Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   49   50   51   52   53   54   55   56   ...   65

 
161 
Bu görüşlərlə yanaşı radikal deyilə biləcək təkliflərlə də 
çıxış  edirdilər.  Məsələn,  latın  əlifbasının  mənimsənilməsi, 
qadınların  mövcud  vəziyyətdən  qurtarılmaları  və  xüsusilə 
“örtünmə”nin aradan qaldırılması, fəsin dəyişdirilərək yerinə 
şapka  geyilməsi  kimi  məsələlər  də  vardı.  Ancaq  bu  tip 
diləklər cəmiyyətdə, xüsusilə “İslamçılar” tərəfindən qızışdı-
rılan ciddi bir təzyiqlə qarşılaşmaqda idi (136, s. 78-80).  
Mədəniyyətin  mənimsənilməsi  məsələsində  islamçılarla 
qərbçilərin  qarşılıqlı  ittihamları  uzun  müddət  davam  etmiş-
dir. Məsələn, qərbçilərə qarşı tamamilə  zidd  mövqe tutmuş 
C.Meriç  qərbləşməni  İslam  sivilizasiyasına,  eyni  zamanda, 
türk  mədəniyyətinə  zidd,  onu  içəridən  dağıdan  bir  “mif” 
olaraq tənqid edir: “Nə üçün çağdaşlaşmaq xristian Qərbinin 
bütlərinə  pərəstişə  çevrilsin?  Bu,  öz  dərisindən  çıxmaq,  öz 
müqəddəslərini  inkar  etmək  və  tədriclə  köləliyə  razı  olmaq 
deyilmi?  Biz  tamamilə  ayrı  bir  mədəniyyətin  övladlarıyıq, 
bambaşqa ölçüləri olan, daha qədim, daha əsil, daha insanca 
bir mədəniyyətin” (118, s. 97). C.Meric “Osmanlı imperiya-
sını çökdürən səbəblərin başında avropalaşma zehniyyətinin 
durduğunu”  söyləmiş  Avstriya  siyasi  xadimi  Metternixin 
(1773-
1859)  fikirləri  ilə  üst-üstə  düşən  milli  mədəniyyət 
təməlçiliyini  əsaslandırır.  “Bütün  dünyanın  avropalaşmağı-
nın” – həm Avropa xalqları mədəniyyətinin, həm də dünya 
xalqla
rının hər birinin özgür mədəniyyətinin bundan sonrakı 
tərəqqisinə maneə yaratdığını göstərir. O, Qərb dəyəri kimi 
təqdim  edilən  demokratiyanın  da  Qərbdən  öncə  Şərqdə 
meydana  çıxdığı  qənaətindədir:  “İslam  elə  demokratiyanın 
özüdür. Amma Qərbinkindən fərqli, bir ruh iqlimində tərəqqi 
edən, dərin məqsədlərə söykənən bir demokratiyadır” (118, 
s. 165). Ərəb alimi Taha Cabir al-Alvani Qərb sivilizasiya-
sının İslam dünyasına təsirinin nəticələrini təhlil edərək gös-
tərir ki, “müqəddəs olan nəsnələrin çağdaş Qərb sivilizasiya-
sında dəyərsizləşdirilməsi” – “tarixin sonu”, “sivilizasiyala-


 
162 
rın  sonu”  kimi  nəticələrə  gəlinməsi,  böhran  psixologiyası, 
aqnostik  sub
yektivizm  özünəməxsus  dəyərlər  kateqoriyası 
və  kompleksinə  malik  olan  İslam  dünyasına  nümunə  ola 
bilməz (79, s. 78-79). 
Türkçü ziyalılar içərisində Avropa mədəniyyətinə müna-
si
bətdə ən mükəmməl işlənmiş konsepsiya İ.Qaspıralının adı 
ilə bağlıdır, onun bu barədə görüşləri Azərbaycan romantik-
lərinin,  xüsusən  Ə.Hüseynzadənin  “türkləşmək,  islamlaş-
maq, müasir
ləşmək”, başqa sözlə, “türk qanlı, islam imanlı, 
firəng  qiyafəli  olalım”  şəklində  ifadə  etdiyi  kulturoloji  gö-
rüşlərinin  əsasında  dayanmış,  ikincinin  tərəfindən  yaradıcı-
lıqla inkişaf etdirilmişdir. Avropa mədəniyyətinə münasibət-
də  İ.Qaspıralının  Azərbaycan  ziyalılarına  təsirinin  bu  günə 
kimi araşdırılmadığından təəssüflənən A.Əliyeva (20, s. 245-
246) onun 1885-
ci  ildə  İstanbulda  nəşr  etdirdiyi  “Avropa 
mədəniyyətinə  bir  nəzər-müvazinə”  adlı  kitabını  təhlil  edə-
rək  yazır  ki,  o,  məsələyə  uzaqgörənliklə  yanaşmış,  Avropa 
mədəniyyəti qarşısında səcdə edənlərin, inkişafın ancaq Av-
ropanı təqliddən ibarət olduğunu iddia edənlərin əksinə ola-
raq Avropa 
mədəniyyətini “yoxlamaq, o üz bu üzünə çevirib 
nə  olduğunu  bilmək  ən  gərəkli  şeylərdəndir”  (97, s. 56) 
qənaətinə gəlmişdi. İ.Qaspıralı Avropadakı “böyük texnoloji 
gəlişmələri”, “mədəniyyət sahəsində meydana gələn kəşf və 
icraatların,  mexanik  və  texnik  ilərləmənin  faydalarını  inkar 
etmədən” (97, s. 57), “Avropa mədəniyyətini əski komediya-
nın  təzə  bir  pərdəsi”  adlandırır,  onu  təqlid,  ideallaşdırma 
yolu tutanları ehtiyatlı olmağa çağırırdı.  
Avropanı  bütün  müsbət  və  mənfi  cəhətlərinə  yaxından 
bələd olan İ.Qaspıralı bu mədəniyyətə aludəliklə deyil, çatış-
mazlıqlarına  tənqidi  yanaşmağın  tərəfdarı  olmuşdur: 
“Rotşild  kimi  on  beş  adamın  milyonlarla  sərvətinəmi  təəc-
cüb edək, on beş milyon əhalinin ölümlük iki arşın torpağı 
olmadığınamı  çaşaq?...  Londra  və  Paris  caddələrində  vücut 


 
163 
və irzini satılığa çıxaran, dəftərə qayıtlı yüz əlli min fahişə 
xanımlaramı  diqqət  edəlim?...  Guya  hürriyyət  üçün  apar-
dıqları  müharibələrimi  seyr  edək?...  Avropanın  içində  kilsə 
və  “İncil”ə  iman  qalmadığınamı  heyran  olalım?  ...  Avro-
panın həyat və mədəniyyəti qayət süslü, ziynətli və gözəl bir 
qadına bənzər. Fəqət, bir az diqqət edilirsə, fərq edirsiniz ki, 
bu  qadının  dişləri  qayırma,  saçları  taxma,  o  dolu-dolu 
köksləri  qabartma  pambıq...  və  bir  də  canfəs  əlbisələrini 
soyununca yaralardan v
ə tikişlərdən keçilmiyor” (97, s. 62).  
Avropanı  saf-çürük  etmədən,  tam,  hərtərəfli  tanımadan 
təqlid milli mədəniyyətlərin məhvinə, öz simasını itirməsinə 
səbəb ola bilərdi. İsmayıl bəy bunları nəzərə almaq şərti ilə 
birmənalı  şəkildə  Qərb  mədəniyyətinin  nailiyyətlərinə 
yiyələnməyin tərəfdarı idi: “Avropa bir ixtiyardır, təcrübəsi 
çoxdur  – 
ixtiyarlığına  qarşı  sayğı  duyalım,  təcrübəsindən 
hissə  alalım,  fəqət  xətalarını  təkrar  etməyəlim.  Okullarını, 
universitetlərini  biz  də  quralım.  Fəqət  fənlərlə  ağıllarımızı 
işıqlandırdığımız  qədər,  ürəkləri  də  haqqaniyyət  ilə  doldur-
maya çalışalım. Avropada nə görürsək, cocuq kimi alıb qaç-
mayalım” (97, s. 67). 
Ə.Hüseynzadənin  də  məsələyə  münasibəti  eyni  idi: 
“aləmi-islamın  nə  səbəbdənsə,  bir  neçə  əsrdən  bəri  haləti-
təvəffüqdə qalmağı, hətta gerilədiyi bir müddəti-mədid zər-
fində Qərb aləminin durmayıb təriqimədəniyyətdanə, dövrü-
tərəqqiyyata nail olduğunu nəzəri-etibarə və ibrətə almamız 
lazımdır.  Fəqət  bu  cəhətdən  dəxi  zəvahirə  aldanmayıb,  bu 
mədəniyyətin din və qövmiyyətlərə deyil, bəlkə bütün bəşə-
riyyətə  aid  əsaslarını  dini-tövfiqi  islama,  millətimizin 
tərəqiyyatına  tətbiq  etməliyiz.  Avropa  elminə,  maarifinə, 
ədəbiyyatına,  sənət  və  sənayesinə  kəsbi-vaqif  etməyə  və 
millətimiz beynində nəşrə çalışmalıyız” (20, s. 246 247). 
Eyni  fikirlər  H.S.Ayvazovun  tərəfindən  belə  dilə  gətiri-
lirdi: “Bu gün gözümüzə pək parlaq görünən elmli, maarifli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə