Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   46   47   48   49   50   51   52   53   ...   65

 
151 
bu da b
ütövlükdə  Qərb  sosial  orqanizmini  və  plüralizm 
sosial  düşüncəsini  sivilizasiya  dəyişikliklərinə  hazır  vəziy-
yətə gətirir. Şərq və Qərb sivilizasiyaları öz generasiyasında 
əsaslı fərqlərindən birini bunda tapır ki, onların birincisində 
dini-
fəlsəfi təlim və cərəyanlar demək olar klassik modelin-
də  bu  günədək  yaşayır.  İkincisində  isə  dəyişən  ideologiya-
ların  bazisində  cəmlənərək  seqmentləşir.  Müasir  Şərq  özü-
nün  bütün  tarixi  və  mənəviyyatı  ilə  bir  yerdədir.  Müasir 
Qərb  isə  bütün  tarix  və  sivilizasiyasının  transformasiya 
məkanıdır (79, s. 65-66). Ona görə də maddi mədəniyyətin, 
elmin,  texnologiyanın,  iqtisadiyyatın,  fiziki  sağlamlığın, 
idmanın  prioritetliyinə  əsaslanan  Qərb  sivilizasiyası  və 
mənəvi mədəniyyətin, əxlaqın, dini dəyərlərin prioritetliyinə 
əsaslanan  Şərq  sivilizasiyası  ancaq  bir-birini  qarşılıqlı 
surətdə tamamladıqda kamil insanın formalaşmasına xidmət 
edir (34
, s. 20). Şərq və Qərb dəyərlərini özündə cəmləşdir-
miş  kamil  şəxsiyyətlər  baxımından  çağdaş  Azərbaycan 
mədəniyyət tarixi bizə gözəl örnəklər vermişdir. H.Zərdabi, 
İ.Qaspıralı və Ə.Topçubaşovun birgə təsvir olunduqları foto-
şəkildən  təsirlənən  Rəhman  Bədəlov  yazır  ki,  mən  Azər-
baycanda  XIX  əsrdən  başlanan  prosesə  nə  dərəcədə  qoşula 
bilmişəmsə,  özümü  o  dərəcədə  azərbaycanlı  sayıram  (14,    
s. 6
0).  Nə  qədər  ki,  zəif  ağılları  və  süst  iradələri  ora-bura 
azdırmaqdan  əl  çəkib,  bizim  maarifçilər  kimi  açıq-aydın, 
birbaşa,  hiyləsiz-riyasız  dəyişiklik  qaçılmazdır  həqiqətini 
dilə  gətirməmişik  Avropalı  olmaq  iddiası  istək  olaraq 
qalacaq, çünki problemin həlli yalnız bu  məsələnin düzgün 
həllindən asılıdır. Bu səbəbdən mən öz dünyagörüşümə görə 
Azərbaycan  maarifçiləri  ilə  bağlılığımı  aydın  surətdə  anla-
yıram. Bir azərbaycanlı kimi mən özümü onlarla eyniləşdi-
rirəm, mənim alternativini tanımadığım tarixi Azərbaycanım 
da elə budur. Məhz onların varlığı məni ruhu yaralanmış və 
əzilmiş  bir  ölkədə  yaşamadığıma  inandırır,  məhz  onların 


 
152 
iradəsi,  qətiyyəti  mənim  qat-qat  zəif,  qat-qat  aciz  iradəmi 
mayalandırır.  Məhz  onların  varlığı  mənə  ümid  verir  ki, 
mənim  nəvə-nəticəm  öz  ölkəsində  qalıb  yaşaya  biləcək,  öz 
vətənində qərib, köməksiz olmayacaq (14, s. 68).  
Müasirləşmə  probleminin  Şərq-Qərb  mədəniyyətləri 
kontekstində tarixi-müqayisəli təhlili bizə bunu deməyə əsas 
verir  ki,  həm  coğrafiya,  həm  də  mövzunun  əhatə  dairəsi 
ba
xımından bu problem çox geniş bir miqyasda iki yüz ildən 
bəri müzakirə predmeti olmaqdadır. Keçmişdə olduğu kimi, 
bu  gün  də  problemə  fərqli  yanaşmalar  vardır.  Amma  bu 
fərqliliklərin çoxu heç də birmənalı şəkildə təkzib xarakterli 
olmamışdır.  Hətta  öz  fəaliyyətlərində  ziddiyyətli  mövqelər 
nümayiş  etdirən  fikir  sahibləri  də  olmuşdur.  Bu  ziddiyyət-
lərin  zamana,  ictimai-siyasi  vəziyyətə  görə  ortaya  çıxanı, 
siyasi  xarakterli  olanı  da  olmuşdur,  bəşəriyyətin  tarixi 
təcrübəsini  öyrənən  və  müasir  mədəni  prosesləri  izləyən 
ziyalıların dünyagörüşlərindəki dəyişikliklərlə bağlı olanları 
da. Amma bu mədəniyyət proseslərinin bir ümidverici cəhəti 
bu olmuşdur ki, milli və dini mənsubiyyətindən asılı olma-
yaraq  əksər  mütəfəkkirlərin  məqsədləri  xoşniyyətli  olmuş-
dur. Onlar 
mənsub olduqları millətə arzuladıqlarını bəşəriy-
yətin gələcəyi üçün də məqbul saymışlar. Mədəni dəyərləri 
milli  və  bəşəri  meyarların  harmoniyası  şəklində  təqdim 
etməyə  çalışmışlar.  Siyasi  və  iqtisadi  mənafelərə  xidmət 
edərək  qarşıdurmalara  rəvac  vermiş  fikir  adamlarının  oldu-
ğunu  istisna  etməsək  də,  bütövlükdə  ümumi  tendensiya 
bəşəriyyətin gələcək təhlükəsizliyi ilə bağlı olmuşdur. Türk 
dünyasının, o cümlədən də Azərbaycan ziyalılarının da fəal 
qoşulduqları  bu  kulturoloji  müzakirə  və  mübahisələrin 
qayəsi  xoşməramlı  olmuşdur.  Cəmiyyətin  yeniləşməsi  və 
mədəni  həyatın  modernləşməsi  ideyaları  daha  çox  özünü-
müdafiə zərurəti fonunda meydana çıxmışdır. Bütün təzadlı 
və  ağrılı-acılı  fikir  dəyişiklikləri  sonda  əksər  Azərbaycan 


 
153 
mütəfəkkirlərini  “dünya  mədəniyyəti  bir  bütündür”  qənaə-
tində birləşdirmişdir. Onlar nəticədə belə bir həmrəy fikirdə 
olmuşlar  ki,  mədəniyyətləri  coğrafi  mənsubiyyətinə  görə 
deyil,  məzmun  və  mahiyyətinə  görə  dəyərləndirmək  lazım-
dır.  Bəşəriyyətin  xoş  gələcəyi  naminə  Şərq-Qərb  mədə-
niyyətlərinin  qarşıdurmasından,  sivilizasiyaların  toqquşma-
sından  deyil,  mədəniyyətlərarası  dialoq  yolu  ilə  vahid 
sivilizasiyanın təhlükəsizliyindən, bəşəri haqq və ədalət prin-
siplərinin  bərqərar  olmasından,  təbiətlə  mədəniyyətin  har-
moniyasından,  dünya  mədəniyyətinin  bütövlüyündən  və 
sivilizasiyalararası monoloqdan bəhs etmək daha məntiqi və 
doğru olar. 
 
 


 
154 
Mədəniyyətdə varislik problemi 
 
XX əsrin əvvəllərində qızğın müzakirə obyektinə çevril-
miş  müasirləşmə  probleminin  həlli  yollarına  dair  fərqli  ya-
naşmalar mövcud  idi  ki,  bunlar  içərisində  “ifrat  qərbçilər” 
adlandırılan  cərəyanın  nümayəndələri  tənəzzüldən  qurtulu-
şun  yeganə  çarəsini  qərbliləşməkdə  görürdülər.  Onların 
fikrincə,  daha  öncəki  islahatçıların  qüsuru  kifayət  dərəcədə 
irəli getməmiş olmaları idi. Qərbliləşmə bir seçim məsələsi 
deyil, bir ölüm-
dirim  məsələsi  idi.  Əhməd  Muxtar  1912-ci 
ildə  “ya  qərbliləşirik,  ya  məhv  oluruq”  deyə  yazırdı  (bir 
müd
dətdən sonra Ə.Ağaoğlu da eyni ifadəni işlədəcəkdi). Bu 
görüşün  ən  tutarlı  müdafiəçisi  olan  Abdulla  Cövdət  bu  qə-
naətdə idi ki, “ikinci mədəniyyət yoxdur; mədəniyyət Avro-
pa mədəniyyətidir, bunu gülü ilə, tikanı ilə təcili qəbul etmək 
məcburidir”.  İqtibas  etmək  mənasız,  təqlid  etmək  səthi  və 
təhlükəli idi. Tək çarə Avropa mədəniyyətinin tamamilə qə-
bu
lu,  Türkiyənin  mədəni  Avropanın  bir  parçası  halına  gəl-
məsi idi” (110, s. 235). O zaman bu qədər irəli getməyə hazır 
şəxslər çox deyildi. Çünki qərbliləşmiş bir Türkiyədə islam-
lığın yeri haqqında məntiqi nəticələr çıxardıqları zaman həm 
dindarların, həm də yurdsevərlərin şiddətli təzyiqi ilə qarşı-
laşırdılar. 1912-ci ildə A.Cövdətin çıxardığı “İçtihat” dərgisi 
Türkiyədə  qərbliləşmənin  gələcəyi  haqqındakı  bir  yuxunu 
nəql edən “Pək oyanıq bir uyğu” adında iki məqalə çap etdi 
(110, s. 235-
236).  Həqiqətən  də  bu,  çılğın  və  fantastik  bir 
röya idi. Müasirləri üçün oyanıq yatan adamın röyası, ümu-
miyyətlə,  bəzənmiş  bir  fantaziya  parçasından  başqa  bir  şey 
olmasa da,  sonrakı hadisələrin gedişatını daha dəqiq olaraq 
öncədən  göstərən  və  o  dövrün  səciyyəsini  bu  qədər  şəffaf 
təsvir edən  başqa bir sənəd tapmaq olmaz. Burada  mühafi-
zəkarlarla radikallar, elmlilərlə ifratçılar arasındakı mübahi-
sələr  məntiqi  bir  xülasəsini  tapmışdır.  Daha  çox  “məktəb 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə