi  mənalar  verilmiş  panislamizm  hərəkatının  mövcud-
luğu  tarixi  faktdır.  Belə  ki,  “islamiyyətin  keçmiş  əzəmətini 
bərpa etmək” istiqamətindəki fəaliyyətin genişlənməsi nəti-


 
43 
cəsində, panislamizm yalnız sonralar daha çox siyasi xarak-
ter  kəsb  etməyə  başlamışdır.  Bəzi  tədqiqatçılar  tərəfindən 
dini-
siyasi  ideologiya  adlandırılan  panislamizmin  müəs-
sisləri və təbliğçiləri (xüsusilə, şeyx Cəmaləddin əl-Əfqani) 
Məkkədə ümummüsəlman qurultayı çağırmaq yolunda geniş 
dairədə  fəaliyyət  göstərmişlər.  Bu  müsəlman  qurultayının 
son  məqsədi ümumdünya  müsəlmanlarının dini-siyasi birli-
yini  nəzərdə  tutsa  da,  ilk  məqsəd  olaraq  bütün  müsəlman 
ərəbləri  birləşdirib,  “qüdrətli  müsəlman  Ərəb  dövlətini 
yaratmağ”ı və müstəmləkəçilərə qarşı vahid cəbhədə müsəl-
manları birləşdirməyi nəzərdə tuturdu. Müsəlman dünyasının 
xəlifəsi sayılan Osmanlı sultanı Əbdülhəmid əslində panisla-
mizmin tərəfdarı olsa da, bəzi siyasi səbəblər üzündən (o, bu 
zaman osmanlıçılıq siyasətini yeridirdi) ərəb xüsusiyyətlərini 
bariz  şəkildə  özündə  birləşdirən  panislamizmin  tərəfdarı 
olmadı və Məkkədə “ittihadi-islamiyyə” qurultayının çağırıl-
masını  pozdu.  Lakin  Əbdülhəmid  bu  hərəkata  qoşulmağı, 
onun  idarə  edilməsini  öz  əlinə  almağı  və  bu  hərəkatdan 
Osmanlı  imperiyasının  siyasi  məqsədləri  üçün  istifadə 
etməyi  qərara  aldı.  Elə  bu  məqsədlə  də  o,  panislamistlərin 
ideya rəhbəri Şeyx Cəmaləddini İstanbula dəvət etdi. 
Artıq  dağılmaqda  olan  Osmanlı  imperiyasının  nüfuzunu 
müsəlman xalqlarının nəzərində artırmaq məqsədi ilə “bütün 
dünya  müsəlmanlarının  xəlifəsi”  Sultan  Əbdülhəmidin  də-
vətinə cavab olaraq 1892-ci ilin sentyabrında İstanbula gələn 
Cəmaləddin Əfqanini orada “İttihadi-islam” cəmiyyətini təsis 
edir.  Bu  cəmiyyətin  məqsədi  müsəlmanlar  arasında  mövcud 
olan  dini  ixtilafları,  xüsusilə  də  şiə-sünni  ixtilaflarını  aradan 
götürmək və onları müstəmləkə təzyiqinə qarşı vahid cəbhədə 
birləşdirmək idi. Əbdülhəmid bunun üçün müxtəlif müsəlman 
ölkələrinin  yüzlərcə  üləmasına,  ruhanisinə  yazılı  şəkildə 
müraciət etmiş, onları ittihada çağırmışdır (59, s. 133).  


 
44 
Beləliklə,  XIX  əsrin  90-cı  illərindən  etibarən  panisla-
mizm  sultan  Türkiyəsinin  siyasəti  zəminində  daha  geniş 
ölçüdə  yayılmağa  başlayır.  Artıq  XX  əsrin  başlanğıcından 
etibarən  Əbdülhəmid  panislamizmin  ilk  ideya  istiqamətini 
Osmanlı  imperiyasının  siyasi  məqsədləri  mövqeyindən 
müəyyən  qədər  dəyişdirə  bilir  və  panislamizmin  bir  çox 
təbliğçilərini özünün siyasi agentlərinə çevirməyə müyəssər 
olur.  Heç  şübhəsiz,  bu  da  səbəbsiz  deyildi.  Belə  ki,  istər 
Avropa dövlətləri, istər Rusiyanın rəsmi dairələri, habelə bu 
ölkələrin  mətbuatı  müsəlman  şərqində  baş  verən  ümumi 
intibaha, milli-
mədəni yüksəlişə, azadlıq hərəkatına düşmən 
kəsilmiş,  hər  cür  həmrəylik,  ittifaq  və  ittihadı  xristian  alə-
minə  qarşı  çevrilmiş  siyasi  təhlükə  kimi  qiymətləndirmiş, 
onun  gələcəkdə  nə  kimi  ictimai-siyasi  nəticələr  doğura 
biləcəyi  ehtimalına  qarşı  əvvəlcədən  təsirli  tədbirlər  və 
vasitələr axtarıb tapmışlar. Avropa imperialistləri, rus çariz-
mi,  habelə  onların  ideoloqları  “müsəlmanlığın  hücumu”, 
“canlanmış  müsəlman  ruhunun  xristian  dövlətlərinin  həyati 
mənafeyi üçün təhlükə törətməsi”, “ümumdünya müsəlman-
larının ittihad edib qüvvətli müsəlman dövləti olan Türkiyə 
ilə  yaxınlaşması  və  bütün  dünya  müsəlmanlarının  Türkiyə 
padşahına – xəlifəyə sadiqliyi əsasında Sarı dənizdən Aralıq 
dənizinə  qədər  olan  bir  ərazidə  ümumi  müsəlman  dövləti 
yaratmaq  xəyalına  düşmələri”  və  müsəlmanların  bütün 
xristian 
dövlətləri üçün ciddi təhlükə yaratması” və s. kimi 
əsassız, böhtançı, riyakar iddialar irəli sürürdülər. Bu iddia-
lardan  məqsəd  xalqları,  millətləri  bir-birinə  qarşı  salışdır-
maq,  müstəmləkə  və  asılı  ölkə  xalqlarının  azadlıq  hərəka-
tının qarşısını almaq,  müstəmləkə zülmünü əbədiləşdirmək, 
zəif inkişaf etmiş ölkələr, xalqlar hesabına yeni-yeni torpaq-
lar əldə etmək idi. 
Azərbaycandakı  dini  islahatçılıq  təşəbbüslərinin  hansı 
mənbədən qaynaqlandığını öyrənmək baxımından deyilməli-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə