Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   45   46   47   48   49   50   51   52   ...   65

 
148 
madılar!  Hindistanın  ən  tanınmış  öndəri  və  inkılabçısı 
Mahatma  Qandi  belə  “kast”  üsuluna  toxunmaqdan  atəşdən 
qorunurmuş kimi çəkinir! Çünkü milli birliyi, insanın şərəf 
və heysiyyətini ta kökündən yıxan bu qurum  müqaddəsdir! 
Bu zehniyyətələ kültür açılırmı və hətta həqiqi kültür qurulur 
mu?  Həqiqi  kültürün  əsas  vəsfi  durmadan  açıldı,  irəlilədi, 
yaratdı və təbiətilə digər kültürlərə qələbə çaldı! İndi o biri 
kültürlərə  mənsub olanlar bu kültürü almaq  məcburiyyətin-
dədirlər (86). 
M.Ə.Rəsulzadə tərəfindən də təqdir edilən “dünya mədə-
niyyəti bir bütündür” qənaəti müasir kulturoloqlar tərəfindən 
də təqdir edilməkdədir. Bu mənada müasir elmi-fəlsəfi ədə-
biyyatda 
müzakirələrin  ancaq  ya  sivilizasiyaların  qarşıdur-
ması,  ya  da  onların  dialoqu  üzərində  qurulması  ilə  razılaş-
mayan  S.Xəlilov  yazır:  “Halbuki,  mədəniyyətlər  fərqli 
olduğu  halda,  bütün  bəşəriyyət  üçün  ancaq  bir  sivilizasiya 
vardır  və  o,  bütün  xalqların  birgə  səyləri  ilə  yaradılmışdır. 
Bu  mənada  onun  ancaq  monoloqundan  danışmaq  müm-
kündür.  Bu  vahid  ümumbəşəri  prosesin  sükanının  kimin 
əlində  olması  isə  başqa  bir  məsələdir”  (37, s. 152). Rahid 
S.Uluselə  görə  də  artıq  dünyaya  bütöv  sistem  kimi  yanaş-
maya  əsas  verən  nəzəriyyələr,  müasir  dövrdə  bəşər  sivi-
lizasiyasının qlobal dərki zərurəti ilə irəli sürülən konsepsi-
yalar və eyni zamanda, formasion və sivilizasion yanaşma-
ların  uzlaşdırılması,  ümumi  bir  müstəviyə  gətirilməsi  bəşə-
riyyətin  qloballaşma  epoxasına  doğru bu epoxa da daxil 
olmaqla  təkamül  prosesinin  qlobalistik-sivilizoloji metodo-
lo
giya ilə öyrənilməsinə təməl qoyur. Qlobalistik-sivilizoloji 
metodologiya vasitəsilə bəşəriyyət tarixinin sistem və özüqu-
ruluşlanan  proses  şəklində  öyrənilməsi  onun  diasinxroniya-
sının mahiyyətini üzə çıxarır (79, s. 17).  
Avropada  son  yüzillik  ərzində  elm  və  texnologiyanın 
inkişafı  hərbi  sənayeni  də  xeyli  modernləşdirmişdi.  Lakin 


 
149 
Avropa  daha  əvvəlki  Avropa  deyildi.  Qılıncı  topa-tüfəngə 
çevirən  elmi-texniki  ideyalarla  yanaşı  top-tüfəngi  zülm  və 
zorakılığın xidmətindən alıb ədalətə, insan haqlarına, azadlıq 
ideyalarına  xidmətə  yönəltmək  uğrunda  mübarizə  gedirdi. 
Bu mübarizənin ideya təməlini İngiltərədə T.Hobbs və Con 
Lokk, Fransada maarifçilər, Almaniyada isə Kant qoymuşdu. 
H
əm də məhz Kant fəlsəfəsi bu ideya yüksəkliyinin zirvəsi 
idi.  Lakin  ideyanın  əməli  surətdə  həyata  keçirilməsi  üçün 
həm  də  sosial  iradə  və  cəmiyyətin  bu  yeni  ideya  əsasında 
təşkilatlanmasını  təmin  edən  sosial  güc  lazım  idi.  Böyük 
Fransa  inqilabı  məhz  bu  məqsədlə  həyata  keçirilsə  də, 
inqilabçılar  gözlənilən  nəticəni  ala  bilmədilər  (37, s. 161-
162).  Amma  bütün  dünyaya  azadlıq,  haqq,  ədalət,  demok-
ratiya,  cümhuriyyət  kimi  ideyalar  məhz  Fransa  inqilabının 
təsirləri ilə yayılmışdır.  
XIX  əsrin  sonu  və  XX  əsrin  birinci  yarısındakı  Qərb 
dünya imperializminə qarşı milli-azadlıq hərəkatı Şərq özü-
nütəsdiqində  də  ifadəsini  tapmışdır.  R.S.Uluselə  görə,  Şərq 
və  Qərb  sivilizasiyalarının  bir-birinə  düşmən  tərəflər  kimi 
deyil, bir-
birini yüksəldən, interaksiyasında harmonik bütöv-

yünü  tapan,  vahid  dünya  sivilizasiyasının  meqasistemini 
təşkil edən qütblər kimi konseptual dərki məhz bu epoxadan 
başlayır.  Şərq  və  Qərb  sivilizasiyalarının  mütəfəkkirləri 
Ş.Ramakrişna,  S.Vivekananda,  L.Tolstoy,  C.Əfqani,  M.İq-
bal, Z.Göyalp, C.X.Cibran, M.Nuayme, C.Nehru, M.Qandi, 
R.Taqor,  E.Paund,  H.Hesse,  A.Şveytser  və  başqaları  Şərq-
Qərb  orqanik  sintezindən  ümumbəşəri  vəhdət  ideyasını 
hasilə gətirmiş və bu ideyanın inkişaf etdirilməsinə, gerçək-
ləşməsinə böyük inam bəsləmişlər. Həmişə olduğu tək müa-
sir dövrümüzdə də elm, təhsil, din kimi mədəniyyətin bütün 
əsas  sahələrində  keçdikləri  müxtəlif  yollar  Şərqlə  Qərbin 
təmasında onların bir-birinə davamlı ehtiyacını doğurur (79, 
s. 66-
67).  Y.Qarayevin  təbirincə  isə,  Şərqlə  Qərbin  birgə 


 
150 
səyi ilə ərsəyə gələn ortaq dəyərlər həm onların ayrılıqda hər 
birinin,  həm  də  “XX  əsrin  dünyasını  sintez  sivilizasiyası 
kimi”  yaratmağın,  “harmoniyada  bütövlüyə,  tamlığa  yetiş-
məyin” təməlidir: “Hazırda Qərb və Şərqin münasibətlərində 
başlıca  məqsəd  sintez,  qaynaq,  vəhdət  axtarışlarıdır”  (44,     
s. 9-22).  
XIX  əsrdən  başlayaraq  Şərq  və  Qərb  düşüncə  tərzinin 
müqayisəli təhlili mövzusuna böyük maraq yaranmış və bu 
iki sivilizasiyanın gələcək sintezindən xəbər verən yeni fəl-
səfi və ədəbi-bədii axtarışların əsası qoyulmuşdur. Bu vəhdət 
ideyasının  əsas  carçıları  O.Şpenqler,  A.Toynbi,  M.İqbal 
kimi, L.N.Tolstoy, Emerson, U.Uitmen, C.X.Cübran, Əmin 
Ər-Reyhani,  Həsən  bəy  Zərdabi,  Cəvahirləl  Nehru  kimi 
şəxsiyyətlərdir.  Əslində  bu  ideyanın  beşiyi  başında  Qərbdə 
Herder, Kant, 
Göte,  Şərqdə  A.Bakıxanov, M.F.Axundov, 
Cəmaləddin  Əfqani  kimi  zamanını  qabaqlayan  böyük  düha 
sahibləri  dayanır.  XX  əsrin  əvvəllərində  Şərq  və  Qərb  də-
yərlərinin birləşdirilməsi, milli və dini dəyərləri saxlamaqla 
modernləşmək  mövqeyi  Azərbaycan  ziyalıları  üçün  çox 
səciyyəvi  olmuşdur.  Bu  şüarla  çıxış  edən  böyük  siyasi 
xadimlərlə  yanaşı,  Azərbaycanda  Sabir,  Hadi,  Cavid  və 
Cabbarlı  kimi  böyük  mütəfəkkir-yazıçılar  da  bu  mövzunu 
həmişə öz yaradıcılığının diqqət mərkəzində saxlamışlar (34, 
s.  15).  Çünki  Şərq  daha  çox  insan  mənəviyyatının  intibahı 
problem
ləri ilə, Qərb isə cəmiyyət həyatının sosial reforma-
si
yaları  ilə  məşğul  olur.  Şərqdən  fərqli  olaraq  özünütənqid 
amili  Qərb  sivilizasiya  düşüncəsinin  mahiyyətinə  çevrilir. 
Ənənəçi  (ifrat  formasında  ortodoksal)  sosial psixologiya 
Şərqdə  onun  avtoritar  rejimlərinə  dözümlülük  kompleksini 
formalaşdırır,  vətəndaş  azadlıqları  ideyasına  gəlib  çıxan 
Qərb  cəmiyyətləri  isə  məhz  belə  rejimlərdən  qurtulma 
mübarizəsində  güclü  siyasi  fəallıq  keyfiyyətləri  qazanır  ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə