Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   51   52   53   54   55   56   57   58   ...   65

 
167 
“Yeni  müsəlmanlar”dan  bəhs  edərkən  Ə.Ağaoğlu  isə 
yazırdı  ki,  Avropaya  bu  mənada  aludəçilik  bir  zamanlar 
Şərqin “yaxşı ailələrinin” uşaqları, hətta hakimiyyət başında 
olan  sülalə  şahzadələri  arasında  dəbdə  idi.  Hətta  dövlət 
adamları  da  bu  təsirdən  kənarda  qalmırdılar.  Məsələn,  mə-
lumdur  ki,  Misir  xədivlərindən  biri  Qahirədə  opera  binası 
tikdirmək  və  Avropanın  müğənni  qadınlarını  ora  dəvət  et-
mək üçün bütün çətinliklərə baxmayaraq yüksək faizlə borc 
müqaviləsi  bağlamaqdan  da  çəkinməmişdi.  Belə  aludəçilik 
və  “avropalılaşmaq”  üçün  çəkilən  bu  cür  ağılsız  xərclər  və 
bu  xərclərin  gətirdiyi  yüksək  faizlər  nəticəsində  həmin 
dövlətlərin bəziləri sonradan az qala müflis elan olunmuş və 
onlar  üzərinə  avropalı  borc  verənlərin  nümayəndələrindən 
ibarət qəyyumluq nəzarəti qoyulmuşdu (3, s. 334-335). 
Avropalaşma  təmayüllərinə  qarşı  münasibət,  xüsusilə  I 
Dünya  müharibəsindən  sonra  kəskin  surətdə  dəyişir.  Əgər 
əvvəllər  bir  qisim  ziyalıların  baxışlarında  Qərbə  aludəçilik 
hiss  olunurdusa  (“Biz  Şərqə  cəhənnəm  deyirik,  Qərbə  də 
cənnət”  –  M.Hadi)  deyənlər  çoxluq  təşkil  edirdisə,  artıq 
müharibə dövründə Qərbin İblis simvoluna (“İblis”, “İblisin 
hüzurunda”, “İdeal və insanlıq”), Şərqin zəngin mənəvi də-
yərləri, mədəniyyəti qarşısında sönük, cansız bir şeyə, hətta 
türk-
islam  düşməninə  çevrilməsi  meyli  müşahidə  edilirdi 
(15, s. 176; 20, 251). 
XX  əsrin  millətçilik,  pantürkizm  ideoloqlarına  Qərbin 
“sosial-
darvinizm”  irqçilik  nəzəriyyələrinin  də  ciddi  təsiri 
olmuşdur.  Lakin bu nəzəriyyələrə xüsusi önəm verən qərb-
çilik  tərəfdarlarının  bir  qismi  Avropa  həyat  tərzini  “islama 
əsaslanan mədəniyyət” kimi təqdir və təbliğ edirdilər. “Türk-
ləşmək,  islamlaşmaq,  müasirləşmək”  düsturunu  ilk  dəfə 
“Türk kö
klü,  İslam  imanlı,  Avropa  qiyafəli”  və  ya  “Türk 
mil
lətindənəm, İslam ümmətindənəm, Avropa mədəniyyətin-
dənəm”  şüarları  ilə  ortaya  atan  Ə.Hüseynzadə  də  Avropa 


 
168 
mədəniyyətini  mənimsəmə  məsələsində  “Biz  istəyiriz  ölkə-
miz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm 
olunmasın” fikrini aşılayırdı (33, s. 268). Özlərinin qərbçilik 
mövqelərini  və  bunun  Şərq  aləminə,  o  cümlədən  Azərbay-
cana  tətbiqinin  zəruriliyi  məsələsini  “Kavkaz”,  “Kaspi”, 
“Həyat”, “İrşad”, “Tərəqqi”, “Füyuzat” və s. mətbuat orqan-
la
rında  izah  edərkən  Ə.Ağaoğlu,  Ə.Topçubaşov  və  Ə.Hü-
seyn
zadə  Böyük  Fransa  inqilabının  elan  etdiyi  və  dünya 
liberal-
demokratik  fikrinin  əsas  leytmotivinə  çevrilmiş  – 
“Azadlıq, bərabərlik, ədalət” prinsipinin qızğın təbliğatçıları 
kimi də çıxış edirdilər. Arıq həmin vaxt bu ziyalıların böyük 
təcrübə məktəbi keçmələri onların yetkin və məntiqli baxış-
larından, orijinal təfəkkür tərzlərindən aydın hiss edilməkdə 
idi.  Məsələn,  Ə.Ağaoğlu  Bakı  həyatına  Paris  mühitindən 
görüb-
götürmüş, görkəmli fransız alimləri Barbye De Mey-
nar,  Ernest  Renan  və  Ceyms  Darmsteterdən  təsirlənmiş, 
Dürkheym sosiologiya
sını  mənimsəmiş  və  “Revü  politik”, 
“Revü ble”, “Jurnal Debat”, “Noubel Revü”, “Lya Nube 
revü”  kimi  nəşrlərdəki  yazıları  ilə  püxtələşmiş  səviyyədə 
atılmışdı (28, s. 5-7).  
Doğrudur, müasir mədəniyyətə yiyələnməyin zəruriliyini 
isbata  çalışan  zəka  sahibləri  arasında  bu  mədəniyyətin  ma-
hiy
yətinə, onun orta çağ mədəniyyətindən fərqli xüsusiyyət-
lərinə  münasibətdə  və  nəhayət  həyata  tətbiqi  mexanizmi 
məsələsində tam həmrəylik olmamışdır. Lakin bu  fərq, heç 
də mühafizəkarlıq mövqeyində duranların münasibətinə ya-
xınlıqdan  doğmurdu.  Sadəcə  bu,  “mədəniyyət”  anlayışının 
mücərrəd  bir  mahiyyət  kəsb  etməsindən,  xristian  və  islam, 
şərq  və  qərb,  orta  çağ  və  müasir  mədəniyyət  anlamlarına 
müxtəlif  yanaşmalardan  irəli  gəlirdi.  Bəzən  tədqiqatçılar 
Avropa  mədəniyyətinin  üstünlüyünü  onun  yalnız  ünsürlə-
rinə, bir sıra tərkib hissələrinə, məsələn, elmlərinə və texni-
ka
sına  aid  edərək  digər  cəhətlərindən  vaz  keçmək  istəyən-


 
169 
lərlə, bu mədəniyyəti bir sistem kimi qəbul edənləri mövqe-
lərinə  görə  qarşı-qarşıya  qoyurlar.  Həqiqətən  də  türkçülük 
nəzəriyyəsinin  tərəfdarları,  hətta  öndərləri  arasında  mövqe 
fərqi,  yanaşma  müxtəlifliyi  də  olmuşdur.  Amma  bu  da  bir 
faktdır ki, zamanına görə düşüncə və baxışlarında müəyyən 
fərqlənmələrə,  ziddiyyətlərə,  bəzən  hətta  məntiqi  baxımdan 
özünü  təkzib  hallarına  eyni  bir  zəka  sahibinin,  eyni  bir 
şəxsin  öz  düşüncələrində  də  rast  gəlmək  mümkündür.  Nü-
munə üçün deyək ki, bu təzadlı fikirlər Ə.Ağaoğlunun yazı-
larında  (yaradıcılığının  ilkin  və  son  dövrlərinin  müqayisə-
sində) da özünü büruzə verməkdədir. Lakin tədqiqatçı Ş.Hü-
seynovun  Avropa  mədəniyyətinə  münasibət  məsələsində 
Z.Göyalpla Ə.Ağaoğlunu mövqe ayrılıqları ilə təqdim etməsi 
mübahisəli məsələdir. Belə ki, o, Z.Göyalpın: “Bu gün bizim 
üçün  müasirləşmək  –  avropalılar  kimi  zirehli  gəmilər, 
avtomobillər, təyyarələr hazırlayıb istifadə etmək deməkdir. 
Müasirləşmək şəkilcə və yaşayış tərzi ilə Avropalılara bən-
zəmək demək deyildir. Müasirlik ehtiyacı Avropadan yalnız 
elmi və əməli biliklərin alınmasını bizdən tələb edir. Avro-
pada  dindən  və  millətdən  doğan,  beləliklə,  bizdə  də  bu 
qaynaqlarda  aranması  lazım  gələn  bir  sıra  mənəvi  ehtiyac-
larımız vardır ki, bunların Qərbdən alınması lazım deyildir” 
(26, s. 13) – 
fikrinə  istinadən  onun  Ə.Ağaoğlu  ilə  mövqe 
ayrılığında olması qənaətinə gəlir (28, s. 35). 
Əslində heç bir müasir, çağdaş mədəniyyət tərəfdarı din-
dən,  millətdən,  kültürümüzdən  doğan  qaynaqların,  mənəvi 
ehtiyacların Qərbdən alınması iddiasında olmamışdır. Digər 
t
ərəfdən Z.Göyalpın “Müasirləşmək şəkilcə və yaşayış tərzi 
ilə  avropalılara  bənzəmək  demək  deyildir”  fikri  ilə 
Ə.Ağaoğlunun “Mədəniyyət demək – həyat tərzi deməkdir” 
deyimi  mahiyyət  etibarı  ilə  ayrı-ayrı  mənalar  kəsb  etdiyinə 
görə  burada  zidd  fikirlər  axtarmaq  da  bir  o  qədər  məntiqi 
görünmür. Z.Göyalpla Ə.Ağaoğlunun mədəniyyət və kültürə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə